CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Marketlərdə polietilen torbalar ödənişlə verilir- Alıcılar isə narazıdırlar - Video+Foto

© AP Photo / Eric Risbergpolietilen torba
polietilen torba - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Bəzi mağazalar isə polietilen torbalara əvvəl 3-5 qəpik qiymət təyin etsə də, az sonra torbaların qiymətinə endirim edib.
BAKI, 15 fevral — Sputnik. Bu gündən Azərbaycanda marketlərdə alıcılara polietilen torbaların ayrıca məhsul növü kimi satışına başlanılıb. İri supermarketlərin mütləq əksəriyyətində bu gündən etibarən polietilen torbalar ödənişlidir.
"Oba" marketdə satıcı Sputnik Azərbaycan-a bildirib ki, üzərində marketin loqosu olan polietilen torbaların kiçik ölçüsünün qiyməti 3, böyük ölçüsünün isə qiyməti 5 qəpik təşkil edir. Satıcı bildirib ki, ödənişli olduğundan bu gündən çox müştəri çörəyi alarkən polietilen torbadan pullu olduğu üçün imtina edib: "Əvvəl hər məhsula ayrıca torba götürürdülər. Bu gün səhərdən bir neçə nəfər torbadan istifadə edib. Müştərilər pullu olandan sonra aldıqları məhsulun yığılması üçün torba istəmirlər".
© Sputnik / Zullfiye GuluyevaMaqazinlərdə politelen (plastik) torbalar
Maqazinlərdə politelen (plastik) torbalar - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Maqazinlərdə politelen (plastik) torbalar
Bakının iri supermarket şəbəkələrindən olan "Araz" və "Bravo" marketlərdə isə alıcıların çoxu polietilen torbaların pullu olmasından xəbərsiz idi. "Araz" marketdən ərzaq alan Mehman Abbasov Sputnik Azərbaycan-a bidirib ki, kassada ona bu barədə məlumat verilmədiyindən o, polietilen torbanın ödənişli olduğundan xəbər tutmayıb. Bununla belə, alıcı bildirib ki, aldığı məhsulları əlində apara bilməz. Ona görə də məcbur torba almalıdır.
"Bravo" marketdən ərzaq alan alıcı Rəhman Muradov isə bildirdi ki, polietilen torbaya görə 3 qəpik ödəniş alınıb. Həmsöhbətimiz polietilen torbaların ödənişli olmasının ekologiyaya dəyən zərəri azaldacağı fikri ilə razı olmadığını bildirib: "İndi hamı işdən çıxıb evə gedəndə marketdən bazarlıq edir. Heç kəs üzərində torba aparmayacaq ki, gələndə alış-veriş etsin. Ona görə də pullu olmasını düzgün hesab etmirəm".
Bəzi mağazalar isə polietilen torbalara əvvəl 3-5 qəpik qiymət təyin etsə də, az sonra torbalara endirim edib. Bir sıra mağazalarda polietilen torbaların qiyməti 5 qəpikdən 3 qəpiyə, 3 qəpiklik satılan torbalar isə 1 qəpiyə endirilib.
© Sputnik / Zullfiye GuluyevaMaqazinlərdə polietilen (plastik) torbalar
Maqazinlərdə polietilen  (plastik) torbalar - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Maqazinlərdə polietilen (plastik) torbalar
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən ticarət şəbəkələrinə göndərilən məktubda qeyd olunub ki, polietilen torba tullantılarının ətraf mühitə mənfi təsirlərini azaltmaq məqsədilə Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 25 nömrəli qərarına əsasən, elə həmin tarixdən etibarən, market kassalarında məhsulların yığılması üçün nəzərdə tutulan, ölçüsü 15-50 mikron olan polietilen torbalar, ayrıca məhsul növü kimi pulla satılır.
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı məlumatda bildirilir ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə əsasən, sahibkarlar Azərbaycan qanunvericiliyinə əməl etməklə öz malları (məhsulları, işləri, xidmətləri) üçün qiymətləri (tarifləri) sərbəst müəyyənləşdirmək hüququna malikdirlər: "Nazirlər Kabinetinin 28.09.2005-ci il tarixli 178 saylı qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib: "Polietilen torbaların qiymətləri həmin siyahıya daxil edilmədiyi üçün onun qiyməti bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında formalaşır. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə mal və xidmətlər təklif olunur. Mövcud qanunvericiliyə əsasən istehlakçı onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı və ya xidməti öz ehtiyacına və zövqünə görə sərbəst seçərək ala bilər.
© Sputnik / Zullfiye GuluyevaMaqazinlərdə polietilen (plastik) torbalar
Maqazinlərdə polietilen (plastik) torbalar - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Maqazinlərdə polietilen (plastik) torbalar
Bildirilir ki, "Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 28 nömrəli Qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları"na əsasən, ticarət, ictimai iaşə, məişət və digər növ xidmətlərin göstərilməsi (işlərin görülməsi) zamanı istehlakçılar (alıcılar) tərəfindən malların və məhsulların daşınması üçün nəzərdə tutulan qalınlığı 15-50 mikron olan, qulplu və qulpsuz, yüngülçəkili polietilen torbalar istehlakçılara (alıcılara) ayrıca məhsul növü kimi təqdim edilməlidir. Bu növ məhsulların ayrıca təqdim edildiyi və satış qiyməti barədə istehlakçıya (alıcıya) əvvəlcədən məlumat verilməlidir. Əks halda, bunu etməyən ticarət obyektlərini 6 min manata qədər cərimə gözləyir".
Xəbər lenti
0