https://sputnik.az/20230215/mudafie-nazirliyi-turkiyeye-novbeti-yardim-gonderib---foto-451783371.html
Müdafiə Nazirliyi Türkiyəyə növbəti yardım göndərib - FOTO
Müdafiə Nazirliyi Türkiyəyə növbəti yardım göndərib - FOTO
Sputnik Azərbaycan
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir. 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T12:55+0400
2023-02-15T12:55+0400
2023-02-15T13:03+0400
müdafiə nazirliyi
hərbi
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451783086_0:40:1000:603_1920x0_80_0_0_1ba7da361edf39edd4bc457731a51ef8.jpg
BAKI, 15 fevral — Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində yaradılmış toplama məntəqələrinə yardım gətirməyə davam edirlər. Müdafiə Nazirliyindən bildiriblər ki, könüllü şəkildə gətirilən növbəti geyim, ərzaq məhsulları və digər zəruri əşyalar təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir. Xatırladaq ki, Müdafiə Nazirliyinin fevralın 13-də yaydığı məlumata görə, Müdafiə Nazirliyinin bazasından Türkiyəyə növbəti yardım göndərilib. Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin təminat bazasından qardaş ölkəyə qış səhra çadırları, ədyallar, çarpayılar, yataq kisələri, qızdırıcılar, elektrik generatorları və digər zəruri əşyalardan ibarət növbəti yardım yük avtomobili vasitəsilə qardaş ölkəyə göndərilib. Xatırladaq ki, fevralın 6-da ocağı Kahramanmaraşın Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. Zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir. İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Fevralın 6-da baş verən zəlzələ 1939-cu ildə 33 minə yaxın insanın ölümü ilə nəticələnən Ərzincan zəlzələsini geridə qoyaraq Türkiyə tarixində ən ölümcül təbii fəlakət olub.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451783086_71:0:929:643_1920x0_80_0_0_7a166d8fde95243de5ddc3551f53a610.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
müdafiə nazirliyi
Müdafiə Nazirliyi Türkiyəyə növbəti yardım göndərib - FOTO
12:55 15.02.2023 (Yenilənib: 13:03 15.02.2023) Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir.
BAKI, 15 fevral — Sputnik. Azərbaycan Ordusunun hərbi qulluqçuları və onların ailə üzvləri Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Müdafiə Nazirliyinin müvafiq hərbi hissələrində yaradılmış toplama məntəqələrinə yardım gətirməyə davam edirlər.
Müdafiə Nazirliyindən bildiriblər ki, könüllü şəkildə gətirilən növbəti geyim, ərzaq məhsulları və digər zəruri əşyalar təyin olunmuş məntəqələrdə toplanıb, çeşidlənərək bağlamalara yığıldıqdan sonra yük avtomobili vasitəsilə Türkiyəyə yola salınıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə yardım tədbirləri davam edir.
Xatırladaq ki, Müdafiə Nazirliyinin fevralın 13-də yaydığı məlumata görə, Müdafiə Nazirliyinin bazasından Türkiyəyə növbəti yardım göndərilib. Müdafiə Nazirliyinin Maddi-Texniki Təminat Baş İdarəsinin təminat bazasından qardaş ölkəyə qış səhra çadırları, ədyallar, çarpayılar, yataq kisələri, qızdırıcılar, elektrik generatorları və digər zəruri əşyalardan ibarət növbəti yardım yük avtomobili vasitəsilə qardaş ölkəyə göndərilib.
Xatırladaq ki, fevralın 6-da ocağı Kahramanmaraşın Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
Zəlzələ nəticəsində 35 418 nəfər ölüb, 105 505 nəfər yaralanıb, hazırda 13 208 yaralının müalicəsi xəstəxanalarda davam etdirir.
İki zəlzələ, həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Fevralın 6-da baş verən zəlzələ 1939-cu ildə 33 minə yaxın insanın ölümü ilə nəticələnən Ərzincan zəlzələsini geridə qoyaraq Türkiyə tarixində ən ölümcül təbii fəlakət olub.