https://sputnik.az/20230215/lavrov-rusiyani-tecrid-etmek-cehdleri-ugursuz-alinib--451787081.html
Lavrov: "Rusiyanı təcrid etmək cəhdləri uğursuz alınıb "
Lavrov: "Rusiyanı təcrid etmək cəhdləri uğursuz alınıb "
Sputnik Azərbaycan
Rusiyanın xarici işlər naziri bildirib ki, Qərb ölkələri indi də "Şimal axını"nda terror aktları ilə bağlı həqiqəti gizlədərək yalan danışırlar. 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T14:25+0400
2023-02-15T14:25+0400
2023-02-15T14:41+0400
lavrov
rusiya
sergey lavrov
rusiya xin rəhbəri sergey lavrov
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969379_0:0:2454:1381_1920x0_80_0_0_750796f1d6eb5486d4f59d99105ff6dc.jpg
BAKI, 15 fevral — Sputnik. Rusiyanı təcrid etmək cəhdləri uğursuz alınıb və Qərb bunu etiraf etmək məcburiyyətindədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib. Rusiya Federasiyasının Dövlət Dumasında "Hökumət saatı"nda çıxış edən nazir deyib ki, milli maraqların möhkəm müdafiəsi və eyni zamanda geniş, bərabərhüquqlu, beynəlxalq əməkdaşlığa açıqlıq üçün prezidentin təsdiq etdiyi xarici siyasət kursu öz effektivliyini sübut edir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Minsk razılaşmalarına alternativlərin olmaması və onlara əməl olunması barədə yalan danışdığı kimi, "Şimal axını" qaz kəmərlərində terror aktları ilə bağlı da Rusiyaya yalan danışır. "Almaniya və Fransanın keçmiş liderləri, Merkel və Ollandın vaxt udmaq və Kiyevə öz hərbi potensialını artırmağa imkan vermək üçün BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş Minsk tədbirlər paketinə ehtiyacları barədə son rüsvayçı etirafları nə deməkdir? Sadə dillə desək, hamı bizə yalan danışıb: onlar indi də "Şimal axını"nda terror aktları ilə bağlı həqiqəti gizlədərək yalan danışırlar", - Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib. Nazir xatırladıb ki, Ukraynanın eks-prezidenti Pyotr Poroşenko, ardınca Volodimir Zelenski də eyni məzmunda çıxışlar ediblər: bu ictimai bəyanatlar Qərb liderlərinin bəyan etdiyi Minsk razılaşmalarının pozulmasına görə "təslim olmaq" deməkdir. 2022-ci ilin sentyabrın 26-da Rusiyanın Avropa istiqamətindəki iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə hücumlar baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb. Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, "Qazprom"a "Şimal axını"nda partlayış baş verən əraziyə baxış keçirməyə icazə verilib və şirkətin rəhbəri Aleksey Miller ona təhqiqatlar haqqında məlumat verib. Putin həmçinin bildirib ki, "Şimal axını" qaz kəmərində baş verən partlayış açıq-aşkar terror aktıdır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449969379_211:0:2342:1598_1920x0_80_0_0_16be4002991149f8db53e30e98f4a875.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
lavrov, sergey lavrov, rusiya xin rəhbəri sergey lavrov
Lavrov: "Rusiyanı təcrid etmək cəhdləri uğursuz alınıb "
14:25 15.02.2023 (Yenilənib: 14:41 15.02.2023) Rusiyanın xarici işlər naziri bildirib ki, Qərb ölkələri indi də "Şimal axını"nda terror aktları ilə bağlı həqiqəti gizlədərək yalan danışırlar.
BAKI, 15 fevral — Sputnik. Rusiyanı təcrid etmək cəhdləri uğursuz alınıb və Qərb bunu etiraf etmək məcburiyyətindədir. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib.
Rusiya Federasiyasının Dövlət Dumasında "Hökumət saatı"nda çıxış edən nazir deyib ki, milli maraqların möhkəm müdafiəsi və eyni zamanda geniş, bərabərhüquqlu, beynəlxalq əməkdaşlığa açıqlıq üçün prezidentin təsdiq etdiyi xarici siyasət kursu öz effektivliyini sübut edir.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Qərb Minsk razılaşmalarına alternativlərin olmaması və onlara əməl olunması barədə yalan danışdığı kimi, "Şimal axını" qaz kəmərlərində terror aktları ilə bağlı da Rusiyaya yalan danışır.
"Almaniya və Fransanın keçmiş liderləri, Merkel və Ollandın vaxt udmaq və Kiyevə öz hərbi potensialını artırmağa imkan vermək üçün BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiqlənmiş Minsk tədbirlər paketinə ehtiyacları barədə son rüsvayçı etirafları nə deməkdir? Sadə dillə desək, hamı bizə yalan danışıb: onlar indi də "Şimal axını"nda terror aktları ilə bağlı həqiqəti gizlədərək yalan danışırlar", - Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib.
Nazir xatırladıb ki, Ukraynanın eks-prezidenti Pyotr Poroşenko, ardınca Volodimir Zelenski də eyni məzmunda çıxışlar ediblər: bu ictimai bəyanatlar Qərb liderlərinin bəyan etdiyi Minsk razılaşmalarının pozulmasına görə "təslim olmaq" deməkdir.
2022-ci ilin sentyabrın 26-da Rusiyanın Avropa istiqamətindəki iki qaz kəmərinə - "Şimal axını" və "Şimal axını 2"yə hücumlar baş verib. Almaniya, Danimarka və İsveç hədəflənmiş təxribatı istisna etmir. "Şimal axını"nın operatoru "Nord Stream AG" qaz kəmərlərində fövqəladə vəziyyətin görünməmiş olduğunu və təmir vaxtını təxmin etməyin mümkün olmadığını bildirib. Rusiya Federasiyasının Baş Prokurorluğu "Şimal axını" qaz kəmərlərinə dəyən ziyandan sonra beynəlxalq terror aktı ilə bağlı cinayət işi açıb.
Oktyabrın 31-də Rusiya Prezidenti Vladimir Putin bildirib ki, "Qazprom"a "Şimal axını"nda partlayış baş verən əraziyə baxış keçirməyə icazə verilib və şirkətin rəhbəri Aleksey Miller ona təhqiqatlar haqqında məlumat verib. Putin həmçinin bildirib ki, "Şimal axını" qaz kəmərində baş verən partlayış açıq-aşkar terror aktıdır.