https://sputnik.az/20230215/lk-defe-amea-nin-elmi-tedqiqat-institutlarinin-reytinq-gostericileri-aciqlanacaq-451782594.html
İlk dəfə AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri açıqlanacaq
İlk dəfə AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri açıqlanacaq
Sputnik Azərbaycan
AMEA prezidenti bildirib ki, Azərbaycan elminin və alimlərinin nailiyyətlərini cəmiyyətə daha dolğun çatdırmaq üçün Akademiyanın cari ümumi yığıncağının... 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T18:02+0400
2023-02-15T18:02+0400
2023-02-15T18:02+0400
amea
elm
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_0:0:2000:1125_1920x0_80_0_0_cd6cb62251a246971fc3b307239a9b18.jpg
BAKI, 15 fevral — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə açıqlanacaq. AMEA-dan verilən məlumata görə, bu barədə Rəyasət Heyətinin iclasında qeyd edilib. Bildirilib ki, Akademiyanın cari ümumi yığıncağının formatında dəyişiklik edilib. Həmçinin ilk dəfə olaraq AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə çatdırılacaq. Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər. AMEA-nın ümumi yığıncağına hazırlıq barədə məsələ müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq keçmiş SSRİ Elmlər Akademiyasından qalan ümumi yığıncaqların aprel ayında keçirilməsi ənənəsi ləğv olunub və Rəyasət Heyətinin qərarı ilə Akademiyanın bu il ümumi yığıncağının mart ayının 16-da keçirilməsinə qərar verilib. AMEA prezidenti bildirib ki, Azərbaycan elminin və alimlərinin nailiyyətlərini cəmiyyətə daha dolğun çatdırmaq üçün Akademiyanın cari ümumi yığıncağının formatında dəyişiklik edilib və bir çox yeniliklər nəzərdə tutulub. Ümumi yığıncaqda "AMEA-nın 2022-ci ildə əsas elmi yekunları və qarşıda duran vəzifələr" mövzusunda əsas məruzədən başqa ilk dəfə olaraq müasir texnologiyaların imkanları ilə dəstəklənən "AMEA-da elmi kadrların hazırlanması: mövcud vəziyyət və vəzifələr", "AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış", "AMEA-nın beynəlxalq elmi əməkdaşlıq sahəsində fəaliyyəti", "AMEA-nın nəşriyyat fəaliyyəti və nəşrləri" mövzularında məruzəyə əlavələrin də müzakirəyə çıxarılacağı nəzərə çatdırılıb. Həmçinin ilk dəfə olaraq AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə çatdırılacaq. Daha sonra geniş müzakirələr aparılıb və AMEA-nın 16 mart 2023-cü il tarixində keçiriləcək ümumi yığıncağının gündəliyi təsdiqlənib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_168:0:1941:1330_1920x0_80_0_0_2bd1b195aa1cfb504196b4c653a264b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
amea
İlk dəfə AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri açıqlanacaq
AMEA prezidenti bildirib ki, Azərbaycan elminin və alimlərinin nailiyyətlərini cəmiyyətə daha dolğun çatdırmaq üçün Akademiyanın cari ümumi yığıncağının formatında dəyişiklik edilib və bir çox yeniliklər nəzərdə tutulub.
BAKI, 15 fevral — Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə açıqlanacaq.
AMEA-dan verilən məlumata görə, bu barədə Rəyasət Heyətinin iclasında qeyd edilib.
Bildirilib ki, Akademiyanın cari ümumi yığıncağının formatında dəyişiklik edilib. Həmçinin ilk dəfə olaraq AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə çatdırılacaq.
Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Rəyasət Heyətinin üzvləri, AMEA-nın müşavirləri, elmi müəssisə və təşkilatların baş direktorları və aidiyyəti şəxslər iştirak ediblər.
AMEA-nın ümumi yığıncağına hazırlıq barədə məsələ müzakirə edilib. Məsələ ilə bağlı çıxış edən akademik İsa Həbibbəyli bildirib ki, AMEA-nın tarixində ilk dəfə olaraq keçmiş SSRİ Elmlər Akademiyasından qalan ümumi yığıncaqların aprel ayında keçirilməsi ənənəsi ləğv olunub və Rəyasət Heyətinin qərarı ilə Akademiyanın bu il ümumi yığıncağının mart ayının 16-da keçirilməsinə qərar verilib.
AMEA prezidenti bildirib ki, Azərbaycan elminin və alimlərinin nailiyyətlərini cəmiyyətə daha dolğun çatdırmaq üçün Akademiyanın cari ümumi yığıncağının formatında dəyişiklik edilib və bir çox yeniliklər nəzərdə tutulub. Ümumi yığıncaqda "AMEA-nın 2022-ci ildə əsas elmi yekunları və qarşıda duran vəzifələr" mövzusunda əsas məruzədən başqa ilk dəfə olaraq müasir texnologiyaların imkanları ilə dəstəklənən "AMEA-da elmi kadrların hazırlanması: mövcud vəziyyət və vəzifələr", "AMEA-da elektron elmin inkişafı problemləri: gələcəyə baxış", "AMEA-nın beynəlxalq elmi əməkdaşlıq sahəsində fəaliyyəti", "AMEA-nın nəşriyyat fəaliyyəti və nəşrləri" mövzularında məruzəyə əlavələrin də müzakirəyə çıxarılacağı nəzərə çatdırılıb. Həmçinin ilk dəfə olaraq AMEA-nın elmi-tədqiqat institutlarının reytinq göstəriciləri ictimaiyyətə çatdırılacaq.
Daha sonra geniş müzakirələr aparılıb və AMEA-nın 16 mart 2023-cü il tarixində keçiriləcək ümumi yığıncağının gündəliyi təsdiqlənib.