https://sputnik.az/20230217/azerbaycan-ve-birlesmis-ereb-emirliklerinin-suruculuk-vesiqeleri-qarsiliqli-taninacaq-451860913.html
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
Sputnik Azərbaycan
Deputat bildirib ki, memorandum tərəflərin dövlətinə səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş... 17.02.2023, Sputnik Azərbaycan
2023-02-17T12:09+0400
2023-02-17T12:09+0400
2023-02-17T12:58+0400
cəmiyyət
milli məclis
sürücülük vəsiqəsi
birləşmiş ərəb əmirlikləri
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/41264/34/412643462_0:179:2001:1304_1920x0_80_0_0_94dddf4d88cb58bb065257c9755b5010.jpg
BAKI, 17 fevral - Sputnik. Parlamentdə "Azərbaycanın Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsinə baxılıb. Sənəd barədə deputat Vüqar İskəndərov məlumat verib. O bildirib ki, memorandum tərəflərin dövlətinə səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə imzalanıb:Qeyd edək ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb. Anlaşma Memorandumu səsə qoyularaq bir oxunuşda qəbul edilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41264/34/412643462_41:0:1818:1333_1920x0_80_0_0_b5a9b341df790d74b986cbabca4f8866.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
milli məclis, sürücülük vəsiqəsi, birləşmiş ərəb əmirlikləri, azərbaycan
milli məclis, sürücülük vəsiqəsi, birləşmiş ərəb əmirlikləri, azərbaycan
Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin sürücülük vəsiqələri qarşılıqlı tanınacaq
12:09 17.02.2023 (Yenilənib: 12:58 17.02.2023) Deputat bildirib ki, memorandum tərəflərin dövlətinə səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə imzalanıb.
BAKI, 17 fevral - Sputnik. Parlamentdə "Azərbaycanın Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi məsələsinə baxılıb.
Sənəd barədə deputat Vüqar İskəndərov məlumat verib.
O bildirib ki, memorandum tərəflərin dövlətinə səfər edərkən və ya orada yaşayarkən öz dövlətinin müvafiq səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsinin sahibi olan vətəndaşların hərəkətini asanlaşdırmaq məqsədilə imzalanıb:
"Memorandumda qeyd olunan nəqliyyat vasitələrinin kateqoriyalarına uyğun olaraq (minimum yaş həddini nəzərə alaraq) yaşamaq məqsədi olmadan gələn vətəndaşlara verilmiş etibarlı sürücülük vəsiqəsi iki ölkə tərəfindən də tanınır. Yaşamaq məqsədilə gələn vətəndaşlara münasibətdə isə, tərəflərin səlahiyyətli orqanları tərəfindən verilmiş sürücülük vəsiqəsini dəyişdirmək məqsədilə müraciət olunduqda, həmin vətəndaşlar nəzərdə tutulan nəzəri və praktiki imtahandan azad edilirlər".
Qeyd edək ki, “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyi arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumu 2022-ci il noyabrın 16-da Əbu-Dabi şəhərində imzalanıb.
Anlaşma Memorandumu səsə qoyularaq bir oxunuşda qəbul edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.