https://sputnik.az/20230216/azerbaycanda-iqtisadi-azalma-olub---sebeb-nedir-451837479.html
Azərbaycanda iqtisadi azalma olub - Səbəb nədir?
Azərbaycanda iqtisadi azalma olub - Səbəb nədir?
Sputnik Azərbaycan
Yanvarda ölkədə 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub. 16.02.2023, Sputnik Azərbaycan
2023-02-16T20:04+0400
2023-02-16T20:04+0400
2023-02-16T20:04+0400
iqtisadi
iqtisadiyyat
azalma
sənaye
istehsal
emal
sektor
https://cdnn1.img.sputnik.az/img/41078/52/410785214_0:2:1920:1082_1920x0_80_0_0_9f0151a7108e8a323c76428470e9e019.jpg
BAKI, 16 fevral — Sputnik. Keçən ay Azərbaycanda iqtisadi geriləmə qeydə alınıb. Lakin ötən il ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı 4,6 faiz artmışdı. Başqa sözlə, iqtisadi artım geriləmə ilə əvəz olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında Azərbaycanda 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub. Bəs, ötən ay iqtisadi geriləmənin səbəbi nədir? Növbəti aylarda iqtisadi azalma gözlənilirmi? İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, iqtisadi geriləmənin səbəbi əsasən neft-qaz sektorunda əlavə dəyərin azalmasıdır: "Neft-qaz sektorunda azalmanın səbəbi isə keçən illə müqayisədə neftin və qazın qiymətlərinin aşağı düşməsidir. Ümumi daxili məhsul dövr ərzində ölkədə satış üçün istehsal edilmiş məhsulların dəyəridir. Bu hesablanarkən onların nominal qiyməti ilə hesablanır, amma inflyasiyanı da nəzərə alaraq real qiymətlərə gətirilir. Qazın qiyməti 3-4 dəfə ucuzlaşıbsa, inflyasiya 10-12 faizdirsə, bu, ümumi daxili məhsulun azalmasına gətirib çıxardacaq. Enerji sektorunda qiymətlərin kəskin düşməsi belə bir vəziyyət yaradıb". Qarşıdakı aylarda enerji qiymətlərinin artacağı gözlənilir Növbəti aylarda iqtisadi azalma gözlənilirmi sualına ekspert belə bir gözləntinin olmadığını söyləyib. Onun sözlərinə görə, qarşıdakı həftələrdə, aylarda enerji sektorunda qiymətlərin artacağı gözlənilir: "İnflyasiya əhalinin alıcılıq qabiliyyətinə ciddi mənfi təsir göstərib. Ərzaq qiymətlərinin qalxması əhalinin real alıcılıq qabiliyyətini pisləşdirib. Bu da iqtisadiyyatın dinamikasını bir qədər aşağı salıb. Lakin sosial xərclərin artması buradakı geriliyi aradan qaldıracaq". Beynəlxalq qurumlar artım gözləyir "Beynəlxalq təşkilatlar 2023-cü ildə Azərbaycanda 2,7 faiz iqtisadi artım proqnozlaşdırır. Azərbaycan özü isə bu il 3 faizdən çox iqtisadi artım gözləyir"-deyə iqtisadçı əlavə edib. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında ölkədə 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7 faiz artıb. ÜDM istehsalının 52,8 faizi sənaye, 9,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olub. Yanvarda sənaye istehsalı azalıb Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar ayında 6,5 milyard manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 4,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2 faiz artıb. Sənaye məhsulunun 74,1 faizi mədənçıxarma sektorunda, 20,5 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. Xatırladaq ki, 2022-ci ildə ölkədə 133,8 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41078/52/410785214_213:0:1920:1280_1920x0_80_0_0_27af4463ba23e0604ebbc5effd894ed4.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
iqtisadi, azalma, sənaye, istehsal, emal, sektor
iqtisadi, azalma, sənaye, istehsal, emal, sektor
Azərbaycanda iqtisadi azalma olub - Səbəb nədir?
Yanvarda ölkədə 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub.
BAKI, 16 fevral — Sputnik. Keçən ay Azərbaycanda iqtisadi geriləmə qeydə alınıb. Lakin ötən il ölkədə ümumi daxili məhsul (ÜDM) istehsalı 4,6 faiz artmışdı. Başqa sözlə, iqtisadi artım geriləmə ilə əvəz olunub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında Azərbaycanda 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub.
Bəs, ötən ay iqtisadi geriləmənin səbəbi nədir? Növbəti aylarda iqtisadi azalma gözlənilirmi?
İqtisadçı-ekspert Xalid Kərimli Sputnik Azərbaycan-a bildirib ki, iqtisadi geriləmənin səbəbi əsasən neft-qaz sektorunda əlavə dəyərin azalmasıdır: "Neft-qaz sektorunda azalmanın səbəbi isə keçən illə müqayisədə neftin və qazın qiymətlərinin aşağı düşməsidir. Ümumi daxili məhsul dövr ərzində ölkədə satış üçün istehsal edilmiş məhsulların dəyəridir. Bu hesablanarkən onların nominal qiyməti ilə hesablanır, amma inflyasiyanı da nəzərə alaraq real qiymətlərə gətirilir. Qazın qiyməti 3-4 dəfə ucuzlaşıbsa, inflyasiya 10-12 faizdirsə, bu, ümumi daxili məhsulun azalmasına gətirib çıxardacaq. Enerji sektorunda qiymətlərin kəskin düşməsi belə bir vəziyyət yaradıb".
Qarşıdakı aylarda enerji qiymətlərinin artacağı gözlənilir
Növbəti aylarda iqtisadi azalma gözlənilirmi sualına ekspert belə bir gözləntinin olmadığını söyləyib. Onun sözlərinə görə, qarşıdakı həftələrdə, aylarda enerji sektorunda qiymətlərin artacağı gözlənilir: "İnflyasiya əhalinin alıcılıq qabiliyyətinə ciddi mənfi təsir göstərib. Ərzaq qiymətlərinin qalxması əhalinin real alıcılıq qabiliyyətini pisləşdirib. Bu da iqtisadiyyatın dinamikasını bir qədər aşağı salıb. Lakin sosial xərclərin artması buradakı geriliyi aradan qaldıracaq".
Beynəlxalq qurumlar artım gözləyir
"Beynəlxalq təşkilatlar 2023-cü ildə Azərbaycanda 2,7 faiz iqtisadi artım proqnozlaşdırır. Azərbaycan özü isə bu il 3 faizdən çox iqtisadi artım gözləyir"-deyə iqtisadçı əlavə edib.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ilin yanvar ayında ölkədə 9 milyard 690,2 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,5 faiz az ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 4,6 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 1,7 faiz artıb.
ÜDM istehsalının 52,8 faizi sənaye, 9,5 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 5,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi tikinti, 2,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,6 faizi informasiya və rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 15,5 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 8,1 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 956,6 manata bərabər olub.
Yanvarda sənaye istehsalı azalıb
Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ilin yanvar ayında 6,5 milyard manatlıq və ya 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,3 faiz az sənaye məhsulu istehsal edilib. Neft-qaz sektorunda məhsul istehsalı 4,9 faiz azalıb, qeyri-neft-qaz sektorunda isə 2 faiz artıb.
Sənaye məhsulunun 74,1 faizi mədənçıxarma sektorunda, 20,5 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
Xatırladaq ki, 2022-ci ildə ölkədə 133,8 milyard manatlıq və ya əvvəlki illə müqayisədə 4,6 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdu.