Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Lavrov Rusiyanın yenilənmiş xarici siyasət konsepsiyasını açıqlayıb

© Sputnik / Press service of the Ministry of Foreign Affairs of the Russian FederationSerqey Lavrov
Serqey Lavrov - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Rusiya diplomatiyasının rəhbəri bildirib ki, dekolonizasiya və Rusiyanın dağılmasına hazırlıq şüarları altında Rusiyanın qarşısını almağa, onu onilliklərlə geriyə atmağa, hətta ölkənin inkişafını pozmağa çalışırlar.
BAKI, 15 fevral — Sputnik. "Yenilənmiş xarici siyasət konsepsiyası beynəlxalq həyatın formalaşdırılmasında Qərbin monopoliyasına son qoyulması zərurətinə yönəldiləcək. Bu konsepsiya Qərbin eqoist maraqlarına uyğun deyil, ədalətli maraqlar balansı əsasında müəyyən edilməlidir".
Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
"Yeni konsepsiya kifayət qədər universal nizam əsasında müəyyən edilməlidir. Bütün dövlətlərin suveren bərabərliyi prinsipini təsbit edən BMT Nizamnaməsinin tələb etdiyi kimi maraqların qorunması əsas olmalıdır", - Lavrov Dövlət Dumasında "Hökumət saatı"nda çıxışı zamanı bildirib.
Rusiya diplomatiyasının rəhbəri əlavə edib ki, dekolonizasiya və Rusiyanın dağılmasına hazırlıq şüarları altında Rusiyanın qarşısını almağa, onu onilliklərlə geriyə atmağa, hətta ölkənin inkişafını pozmağa çalışırlar.
"Eyni zamanda, anqlo-saksonlar və onlara şübhəsiz tabe olan digər kollektiv Qərb ölkələri xarici şəraitə nəzarəti davam etdirmək üçün nəyin bahasına olursa olsun, öz diktələrini tətbiq etməyə çalışırlar. Bütün dünyada öz hökmranlıqları naminə qeyri-qanuni təhdid, şantaj və hətta açıq-aşkar oğurluq üsullarına əl ataraq müstəqil milli siyasət yürüdənləri cəzalandırmaqğa çalışırlar", - Lavrov vurğulayıb.
Lavrov - Sputnik Azərbaycan, 1920, 15.02.2023
RUSİYA
Lavrov: "Rusiyanı təcrid etmək cəhdləri uğursuz alınıb "
Xəbər lenti
0