https://sputnik.az/20230217/reqemsal-nkisaf-ve-neqliyyat-nazirliyi-microsoftla-birge-seminar-kecirib-451882966.html
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Microsoft"la birgə seminar keçirib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Microsoft"la birgə seminar keçirib
Sputnik Azərbaycan
Nazirliyin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin təşkilatçısı olduğu tədbirdə Azərbaycan dövlət qurumlarının fəaliyyətində "Microsoft"... 17.02.2023, Sputnik Azərbaycan
2023-02-17T23:27+0400
2023-02-17T23:27+0400
2023-02-17T23:27+0400
microsoft
cəmiyyət
rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
https://cdnn1.img.sputnik.az/img/42346/74/423467418_0:160:3073:1888_1920x0_80_0_0_1adafc4a284681949bee2307d7700958.jpg
BAKI, 17 fevral — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan dövlət qurumlarının rəqəmsal transformasiyası fonunda "Microsoft" şirkəti ilə birgə "RİNN&Microsoft – Rəqəmsal tərəfdaşlıq və təcrübə mübadiləsi" mövzusunda seminar keçirib. Nazirliyin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin təşkilatçısı olduğu tədbirdə Azərbaycan dövlət qurumlarının fəaliyyətində "Microsoft" məhsullarının tətbiqi, üstünlükləri və rəqəmsal faydalılığı barədə müzakirələr aparılıb. Tədbirin keçirilməsində məqsəd "Microsoft" məhsullarının tətbiqi vasitəsilə ölkəmizin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində qeyd edilən beş milli prioritetdən biri olan "rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı"na çevrilməsi prosesini sürətləndirməkdir. "Microsoft"un ölkəmizdə səfərdə olan nümayəndələri Anna Kaştanova və Tatyana İostman çıxış edərək mövcud proseslərin rəqəmsallaşdırılması istiqamətində şirkətin təklif etdiyi məhsulların təqdimatını keçiriblər. Beynəlxalq korporasiyanın rəsmiləri məhsullar və hər bir xidmət üzrə iş prinsipləri haqda ətraflı məlumat veriblər. "AzInTelecom" MMC-nin Kommersiya departamentinin direktoru Ruslan Əliyev tədbir zamanı bildirib ki, "AzInTelecom" MMC innovativ şirkət olaraq mövcud iş proseslərini mütəmadi olaraq rəqəmsallaşdırır. "Microsoft" ilə əməkdaşlıq çərçivəsində beynəlxalq korporasiyanın təqdim etdiyi rəqəmsal məhsullardan yararlanır. "AzInTelecom" proseslərin rəqəmsallaşdırılması və mərkəzləşdirilməsi istiqamətində "Microsoft" şirkəti ilə həyata keçirdiyi sıx əməkdaşlıq nəticəsində əldə edilən təcrübəni Azərbaycanın digər dövlət qurumları ilə bölüşməyə tam hazırdır", - deyə R.Əliyev vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42346/74/423467418_170:0:2901:2048_1920x0_80_0_0_c3a7ae553f9ff7952d4b49c499e7c9a1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
microsoft, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
microsoft, rəqəmsal inkişaf və nəqliyyat nazirliyi
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "Microsoft"la birgə seminar keçirib
Nazirliyin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin təşkilatçısı olduğu tədbirdə Azərbaycan dövlət qurumlarının fəaliyyətində "Microsoft" məhsullarının tətbiqi, üstünlükləri və rəqəmsal faydalılığı barədə müzakirələr aparılıb.
BAKI, 17 fevral — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Azərbaycan dövlət qurumlarının rəqəmsal transformasiyası fonunda "Microsoft" şirkəti ilə birgə "RİNN&Microsoft – Rəqəmsal tərəfdaşlıq və təcrübə mübadiləsi" mövzusunda seminar keçirib.
Nazirliyin tabeliyində fəaliyyət göstərən "AzInTelecom" MMC-nin təşkilatçısı olduğu tədbirdə Azərbaycan dövlət qurumlarının fəaliyyətində "Microsoft" məhsullarının tətbiqi, üstünlükləri və rəqəmsal faydalılığı barədə müzakirələr aparılıb.
Tədbirin keçirilməsində məqsəd "Microsoft" məhsullarının tətbiqi vasitəsilə ölkəmizin "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində qeyd edilən beş milli prioritetdən biri olan "rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı"na çevrilməsi prosesini sürətləndirməkdir.
"Microsoft"un ölkəmizdə səfərdə olan nümayəndələri Anna Kaştanova və Tatyana İostman çıxış edərək mövcud proseslərin rəqəmsallaşdırılması istiqamətində şirkətin təklif etdiyi məhsulların təqdimatını keçiriblər. Beynəlxalq korporasiyanın rəsmiləri məhsullar və hər bir xidmət üzrə iş prinsipləri haqda ətraflı məlumat veriblər.
"AzInTelecom" MMC-nin Kommersiya departamentinin direktoru Ruslan Əliyev tədbir zamanı bildirib ki, "AzInTelecom" MMC innovativ şirkət olaraq mövcud iş proseslərini mütəmadi olaraq rəqəmsallaşdırır. "Microsoft" ilə əməkdaşlıq çərçivəsində beynəlxalq korporasiyanın təqdim etdiyi rəqəmsal məhsullardan yararlanır.
"AzInTelecom" proseslərin rəqəmsallaşdırılması və mərkəzləşdirilməsi istiqamətində "Microsoft" şirkəti ilə həyata keçirdiyi sıx əməkdaşlıq nəticəsində əldə edilən təcrübəni Azərbaycanın digər dövlət qurumları ilə bölüşməyə tam hazırdır", - deyə R.Əliyev vurğulayıb.