https://sputnik.az/20230216/pasinyan-hokumetin-iclasinda-azerbaycanla-imzalanacaq-sulh-sazisinden-danisdi-451819497.html
Paşinyan hökumətin iclasında Azərbaycanla imzalanacaq sülh sazişindən danışdı
Paşinyan hökumətin iclasında Azərbaycanla imzalanacaq sülh sazişindən danışdı
Sputnik Azərbaycan
Erməni tərəfi hesab edir ki, sənəddə uzunmüddətli və ardıcıl sülhün pozulmasının istənilən ssenarisini istisna edən sazişin səmərəli nəzarət və tarazlıq... 16.02.2023, Sputnik Azərbaycan
2023-02-16T12:41+0400
2023-02-16T12:41+0400
2023-02-16T12:43+0400
siyasət
nikol paşinyan
ermənistanın baş naziri nikol paşinyan
sülh
sülh sazişi
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435955_0:80:2594:1539_1920x0_80_0_0_af18790f06e5cb07ebee2322b918561c.jpg
BAKI, 16 fevral — Sputnik. Fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini tamamlayıb və bu təklifləri Bakıya verib. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. Onun sözlərinə görə, Ermənistanın təklifləri bütöv saziş layihəsini əhatə edir. Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib. "Biz istənilən vaxt imzalamağa hazır olduğumuz sənədi almaq məntiqi ilə layihə üzərində işləyirik. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Lakin biz ümid edirik ki, danışıqların üç raundu zamanı əldə edilmiş irəliləyişlərin bir hissəsinə əsaslanmaq olar", - Paşinyan əlavə edib. Erməni tərəfi hesab edir ki, sənəddə uzunmüddətli və ardıcıl sülhün pozulmasının istənilən ssenarisini istisna edən sazişin səmərəli nəzarət və tarazlıq sistemi olmalıdır. Məsələ ondadır ki, imzalanma uzunmüddətli sülhə gətirib çıxarmalıdır, sülh müqaviləsi əsasında artıq müharibəyə çevrilməməlidir. Paşinyan etiraf edib ki, sonuncu variant absurd səslənir, lakin ola bilər. O, hökumətin belə bir sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu qeyd edib. Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini alıb. Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın vaxtlarda təhvil verəcək.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0d/447435955_0:0:2157:1618_1920x0_80_0_0_3eff6c2b413887175db86bea3086765a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, sülh, sülh sazişi
nikol paşinyan, ermənistanın baş naziri nikol paşinyan, sülh, sülh sazişi
Paşinyan hökumətin iclasında Azərbaycanla imzalanacaq sülh sazişindən danışdı
12:41 16.02.2023 (Yenilənib: 12:43 16.02.2023) Erməni tərəfi hesab edir ki, sənəddə uzunmüddətli və ardıcıl sülhün pozulmasının istənilən ssenarisini istisna edən sazişin səmərəli nəzarət və tarazlıq sistemi olmalıdır.
BAKI, 16 fevral — Sputnik. Fevralın 15-də Ermənistan Azərbaycanla sülh müqaviləsi üzrə işin növbəti mərhələsini tamamlayıb və bu təklifləri Bakıya verib.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.
Onun sözlərinə görə, Ermənistanın təklifləri bütöv saziş layihəsini əhatə edir. Sənəd ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə də təhvil verilib.
"Biz istənilən vaxt imzalamağa hazır olduğumuz sənədi almaq məntiqi ilə layihə üzərində işləyirik. Aydındır ki, sənəd Azərbaycan üçün də məqbul olmalıdır. Lakin biz ümid edirik ki, danışıqların üç raundu zamanı əldə edilmiş irəliləyişlərin bir hissəsinə əsaslanmaq olar", - Paşinyan əlavə edib.
Erməni tərəfi hesab edir ki, sənəddə uzunmüddətli və ardıcıl sülhün pozulmasının istənilən ssenarisini istisna edən sazişin səmərəli nəzarət və tarazlıq sistemi olmalıdır.
Məsələ ondadır ki, imzalanma uzunmüddətli sülhə gətirib çıxarmalıdır, sülh müqaviləsi əsasında artıq müharibəyə çevrilməməlidir.
Paşinyan etiraf edib ki, sonuncu variant absurd səslənir, lakin ola bilər. O, hökumətin belə bir sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu qeyd edib.
Bundan əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bildirib ki, Ermənistan tərəfi Azərbaycanın sülh müqaviləsi ilə bağlı təkliflərini alıb. Fevralın 14-də isə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bəyan edib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və onu yaxın vaxtlarda təhvil verəcək.