Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Azərbaycan və Serbiya arasında icazəsiz yaşayan şəxslərin readmissiyası həyata keçiriləcək

© Fotolia / Mikhail MarkovskiyBelqrada mənzərə
Belqrada mənzərə - Sputnik Azərbaycan, 1920, 17.02.2023
Abunə olmaq
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanıb.
BAKI, 17 fevral - Sputnik. Azərbaycan və Serbiya arasında icazəsiz yaşayan şəxslərin readmissiyası həyata keçiriləcək.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsində əksini tapıb.
“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş 2022-ci il noyabrın 23-də Belqrad şəhərində imzalanıb.
Sənəddə qeyd edilib ki, sorğu edən razılığa gələn tərəfin müraciəti əsasında və bu Sazişdə ehtiva edilən şərtlərdən əlavə rəsmiyyətçiliyə yol vermədən, sorğu edilən razılığa gələn tərəf sorğu edən razılığa gələn tərəfin dövlətinin ərazisinə daxil olmaq, qalmaq və ya yaşamaqla bağlı qüvvədə olan şərtlərinə əməl etməyən və ya bu şərtləri artiq yerinə yetirməyən, həmin sorğu edilən razılığa gələn tərəfin dövlətinin vətəndaşı olması sübut olunan və ya ilkin baxış nəticəsində əldə olunmuş (prima facie) dəlillərlə əsaslandırılmış şəkildə ehtimal edilən bütün şəxsləri readmissiya edir.
Sorğu edilən razılığa gələn tərəf həmçinin aşağıdakı şəxsləri readmissiya edir:
Şəxsin doğum yerindən və ya vətəndaşlığından asılı olmayaraq yetkinlik yaşına çatmamış subay uşaqları, əgər onlar sorğu edən razılığa gələn tərəfin dövlətində müstəqil yaşamaq hüququna malik deyildirlərsə;
Şəxsin sorğu edilən razılığa gələn tərəfin ərazisinə daxil olmaq və qalmaq hüququna malik digər ölkənin vətəndaşı olan və ya heç bir vətəndaşlığı olmayan ərləri/arvadları, əgər onlar sorğu edən razılığa gələn tərəfin dövlətində müstəqil yaşamaq hüququna malik deyildirlərsə;
Sorğu edən razılığa gələn tərəf, həmçinin sorğu edən razılığa gələn tərəfin dövlətinin ərazisinə daxil olduqdan sonra sorğu edən razılığa gələn tərəfin dövlətində vətəndaşlığına həmin dövlətin qanunvericiliyin uyğun olaraq xitam verilmiş, sorğu edən razılığa gələn tərəfin dövlətinin ərazisində qeyri-qanuni qalan və ya yaşayan şəxsləri, əgər bu şəxslər sorğu edən razılığa gələn tərəfdən vətəndaşlığa qəbul edilmək barədə ən azı vəd almamışdırlarsa, readmissiya edir.
Readmissiya ediləcək şəxs Azərbaycan Respublikası və ya Serbiya Respublikasının vətəndaşlığına mənsub olmasından əlavə üçüncü dövlətin vətəndaşı olduğu halda, sorğu edən razılığa gələn tərəf readmissiya ediləcək şəxsin geri qaytarılacağı dövlətə dair seçimini nəzərə alır.
Layihə səsverməyə çıxarılaraq bir oxunuşda qəbul edilib.
Xatırladaq ki, readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olduğu, qaldığı və ya yaşadığı aşkarlanan şəxslərin (mənşə dövlətin öz vətəndaşları, üçüncü ölkə vətəndaşları və ya vətəndaşlığı olmayan şəxslər) həmin dövlət tərəfindən ötürülməsi və mənşə dövlət tərəfindən qəbulu nəzərdə tutulur.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0