https://sputnik.az/20230216/elm-ve-tehsil-nazirliyi-institutlarda-apardigi-monitorinqlerin-neticelerini-aciqlayib-451822752.html
Elm və Təhsil Nazirliyi institutlarda apardığı monitorinqlərin nəticələrini açıqlayıb
Elm və Təhsil Nazirliyi institutlarda apardığı monitorinqlərin nəticələrini açıqlayıb
Sputnik Azərbaycan
Nazirlik bəzi institutların sosial şəbəkələrindəki problemləri aşkarladı 16.02.2023, Sputnik Azərbaycan
2023-02-16T15:10+0400
2023-02-16T15:10+0400
2023-02-16T15:10+0400
elm və təhsil nazirliyi
təhsil
yoxlama
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:3081:1733_1920x0_80_0_0_16e566b68044f8bae81b65a57f71c121.jpg
BAKI, 16 fevral — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil Nazirliyinin balansına keçən bəzi institutlarının loqoları hələ də yenilənməyib. Bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Effektiv kommunikasiya" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib. O, nazirliyin kommunikasiya əməkdaşlarının elmi müəssisələrlə bağlı apardığı monitorinqlərin nəticələrini açıqlayarkən bildirib ki, nazirliyin tabeliyinə keçən bəzi institutların sosial şəbəkələrində hələ də AMEA-nın loqosu qalıb: "Loqonun nazirliyin adı ilə dəyişdirilməsi məqsədəuyğundur. Akademiyanın institutlarının bəzilərinin sosial şəbəkələrində əlaqə nömrələrinin qoyulmaması, orfoqrafik səhvlərin olması, paylaşımların sıx ardıcıllıqla edilməməsi monitorinqlərdə yer alıb". İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev nazirliyin tabeliyinə verilən bəzi institutların loqosunun dəyişdirilməməsi və veb-saytların yenilənməməsinin səbəblərini açıqlayıb. O qeyd edib ki, institutlarla bağlı əsasnamə təsdiq ediləndən və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradıldıqdan sonra veb-saytların buna uyğunlaşdırılmasına baxıla bilər: "Bundan başqa məsələnin həlli üçün maliyyə vəsaiti də lazımdır". Qeyd edək ki, İnformasiya Texnologiyaları İnstitutunda baş tutan təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir (Report).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/07/17/424512282_0:0:2731:2048_1920x0_80_0_0_ed1401501379fdb1bc6a28a3d4776a4c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
elm və təhsil nazirliyi, yoxlama
elm və təhsil nazirliyi, yoxlama
Elm və Təhsil Nazirliyi institutlarda apardığı monitorinqlərin nəticələrini açıqlayıb
Nazirlik bəzi institutların sosial şəbəkələrindəki problemləri aşkarladı
BAKI, 16 fevral — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil Nazirliyinin balansına keçən bəzi institutlarının loqoları hələ də yenilənməyib.
Bunu nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov "Effektiv kommunikasiya" mövzusunda keçirilən təlim-seminarda çıxışı zamanı deyib.
O, nazirliyin kommunikasiya əməkdaşlarının elmi müəssisələrlə bağlı apardığı monitorinqlərin nəticələrini açıqlayarkən bildirib ki, nazirliyin tabeliyinə keçən bəzi institutların sosial şəbəkələrində hələ də AMEA-nın loqosu qalıb: "Loqonun nazirliyin adı ilə dəyişdirilməsi məqsədəuyğundur. Akademiyanın institutlarının bəzilərinin sosial şəbəkələrində əlaqə nömrələrinin qoyulmaması, orfoqrafik səhvlərin olması, paylaşımların sıx ardıcıllıqla edilməməsi monitorinqlərdə yer alıb".
İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru Rasim Əliquliyev nazirliyin tabeliyinə verilən bəzi institutların loqosunun dəyişdirilməməsi və veb-saytların yenilənməməsinin səbəblərini açıqlayıb. O qeyd edib ki, institutlarla bağlı əsasnamə təsdiq ediləndən və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi yaradıldıqdan sonra veb-saytların buna uyğunlaşdırılmasına baxıla bilər: "Bundan başqa məsələnin həlli üçün maliyyə vəsaiti də lazımdır".
Qeyd edək ki, İnformasiya Texnologiyaları İnstitutunda baş tutan təlim-seminarı Elm və Təhsil Nazirliyi Medianın İnkişafı Agentliyi ilə birgə keçirir (Report).