https://sputnik.az/20230216/axsam-tehsil-alan-sagird-ne-zaman-dincelecek-millet-vekilinden-tenqid-451806738.html
Axşam təhsil alan şagird nə zaman dincələcək? Millət vəkilindən tənqid
Axşam təhsil alan şagird nə zaman dincələcək? Millət vəkilindən tənqid
Sputnik Azərbaycan
Millət vəkili Etibar Əliyev ibtidai sinifdə təhsil alan şagirdlərin daha uzaq ərazidə yerləşən məktəbdə təhsilə cəlbinə qarşıdır. 16.02.2023, Sputnik Azərbaycan
2023-02-16T10:00+0400
2023-02-16T10:00+0400
2023-02-16T10:00+0400
məktəb
təhsil
etibar əliyev
https://cdnn1.img.sputnik.az/img/42383/17/423831792_0:192:3261:2026_1920x0_80_0_0_383827892aba41df5a5f64f61bde96b4.jpg
BAKI, 16 fevral — Sputnik. Şəhərin mərkəzi, şəhərdən bir qədər kənar məktəblərdə çox böyük sıxlıq var. Bu bir tərəfdən urbanizasiya ilə bağlıdır. Digər tərəfdən, iki min şagird tutumu üçün tikilən məktəbin ətrafında əhalinin sayının artması da bu sıxlığa təsir edir. Bunu Sputnik Azərbaycan-a Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvi Etibar Əliyev ibtidai təhsil pilləsi ilə bağlı problemləri şərh edərkən deyib. Onun sözlərinə görə, Əhmədlidə yaşayan valideyn istəyir ki övladını şəhərin mərkəzindəki məktəbə gətirsin. "Valideynə elə gəlir ki, bununla onun övladının uğuru artacaq. Amma o düşünmür ki, həmin uşaq 30-40 nəfərlik bir sinifdə əyləşəcək, bu da birmənalı olaraq təhsilin keyfiyyətinə mənfi təsir göstərəcək. Valideyn də son nəticə olaraq repetitorlara müraciət edəcək", - E.Əliyev deyib. Deputat hesab edir ki, valideynlər ibtidai təhsil pilləsində şagirdlərin yerini dəyişməməlidirlər: "İbtidai sinif müəllimləri sertifikasiyadan keçir. Bu səbəbdən də uşaqlar əraziyə yaxın məktəblərdə təhsilə cəlb edilməlidirlər. Çünki süni sıxlığın yaranması repetitorluğun əhatə dairəsini genişləndirir. Bir çox direktorlar da vəziyyətin bu cür olmasından məmnundurlar ki, müəllimlər daha çox repetitorluqla məşğul olsunlar, daha çox otağı icarəyə versinlər". E.Əliyev qeyd edib ki, şəhərdə axşamtərəfi məktəblərin yanından keçəndə, orada şagirdlərin dərs keçdiyinin şahidi olur. Bəs o uşaqlar nə zaman dincəlir, yemək yeyirlər? "160 nömrəli məktəbi də buna misal göstərmək olar. Müəllimlər nə üçün etiraf etmirlər ki, sinifdə müəyyən qədər şagirdə dərsi mənimsədə bilmirlər. Problemin həlli üçün yollar axtarılmalıdır", - deyə deputat əlavə edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42383/17/423831792_343:0:3074:2048_1920x0_80_0_0_1c2e85e623e0239c6c34ce71782b04fb.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məktəb, etibar əliyev
Axşam təhsil alan şagird nə zaman dincələcək? Millət vəkilindən tənqid
Millət vəkili Etibar Əliyev ibtidai sinifdə təhsil alan şagirdlərin daha uzaq ərazidə yerləşən məktəbdə təhsilə cəlbinə qarşıdır.
BAKI, 16 fevral — Sputnik. Şəhərin mərkəzi, şəhərdən bir qədər kənar məktəblərdə çox böyük sıxlıq var. Bu bir tərəfdən urbanizasiya ilə bağlıdır. Digər tərəfdən, iki min şagird tutumu üçün tikilən məktəbin ətrafında əhalinin sayının artması da bu sıxlığa təsir edir.
Bunu Sputnik Azərbaycan-a Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvi Etibar Əliyev ibtidai təhsil pilləsi ilə bağlı problemləri şərh edərkən deyib.
Onun sözlərinə görə, Əhmədlidə yaşayan valideyn istəyir ki övladını şəhərin mərkəzindəki məktəbə gətirsin.
"Valideynə elə gəlir ki, bununla onun övladının uğuru artacaq. Amma o düşünmür ki, həmin uşaq 30-40 nəfərlik bir sinifdə əyləşəcək, bu da birmənalı olaraq təhsilin keyfiyyətinə mənfi təsir göstərəcək. Valideyn də son nəticə olaraq repetitorlara müraciət edəcək", - E.Əliyev deyib.
Deputat hesab edir ki, valideynlər ibtidai təhsil pilləsində şagirdlərin yerini dəyişməməlidirlər:
"İbtidai sinif müəllimləri sertifikasiyadan keçir. Bu səbəbdən də uşaqlar əraziyə yaxın məktəblərdə təhsilə cəlb edilməlidirlər. Çünki süni sıxlığın yaranması repetitorluğun əhatə dairəsini genişləndirir. Bir çox direktorlar da vəziyyətin bu cür olmasından məmnundurlar ki, müəllimlər daha çox repetitorluqla məşğul olsunlar, daha çox otağı icarəyə versinlər".
E.Əliyev qeyd edib ki, şəhərdə axşamtərəfi məktəblərin yanından keçəndə, orada şagirdlərin dərs keçdiyinin şahidi olur. Bəs o uşaqlar nə zaman dincəlir, yemək yeyirlər?
"160 nömrəli məktəbi də buna misal göstərmək olar. Müəllimlər nə üçün etiraf etmirlər ki, sinifdə müəyyən qədər şagirdə dərsi mənimsədə bilmirlər. Problemin həlli üçün yollar axtarılmalıdır", - deyə deputat əlavə edib.