https://sputnik.az/20230217/dovlet-mtahan-merkezi-imtahanlarin-qrafikini-aciqlayib-451855371.html
Dövlət İmtahan Mərkəzi imtahanların qrafikini açıqlayıb
Dövlət İmtahan Mərkəzi imtahanların qrafikini açıqlayıb
Sputnik Azərbaycan
Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər 2023-cü ildə keçiriləcək imtahanların... 17.02.2023, Sputnik Azərbaycan
2023-02-17T14:21+0400
2023-02-17T14:21+0400
2023-02-17T14:21+0400
imtahan
təhsil
dövlət imtahan mərkəzi
vaxt
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510776_0:0:3073:1728_1920x0_80_0_0_746fa00184695fa5e4ec0c190c27b578.jpg
BAKI, 17 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü ildə keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarının qrafiki elan olunub. Dövlət qulluqçularının Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri nəzərə alınaraq Mərkəz tərəfindən martın 18-də daha bir imtahanın keçirilməsi qərara alınıb. İmtahana qeydiyyat tarixləri barədə yaxın günlərdə məlumat veriləcək. Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər 2023-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tanış olmalı və sertifikatlarının bitmə tarixindən asılı olaraq imtahanlarda iştirak etməlidirlər. Verilən imtahan qrafikinə əlavə dəyişiklik nəzərdə tutulmur. Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə bilərlər: Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424510776_0:0:2731:2048_1920x0_80_0_0_d34d74537493f9a21f7380fee5e62561.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
imtahan, dövlət imtahan mərkəzi, vaxt
imtahan, dövlət imtahan mərkəzi, vaxt
Dövlət İmtahan Mərkəzi imtahanların qrafikini açıqlayıb
Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər 2023-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tanış olmalıdır.
BAKI, 17 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi tərəfindən 2023-cü ildə keçiriləcək dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanlarının qrafiki elan olunub.
Dövlət qulluqçularının Dövlət İmtahan Mərkəzinə daxil olan müraciətləri nəzərə alınaraq Mərkəz tərəfindən martın 18-də daha bir imtahanın keçirilməsi qərara alınıb. İmtahana qeydiyyat tarixləri barədə yaxın günlərdə məlumat veriləcək.
Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxslər 2023-cü ildə keçiriləcək imtahanların qrafiki ilə tanış olmalı və sertifikatlarının bitmə tarixindən asılı olaraq imtahanlarda iştirak etməlidirlər. Verilən imtahan qrafikinə əlavə dəyişiklik nəzərdə tutulmur.
Xatırladaq ki, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə keçirilən test imtahanında aşağıdakı şəxslər iştirak edə bilərlər:
Sertifikat alaraq dövlət qulluğuna qəbul edilən və dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirmək istəyən şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində, lakin həmin sertifikatın qüvvədə olma müddətinin bitmə tarixindən gec olmayaraq;
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 267-VQD nömrəli Qanunu qüvvəyə mindiyi günədək (10.08.2016-cı il tarixinədək) dövlət qulluğunda inzibati vəzifəyə qəbul olunmuş,inzibati vəzifələr üzrə 10 ildən az qulluq stajı olan və daha yüksək inzibati vəzifənin tutulmasına iddia edən dövlət qulluqçuları.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.