https://sputnik.az/20230217/biletlerin-bahaligina-gore-turkiyeden-telebelerin-qayitmasinda-cetinlik-yasanir---deputat-451860126.html
Biletlərin bahalığına görə Türkiyədən tələbələrin qayıtmasında çətinlik yaşanır - Deputat
Biletlərin bahalığına görə Türkiyədən tələbələrin qayıtmasında çətinlik yaşanır - Deputat
Sputnik Azərbaycan
Millət vəkili Türkiyədə zəlzələyə görə tələbələrə təyyarə biletində güzəşt olunmasını təklif edib. 17.02.2023, Sputnik Azərbaycan
2023-02-17T11:54+0400
2023-02-17T11:54+0400
2023-02-17T12:35+0400
cəmiyyət
milli məclis
təyyarə
bilet
tələbə
https://cdnn1.img.sputnik.az/img/42418/95/424189559_0:53:1000:616_1920x0_80_0_0_749f236b672d443ffd0610ff69065229.jpg
BAKI, 17 fevral - Sputnik. "Təyyarə biletlərinin baha olması səbəbindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin geri qayıtmasında çətinliklər yaşanır. Türkiyədə zəlzələ ilə bağlı tələbələrə təyyarə biletlərində güzəştlər tətbiq olunmalıdır". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov çıxışı zamanı deyib. O bildirib ki, digər bir məsələ isə Türkiyədə təhsilin distant təhsilə keçirilməsidir:"Elə ədəbiyyatlar var ki, tələbələr onları da geri qayıdanda Türkiyədən gətirməlidirlər. Ona görə də təyyarə biletlərində güzəştlər vacibdir. Türkiyə və digər ölkələrin təcrübəsində də belə hallar var". Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36187 nəfər dünyasını dəyişib, 108068 nəfər yaralanıb. Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb. Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42418/95/424189559_0:0:1000:750_1920x0_80_0_0_a607521c2fbef6d368097736b6446ec9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, təyyarə, bilet, tələbə
milli məclis, təyyarə, bilet, tələbə
Biletlərin bahalığına görə Türkiyədən tələbələrin qayıtmasında çətinlik yaşanır - Deputat
11:54 17.02.2023 (Yenilənib: 12:35 17.02.2023) Millət vəkili Türkiyədə zəlzələyə görə tələbələrə təyyarə biletində güzəşt olunmasını təklif edib.
BAKI, 17 fevral - Sputnik. "Təyyarə biletlərinin baha olması səbəbindən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin geri qayıtmasında çətinliklər yaşanır. Türkiyədə zəlzələ ilə bağlı tələbələrə təyyarə biletlərində güzəştlər tətbiq olunmalıdır". Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Ceyhun Məmmədov çıxışı zamanı deyib.
O bildirib ki, digər bir məsələ isə Türkiyədə təhsilin distant təhsilə keçirilməsidir:
"Elə ədəbiyyatlar var ki, tələbələr onları da geri qayıdanda Türkiyədən gətirməlidirlər. Ona görə də təyyarə biletlərində güzəştlər vacibdir. Türkiyə və digər ölkələrin təcrübəsində də belə hallar var".
Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.
Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 4000-ə yaxın afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və onminlərlə itkiyə səbəb olub. Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36187 nəfər dünyasını dəyişib, 108068 nəfər yaralanıb.
Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Zəlzələdən dərhal sonra Azərbaycanda qardaş ölkə üçün yardım toplanmasına başlanılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.