https://sputnik.az/20230217/fhn-nin-xilasedicileri-kahramanmarasdan-hataya-yola-dusub-451859035.html
FHN-nin xilasediciləri Kahramanmaraşdan Hataya yola düşüb
FHN-nin xilasediciləri Kahramanmaraşdan Hataya yola düşüb
Sputnik Azərbaycan
Nazirliyin Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə... 17.02.2023, Sputnik Azərbaycan
2023-02-17T11:44+0400
2023-02-17T11:44+0400
2023-02-17T12:36+0400
azərbaycan xəbərləri
fhn
türkiyə
zəlzələ
xilasedicilər
https://cdnn1.img.sputnik.az/img/07e7/02/08/451523530_0:95:1024:671_1920x0_80_0_0_c03947e88a203d9c5aae0e3ed7064bfb.jpg
BAKI, 17 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə əməliyyatları davam etdirir. Nazirlikdən verilən məlumata görə, bu çərçivədə, FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu səhər həmin bölgəyə yola düşüb. Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək. Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər dünyasını dəyişib, 108 068 nəfər yaralanıb. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb. Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/08/451523530_1:0:1023:766_1920x0_80_0_0_5a67de0cd8895c9b0164bce523c07ead.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
fhn, türkiyə, zəlzələ, xilasedicilər
fhn, türkiyə, zəlzələ, xilasedicilər
FHN-nin xilasediciləri Kahramanmaraşdan Hataya yola düşüb
11:44 17.02.2023 (Yenilənib: 12:36 17.02.2023) Nazirliyin Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu səhər həmin bölgəyə yola düşüb.
BAKI, 17 fevral — Sputnik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə əməliyyatları davam etdirir. Nazirlikdən verilən məlumata görə, bu çərçivədə, FHN-in Kahramanmaraşda olan qüvvələrinin 110 nəfərdən artıq hissəsi Hatay rayonunda baş vermiş dağıdıcı zəlzələ ilə əlaqədar axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə bu səhər həmin bölgəyə yola düşüb.
Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər dünyasını dəyişib, 108 068 nəfər yaralanıb.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.