https://sputnik.az/20230216/zelzelenin-turkiye-iqtisadiyyatina-tesiri-ile-bagli-ilkin-proqnoz-aciqlanib-451822876.html
Zəlzələnin Türkiyə iqtisadiyyatına təsiri ilə bağlı ilkin proqnoz açıqlanıb
Zəlzələnin Türkiyə iqtisadiyyatına təsiri ilə bağlı ilkin proqnoz açıqlanıb
Sputnik Azərbaycan
2023 və 2024-cü illərdə artan xarici maliyyə tələbləri və 2023-cü ildə keçiriləcək seçkilərlə bağlı siyasi qeyri-müəyyənlik əhəmiyyətli iqtisadi zəifliklər... 16.02.2023, Sputnik Azərbaycan
2023-02-16T15:39+0400
2023-02-16T15:39+0400
2023-02-16T15:39+0400
zəlzələ
hadisə
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697511_0:160:3072:1888_1920x0_80_0_0_57668bfd275343b64d5ccf8b2320c26e.jpg
BAKI, 16 fevral — Sputnik. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) zəlzələnin Türkiyə iqtisadiyyatına ilkin təsirləri ilə bağlı proqnozunu açıqlayıb. Bu barədə AYİB-in regional hesabatında bildirilib. Avropa Yenidənqurma və İnkişaf Bankı qeyd edib ki, Türkiyədə ÜDM artımı 2022-ci ildə əhəmiyyətli dərəcədə yavaşlayıb. 2023 və 2024-cü illərdə artan xarici maliyyə tələbləri və 2023-cü ildə keçiriləcək seçkilərlə bağlı siyasi qeyri-müəyyənlik əhəmiyyətli iqtisadi zəifliklər yaratdığından iqtisadi artımın daha da azalaraq 3 faizə enməsi gözlənilir. Bank bildirib ki, bu proqnoz 2023-cü ilin fevralında baş verən zəlzələnin potensial təsirlərini əhatə etmir və 2023-cü ildə ümumi iqtisadi fəaliyyətə təsiri ilə bağlı hər hansı qəti proqnozlar vermək çox tezdir. AYİB bununla belə hesab edir ki, ağlabatan qiymətləndirmə zəlzələnin bu il Türkiyə iqtisadiyyatının ÜDM-in 1 faizi həcmində itkiyə səbəb olacağını deməyə əsas verir. "Yenidənqurma səylərinin ilin son aylarında tədarük zəncirlərinə və infrastruktura dəyən zərərin mənfi təsirini qismən kompensasiya etməsi gözlənilir", - AYİB-in açıqlamasında deyilib. (APA)
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697511_171:0:2902:2048_1920x0_80_0_0_50ea071743b77c37a7ac115887e29109.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, türkiyə
Zəlzələnin Türkiyə iqtisadiyyatına təsiri ilə bağlı ilkin proqnoz açıqlanıb
2023 və 2024-cü illərdə artan xarici maliyyə tələbləri və 2023-cü ildə keçiriləcək seçkilərlə bağlı siyasi qeyri-müəyyənlik əhəmiyyətli iqtisadi zəifliklər yaratdığından iqtisadi artımın daha da azalaraq 3 faizə enməsi gözlənilir
BAKI, 16 fevral — Sputnik. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) zəlzələnin Türkiyə iqtisadiyyatına ilkin təsirləri ilə bağlı proqnozunu açıqlayıb.
Bu barədə AYİB-in regional hesabatında bildirilib.
Avropa Yenidənqurma və İnkişaf Bankı qeyd edib ki, Türkiyədə ÜDM artımı 2022-ci ildə əhəmiyyətli dərəcədə yavaşlayıb. 2023 və 2024-cü illərdə artan xarici maliyyə tələbləri və 2023-cü ildə keçiriləcək seçkilərlə bağlı siyasi qeyri-müəyyənlik əhəmiyyətli iqtisadi zəifliklər yaratdığından iqtisadi artımın daha da azalaraq 3 faizə enməsi gözlənilir. Bank bildirib ki, bu proqnoz 2023-cü ilin fevralında baş verən zəlzələnin potensial təsirlərini əhatə etmir və 2023-cü ildə ümumi iqtisadi fəaliyyətə təsiri ilə bağlı hər hansı qəti proqnozlar vermək çox tezdir.
AYİB bununla belə hesab edir ki, ağlabatan qiymətləndirmə zəlzələnin bu il Türkiyə iqtisadiyyatının ÜDM-in 1 faizi həcmində itkiyə səbəb olacağını deməyə əsas verir.
"Yenidənqurma səylərinin ilin son aylarında tədarük zəncirlərinə və infrastruktura dəyən zərərin mənfi təsirini qismən kompensasiya etməsi gözlənilir", - AYİB-in açıqlamasında deyilib. (APA)