https://sputnik.az/20230217/hitlerin-generallarindan-birinin-avtomobili-bakida-milyon-yarima-satilir-451862009.html
Hitlerin generallarından birinin avtomobili Bakıda milyon yarıma satılır
Hitlerin generallarından birinin avtomobili Bakıda milyon yarıma satılır
Sputnik Azərbaycan
Adıçəkilən avtomobil klassik ikiqapılı "170 B" modelidir, məhdud buraxılışdır, benzin mühərriki ilə çalışır. 17.02.2023, Sputnik Azərbaycan
2023-02-17T12:55+0400
2023-02-17T12:55+0400
2023-02-17T12:55+0400
video
azərbaycan
sumqayıt
avtomobil
satış
general
https://cdnn1.img.sputnik.az/img/07e7/02/10/451834274_0:0:1920:1080_1920x0_80_0_0_28444236a9627f7ee316675e216db9f4.jpg
Altı il əvvəl Sumqayıt sakini Teymur Məmmədova vaxtilə Hitlerin generallarından birinə məxsus 1938-ci il istehsalı olan "Mercedes-Benz" markalı avtomobil hədiyyə edilib. Məmmədovun "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, həmin avtomobil 1970-ci ildə dostu Heydər Əhədovun atası tərəfindən Bakıya gətirilib. Bu, klassik ikiqapılı "170 B" modelidir, məhdud buraxılışdır, benzin mühərriki ilə çalışır. Adıçəkilən avtomobil İlk dəfə 1936-cı ildə Berlində keçirilən Beynəlxalq Avtomobil Sərgisində təqdim edilib. 1942-ci ilə qədər zavod bu modeldən cəmi 7506 ədəd istehsal edib. İkinci Dünya Müharibəsi illərində onların istehsalı əhəmiyyətli dərəcədə azalıb, çünki Almaniya polad sənayesi yalnız hərbi sifarişlər üçün işləyirdi. Müharibədən sonra bu model yenidən Avropada ən çox satılan avtomobil olub.O, nadir "Mercedes-Benz" markalı avtomobilin bərpasına 200 min manata yaxın pul xərcləyib. Beş il sürən təmir işlərində xaricdən gətirilən orijinal ehtiyat hissələrindən istifadə olunub. "Bu maşın mənim üçün çox əzizdir. Onun xüsusi qulluqa ehtiyacı var, onun təmiri üçün evimi satdım. Bu "Mercedes-Benz" dəfələrlə toy kortejlərində istifadə olunub, kliplərə çəkilib. Hazırda isə maddi problemlərim var, ona görə də onu satmalıyam. Maşının qiyməti 850 min dollar, yəni 1,5 milyon manatdır", - deyə Məmmədov bildirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/10/451834274_335:0:1775:1080_1920x0_80_0_0_a28b7c613fafd65ec2479673294a8501.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
azərbaycan, видео, sumqayıt, avtomobil, satış, general
azərbaycan, видео, sumqayıt, avtomobil, satış, general
Hitlerin generallarından birinin avtomobili Bakıda milyon yarıma satılır
Adıçəkilən avtomobil klassik ikiqapılı "170 B" modelidir, məhdud buraxılışdır, benzin mühərriki ilə çalışır.
Altı il əvvəl Sumqayıt sakini Teymur Məmmədova vaxtilə Hitlerin generallarından birinə məxsus 1938-ci il istehsalı olan "Mercedes-Benz" markalı avtomobil hədiyyə edilib.
Məmmədovun "Sputnik Azərbaycan"a verdiyi məlumata görə, həmin avtomobil 1970-ci ildə dostu Heydər Əhədovun atası tərəfindən Bakıya gətirilib. Bu, klassik ikiqapılı "170 B" modelidir, məhdud buraxılışdır, benzin mühərriki ilə çalışır.
Adıçəkilən avtomobil İlk dəfə 1936-cı ildə Berlində keçirilən Beynəlxalq Avtomobil Sərgisində təqdim edilib. 1942-ci ilə qədər zavod bu modeldən cəmi 7506 ədəd istehsal edib. İkinci Dünya Müharibəsi illərində onların istehsalı əhəmiyyətli dərəcədə azalıb, çünki Almaniya polad sənayesi yalnız hərbi sifarişlər üçün işləyirdi. Müharibədən sonra bu model yenidən Avropada ən çox satılan avtomobil olub.
"Hal-hazırda bu maşından 6 ədəd qalıb dünyada. 1970-ci ildə rəhmətlik Heydər kişi maşını necə gətirib, nə cür gətirib, onu deyə bilmərəm. Bu, Almaniyada Hitlerin generallarından birinin maşını olub, o istifadə edib. Rəhmətlik Heydər kişi sağ ikən, həmin insanlardan gəlmişdilər arxasınca – bu maşını aparmaq üçün, verməmişdi Heydər kişi. Onun oğlu Vəfadar da mənimlə dostdur. O, mənə bu maşını hədiyyə edib. Mənim əlavə retro maşınlarım var idi, "Moskviç"im var idi – "412", "QAZ-21"im var idi – "Volqa", onları satmışam, bu maşınım durur", - deyə Məmmədov bildirib.
O, nadir "Mercedes-Benz" markalı avtomobilin bərpasına 200 min manata yaxın pul xərcləyib. Beş il sürən təmir işlərində xaricdən gətirilən orijinal ehtiyat hissələrindən istifadə olunub.
"Bu maşın mənim üçün çox əzizdir. Onun xüsusi qulluqa ehtiyacı var, onun təmiri üçün evimi satdım. Bu "Mercedes-Benz" dəfələrlə toy kortejlərində istifadə olunub, kliplərə çəkilib. Hazırda isə maddi problemlərim var, ona görə də onu satmalıyam. Maşının qiyməti 850 min dollar, yəni 1,5 milyon manatdır", - deyə Məmmədov bildirib.