Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Pensiyaların artması üçün qanunvericilik dəyişdirilir

© Sputnik / © Sputnik / Elvin AhmadPensiya
Pensiya - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Abunə olmaq
Milli Məclisdə "Sosial sığorta haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Komitə sədri bildirib ki, bu vəsait Mərkəzi Banka qoyulacaq, risksiz əldə olunan gəlirlər pensiyaların proporsional qaydada artmasına xərclənəcək.
BAKI, 17 fevral — Sputnik. Parlamentdə "Sosial sığorta haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə görə, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sərbəst vəsaitlərinin investisiyaya yönləndirilməsinin hüquqi əsasları yaradılır. İnvestisiyaya yönəldilən sərbəst vəsait Mərkəzi Bankda açılmış hesaba toplanacaq və onların uçotu ayrıca aparılacaq. Sərbəst vəsaitin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi qaydası müəyyən ediləcək.
Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib ki, dövlət büdcəsinin vəsaiti ilə formalaşdırılan bir quruma biznes fəaliyyəti ilə məşğul olmağa icazə veririk. Bu, Konstitusiyaya ziddir. Dövlət Sosial Müdafiə Fondunun investisiya kimi qoyduğu vəsait sabah bata bilər: "Yaxud inflyasiya ilə bağlı sabah DSMF-yə büdcədən əlavə vəsait ayıra bilərik. Çünki hər hansı investisiyanın 1 ildən tez qaytarılacağı gözlənilmir. Bu halda necə olacaq?"
Deputat qeyd edib ki, DSMF-də, İşsizlikdən Sığorta Fondunda artıq vəsait varsa, müharibədə əlil olmuş insanlara, pensiyasının artırılmasına ehtiyacı olanlara sərf olunsun:

"Artıq vəsait investisiya kimi qoyulmamalı, ehtiyacı olanlara verilməlidir".

Deputat Azay Quliyev isə həmin vəsaitlərin hesabının Mərkəzi Bankda olacağını nəzərə çatdırıb:
"Əgər hər hansı narahatlıq olarsa, bu vəsaitlərin investisiya kimi qoyulmasına nəzarət üçün Müşahidə Şurası yaradıla, Müşahidə Şurasında vətəndaş cəmiyyəti, media nümayəndələri təmsil oluna bilər. Eyni zamanda investisiya kimi qoyulacaq bu vəsaitlərdən əldə edilən gəlir bütün şəxslərə deyil, sosial yardıma ehtiyacı olanlara xərclənsə, daha yaxşı olar".
© Sputnik / Murad OrujovMillət vəkili Azay Quliyev Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında
Millət vəkili Azay Quliyev Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Millət vəkili Azay Quliyev Bakıda Sürətli Əlaqələndirmə və Layihələri İdaretmə Sisteminin təqdimatında
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev də narahatlığa əsas görmədiyini vurğulayıb:

"Deputatlar arasında iqtisadçılar DSMF-nin və İşsizlikdən Sığorta Fondunun sərbəst vəsaitlərinin investisiya kimi qoyulmasını dəstəklədi, hüquqşünaslar narahat olduğunu dedilər. Narahat olmayın. Prezidentin sərəncamı olacaq, sərəncamda vəsaitin necə saxlanacağı, şəffaflığın necə təmin olunacağı əksini tapacaq. Norveç, Kanada, Yaponiya kimi ölkələrin bu sahədə təcrübəsi uzun müddət öyrənilib. Bu vəsait Mərkəzi Banka qoyulacaq, risksiz əldə olunan gəlirlər pensiyaların proporsional qaydada artmasına xərclənəcək. Biz bir neçə il sonra bu qanunun əyani şəkildə nə dərəcədə faydalı olacağının şahidi olacağıq".

© Sputnik / Murad OrujovMillət vəkili Musa Quliyev
Millət vəkili Musa Quliyev - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Millət vəkili Musa Quliyev
Layihə səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 2020-ci il 30 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi"nin 3.2.11-ci yarımbəndinə əsasən, sosial sığorta haqları üzrə sərbəst vəsaitin yerləşdirilməsi ilə bağlı investisiya fəaliyyətindən gəlir əldə etmək Fondun hüququdur. Bunu nəzərə alaraq, Dövlət Sosial Müdafiə Fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi məqsədilə həmin fəaliyyətin hüquqi əsaslarının müəyyən edilməsi üçün "Sosial sığorta haqqında" qanunda dəyişiklik edilməsi zərurəti yaranıb.
Layihədə investisiyaya yönəldilən sərbəst vəsaitin, investisiya gəlirlərinin və onun istifadə olunmamış qalığının istənilən bankda deyil, məhz Azərbaycan Respublikasının Mərkəzi bankında açılmış hesaba toplanacağı və uçotunun ayrıca aparılacağı xüsusi olaraq vurğulanır. Habelə həmin vəsaitlərin növbəti büdcə ilinə keçirilmə forması açıqlanır.
Bu isə Fonda ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etməklə yanaşı, sərbəst vəsaitlərin səmərəli idarəetmə yolu ilə dəyərinin qorunub saxlanılması və əlavə gəlir mənbəyinin formalaşdırılması vasitəsilə pensiya təminatı sisteminin dayanıqlılığının artırılması, eləcə də, sosial müdafiə və təminat sahələrində davamlı islahatların aparılmasına imkan verəcək.
Bundan öncə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, dəyişikliklər fondların investisiya fəaliyyətinin təşkili, onların sərbəst vəsaitlərinin formalaşdırılması və o vəsaitlərdən optimal şəkildə istifadə edilməsi, maliyyə dayanıqlığının artırılması, yarana biləcək risklərin idarə olunması, sosial ödənişlərin davamlılığının təmin edilməsi kimi məqsədlər daşıyır. Bildirilib ki, fondların sərbəst vəsaitlərinin investisiya fəaliyyətinə cəlb edilməsi nəticəsində bu vəsaitlərin dəyəri qorunub saxlanılacaq və fondlar üçün əlavə gəlir mənbələri yaranacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0