https://sputnik.az/20230215/mirzoyan-ankarada-ermenistan-turkiye-ile-munasibetlerin-normallasmasinda-maraqlidir-451795513.html
Mirzoyan Ankarada: "Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır"
Mirzoyan Ankarada: "Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır"
Sputnik Azərbaycan
Mirzoyan diqqətə çatdırıb ki, iki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb və Ermənistan buradan Türkiyəyə humanitar yardım göndərib. 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T15:55+0400
2023-02-15T15:55+0400
2023-02-15T15:55+0400
dünya xəbərləri
ermənistan
ararat mirzoyan
mövlud çavuşoğlu
türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451784705_0:110:2100:1291_1920x0_80_0_0_f93a4a85e5ff1593d29c4ef1de07a6d0.jpg
BAKI, 15 fevral — Sputnik. Ermənistan hökuməti adından Türkiyə xalqına və hökumətinə başsağlığı verirəm. Bunu Ankarada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib. Mirzoyan Ermənistanın da 1980-ci illərdə ağır zəlzələ faciəsi ilə üzləşdiyini xatırladıb. "Bu faciənin nə olduğunu bilirik və bu ağrı bizə yad deyil", - erməni nazir əlavə edib. O, Çavuşoğlunun erməni xilasedicilərin fəaliyyəti ilə bağlı sözlərinə görə təşəkkür edib. Mirzoyan diqqətə çatdırıb ki, iki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb və Ermənistan buradan Türkiyəyə humanitar yardım göndərib: "Dünən axşam da humanitar yardımın ikinci hissəsini yola saldıq və o tezliklə zəlzələ bölgəsinə, Adıyamana çatacaq". Ermənistan xarici işlər naziri vurğulayıb ki, səfərinin məqsədi bu çətin anda Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir. "Regionda sülh üçün, eyni zamanda, Türkiyə ilə münasibətlərin normallaşması, diplomatik münasibətlərin qurulması ilə bağlı Ermənistan hökumətinin hazırlığını bir daha vurğulamaq istəyirəm. Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır", - Mirzoyan qeyd edib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451784705_117:0:1984:1400_1920x0_80_0_0_09df2984748007eabb8a94073ebf98c8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, ararat mirzoyan, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
ermənistan, ararat mirzoyan, mövlud çavuşoğlu, türkiyə xarici işlər naziri mövlud çavuşoğlu
Mirzoyan Ankarada: "Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır"
Mirzoyan diqqətə çatdırıb ki, iki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb və Ermənistan buradan Türkiyəyə humanitar yardım göndərib.
BAKI, 15 fevral — Sputnik. Ermənistan hökuməti adından Türkiyə xalqına və hökumətinə başsağlığı verirəm.
Bunu Ankarada səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə mətbuat konfransında deyib.
Mirzoyan Ermənistanın da 1980-ci illərdə ağır zəlzələ faciəsi ilə üzləşdiyini xatırladıb.
"Bu faciənin nə olduğunu bilirik və bu ağrı bizə yad deyil", - erməni nazir əlavə edib.
O, Çavuşoğlunun erməni xilasedicilərin fəaliyyəti ilə bağlı sözlərinə görə təşəkkür edib.
Mirzoyan diqqətə çatdırıb ki, iki ölkə arasında sərhəd 30 ildən sonra ilk dəfə açılıb və Ermənistan buradan Türkiyəyə humanitar yardım göndərib: "Dünən axşam da humanitar yardımın ikinci hissəsini yola saldıq və o tezliklə zəlzələ bölgəsinə, Adıyamana çatacaq".
Ermənistan xarici işlər naziri vurğulayıb ki, səfərinin məqsədi bu çətin anda Türkiyə ilə həmrəylik nümayiş etdirməkdir.
"Regionda sülh üçün, eyni zamanda, Türkiyə ilə münasibətlərin normallaşması, diplomatik münasibətlərin qurulması ilə bağlı Ermənistan hökumətinin hazırlığını bir daha vurğulamaq istəyirəm. Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasında maraqlıdır", - Mirzoyan qeyd edib.