https://sputnik.az/20230215/toivo-klaar-mirzoyanin-turkiyeye-seferinden-yazdi-451777666.html
Toivo Klaar Mirzoyanın Türkiyəyə səfərindən yazdı
Toivo Klaar Mirzoyanın Türkiyəyə səfərindən yazdı
Sputnik Azərbaycan
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib ki, bu, Ermənistanın yardıma ehtiyacı olan qonşusuna dəstək vermək qərarından sonra tarixi... 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T12:32+0400
2023-02-15T12:32+0400
2023-02-15T12:33+0400
toivo klaar
siyasət
ararat mirzoyan
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427951781_0:0:1200:676_1920x0_80_0_0_cb72ac1c863287a891f6203bb93177e3.jpg
BAKI, 15 fevral — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə gəlişini tarixi səfər adlandırıb. "Bu, Ermənistanın yardıma ehtiyacı olan qonşusuna dəstək vermək qərarından sonra tarixi səfərdir. Ümid edirəm ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin inkişafının xəbərçisidir", - Klaar "Twitter"də yazıb. Ermənistanın xarici işlər naziri bu gün Türkiyəyə yola düşəcək. Səfər onunla əlamətdardır ki, Ankara ilə İrəvan arasında diplomatik münasibətlər yoxdur, baxmayaraq ki, ölkələr arasında münasibətlərin normallaşması prosesi gedir. Bu, Mirzoyanın Türkiyəyə ikinci səfəridir, bundan əvvəl o, Antalyada diplomatik forumda iştirak edib və türkiyəli həmkarı ilə qapalı danışıqlar aparıb. Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. 2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Vyanada daha üç görüş keçirilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/11/427951781_77:0:1144:800_1920x0_80_0_0_816c1ce7a366e2e05083e4bfc062407f.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
toivo klaar, ararat mirzoyan
toivo klaar, ararat mirzoyan
Toivo Klaar Mirzoyanın Türkiyəyə səfərindən yazdı
12:32 15.02.2023 (Yenilənib: 12:33 15.02.2023) Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi bildirib ki, bu, Ermənistanın yardıma ehtiyacı olan qonşusuna dəstək vermək qərarından sonra tarixi səfərdir.
BAKI, 15 fevral — Sputnik. Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Türkiyəyə gəlişini tarixi səfər adlandırıb.
"Bu, Ermənistanın yardıma ehtiyacı olan qonşusuna dəstək vermək qərarından sonra tarixi səfərdir. Ümid edirəm ki, bu, Ermənistan-Türkiyə münasibətlərinin inkişafının xəbərçisidir", - Klaar "Twitter"də yazıb.
Ermənistanın xarici işlər naziri bu gün Türkiyəyə yola düşəcək. Səfər onunla əlamətdardır ki, Ankara ilə İrəvan arasında diplomatik münasibətlər yoxdur, baxmayaraq ki, ölkələr arasında münasibətlərin normallaşması prosesi gedir.
Bu, Mirzoyanın Türkiyəyə ikinci səfəridir, bundan əvvəl o, Antalyada diplomatik forumda iştirak edib və türkiyəli həmkarı ilə qapalı danışıqlar aparıb.
Türkiyə ilə Ermənistan arasında diplomatik əlaqələr yoxdur, iki ölkə arasında sərhəd 1993-cü ildən Ankaranın təşəbbüsü ilə bağlıdır. 2022-ci ilin yanvarında Moskvada Ermənistan və Türkiyə arasında normallaşma prosesi üzrə xüsusi nümayəndələrin - Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan və Türkiyənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıçın ilk görüşü keçirilib. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, danışıqlar zamanı tərəflər konstruktiv, siyasiləşdirilməmiş şəkildə dialoq aparmağa hazır olduqlarını nümayiş etdiriblər. Vyanada daha üç görüş keçirilib.