https://sputnik.az/20230216/bayden-abs-da-defoltun-qarsisini-alacagina-soz-verib-451814693.html
Bayden ABŞ-da defoltun qarşısını alacağına söz verib
Bayden ABŞ-da defoltun qarşısını alacağına söz verib
Sputnik Azərbaycan
ABŞ lideri qeyd edib ki, ölkənin dövlət borcu son 200 ildə yığılıb və hazırda o, 31,4 trilyon dollara çatır. 16.02.2023, Sputnik Azərbaycan
2023-02-16T10:19+0400
2023-02-16T10:19+0400
2023-02-16T10:25+0400
abş prezidenti cozef bayden
co bayden
dünya xəbərləri
defolt
abş
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/11/448663556_0:0:3072:1728_1920x0_80_0_0_8239ffee4b40eb5a63ac5d890408cc10.jpg
BAKI, 16 fevral — Sputnik. ABŞ Prezidenti Co Bayden ölkənin defolt elan etməsinə icazə verməyəcəyinə söz verib. Bu barədə "TASS" amerikalı liderin Merilend ştatında keçirilən tədbirdəki çıxışına istinadən xəbər verir. O, ABŞ-ın defoltunun fəlakət olacağını söyləyib. Bayden hesab edir ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Konqres heç bir şərt olmadan dövlət borcunun tavanının artırılmasını təsdiq etməlidir. Eyni zamanda, ABŞ rəhbəri qeyd edib ki, ölkənin dövlət borcu son 200 ildə yığılıb və hazırda o, 31,4 trilyon dollara çatır. Daha əvvəl Konqresin büdcə idarəsi 2023-cü ilin iyul-sentyabr aylarında ABŞ-ın defolt riskinə diqqət çəkib. Onların fikrincə, dövlət borcunun limitləri qaldırılmasa, bu ssenarinin reallaşması qaçılmazdır. Bayden administrasiyası Konqres üzvlərini borclanma limitlərini tez və qeyd-şərtsiz artırmağa və ya dayandırmağa səsləyib. Yanvarda ABŞ Konqresində Respublikaçılar partiyasının üzvləri ölkənin dövlət borcunun səviyyəsinin dollar ifadəsində sabit dəyərlə əlaqələndirilməsindən imtina etmək təşəbbüsü ilə çıxış ediblər. Bunun əvəzinə onlar borc - ÜDM nisbətinə keçidi təklif edirlər. Qanunverici Brayan Fitspatrik 2008-ci ildə ABŞ-ın borcunun ölkənin ÜDM-nin, təxminən, 40%-ni təşkil etdiyini vurğulayıb. 2023-cü ildə bu rəqəm 125% təşkil edir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0b/11/448663556_210:0:2941:2048_1920x0_80_0_0_fb0dde57266c9d2adae30116613c216a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aygün Bünyadzadə
https://cdnn1.img.sputnik.az/img/07e6/05/06/441716660_0:0:1000:1001_100x100_80_0_0_486cda2f4c78f152b984457db6213569.png
abş prezidenti cozef bayden, co bayden, defolt, abş
abş prezidenti cozef bayden, co bayden, defolt, abş
Bayden ABŞ-da defoltun qarşısını alacağına söz verib
10:19 16.02.2023 (Yenilənib: 10:25 16.02.2023) ABŞ lideri qeyd edib ki, ölkənin dövlət borcu son 200 ildə yığılıb və hazırda o, 31,4 trilyon dollara çatır.
BAKI, 16 fevral — Sputnik. ABŞ Prezidenti Co Bayden ölkənin defolt elan etməsinə icazə verməyəcəyinə söz verib.
Bu barədə "TASS" amerikalı liderin Merilend ştatında keçirilən tədbirdəki çıxışına istinadən xəbər verir.
O, ABŞ-ın defoltunun fəlakət olacağını söyləyib. Bayden hesab edir ki, hadisələrin bu cür inkişafının qarşısını almaq üçün Konqres heç bir şərt olmadan dövlət borcunun tavanının artırılmasını təsdiq etməlidir.
Eyni zamanda, ABŞ rəhbəri qeyd edib ki, ölkənin dövlət borcu son 200 ildə yığılıb və hazırda o, 31,4 trilyon dollara çatır.
Daha əvvəl Konqresin büdcə idarəsi 2023-cü ilin iyul-sentyabr aylarında ABŞ-ın defolt riskinə diqqət çəkib. Onların fikrincə, dövlət borcunun limitləri qaldırılmasa, bu ssenarinin reallaşması qaçılmazdır. Bayden administrasiyası Konqres üzvlərini borclanma limitlərini tez və qeyd-şərtsiz artırmağa və ya dayandırmağa səsləyib.
Yanvarda ABŞ Konqresində Respublikaçılar partiyasının üzvləri ölkənin dövlət borcunun səviyyəsinin dollar ifadəsində sabit dəyərlə əlaqələndirilməsindən imtina etmək təşəbbüsü ilə çıxış ediblər. Bunun əvəzinə onlar borc - ÜDM nisbətinə keçidi təklif edirlər. Qanunverici Brayan Fitspatrik 2008-ci ildə ABŞ-ın borcunun ölkənin ÜDM-nin, təxminən, 40%-ni təşkil etdiyini vurğulayıb. 2023-cü ildə bu rəqəm 125% təşkil edir.