Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Ömər Eldarov vəzifəsindən azad edildi, Rəssamlıq Akademiyasının yeni rektoru bəlli oldu

© Photo : Courtesy of Omar EldarovÖmər Eldarov
Ömər Eldarov - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Prezident İlham Əliyev Ömər Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam verib. Dövlət başçısının digər sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.
BAKI, 15 fevral — Sputnik. Prezident İlham Əliyev Ömər Eldarovun Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilməsi haqqında sərəncam verib.
Sərəncamla Ömər Həsən oğlu Eldarov Azərbaycan Rəssamlıq Akademiyasının rektoru vəzifəsindən azad edilib. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Dövlət başçısının digər sərəncamı ilə Natiq Kamal oğlu Əliyev Azərbaycan Rəssamlıq Akademiyasının rektoru təyin edilib.
Qeyd edək ki, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası 13 iyun 2000-ci il tarixində Ulu Öndər Heydər Əliyevin fərmanı ilə yaradılıb. Ömər Eldarov həmin ildən akademiyanın rektoru olub.
Xatırladaq ki, ötən ilin dekabrın 21-də Xalq rəssamı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Ömər Eldarovun 95 yaşı tamam olub. Adı dünya miqyaslı sənətkarlarla bir sırada çəkilən, "İstiqlal", "Şərəf" və "Heydər Əliyev" ordenli akademik Ömər Eldarov Prezident İlham Əliyevin Sərəncamı ilə dekabrın 20-də Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 1-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib.
O, həyatının 60 ildən çoxunu heykəltaraşlıq sənətinə həsr edib, ötən müddət ərzində bir çox bənzərsiz sənət əsərləri yaradıb. Bu sırada Ulu Öndər Heydər Əliyevin, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın qəbirüstü abidələri, Tokay Məmmədovla birgə ucaltdığı Füzulinin heykəli və daha neçə-neçə sənət incisi var. Təsadüfi deyil ki, sənətşünaslar Ömər Eldarovu milli heykəltaraşlığımızın lideri kimi səciyyələndirirlər.
Xəbər lenti
0