https://sputnik.az/20230215/ermenistanin-haqqinda-danisdigi-sulh-sazisinde-hansi-muddealar-eksini-tapib-451806575.html
Ermənistanın haqqında danışdığı sülh sazişində hansı müddəalar əksini tapıb?
Ermənistanın haqqında danışdığı sülh sazişində hansı müddəalar əksini tapıb?
Sputnik Azərbaycan
Politoloq vurğulayıb ki, Azərbaycan üçün Qarabağ məsələsi bitib və bu istiqamətdə maddənin əlavə olunmasının qarşısı alınmalıdır. 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T20:00+0400
2023-02-15T20:00+0400
2023-02-15T20:00+0400
ermənistan
siyasət
elman nəsirov
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424833986_0:32:3072:1760_1920x0_80_0_0_690a164439e1cc5e58105365b0ab934f.jpg
BAKI, 15 fevral — Sputnik. Fevralın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və yaxın vaxtlarda onu təhvil verəcək. Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər. Sputnik Azərbaycan Ermənistan tərəfinin sazişin mətni ilə bağlı açıqlamalarına Milli Məclisin deputatı Elman Nəsirovun və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib. Millət vəkili Elman Nəsirov hesab edir ki, Ermənistan tərəfi bu cür açıqlamalarla beynəlxalq ictimaiyyətə sülh danışıqlarına sadiqliyini nümayiş etdirməyə çalışır. Azərbaycan ermənilərə digər etnoslardan fərqli status verə bilməzOnun sözlərinə görə, burada ifadə edilmək istəyən bir fikir də Ermənistanın öz yanaşmalarının olduğunu nümayiş etdirməkdir:"Azərbaycan həmişə danışıqlara sadiqliyini göstərib və keçən ilin martında Ermənistana 5 baza prinsipini təqdim edib. Ermənistan da həmin baza prinsiplərini qəbul etdiyini bildirib. Buna baxmayaraq, Ermənistan tərəfi hesab edir ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi həllini tapmalıdır. Bu kontekstdə Qarabağda yaşayan ermənilər üçün muxtariyyət tələbini səsləndirirlər. Onlar hesab edirlər ki, məsələyə Azərbaycan tərəfindən irəli sürülmüş beş baza prinsipinin genişləndirilmiş formasında yanaşmaq lazımdır. Bu məqsədyönlü şəkildə sülh prosesinə təsir göstərmək, vaxt udmaq üçün edilir". Millət vəkili bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini yada salıb və bildirib ki, Azərbaycan ərazisində, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır: "Azərbaycan çoxmillətli dövlətdir və burada yaşayan bütün etnoslar bərabər hüquqlara malikdir, ermənilər də eyni hüquqlara malik olacaq. Azərbaycana inteqrasiya olunmaqla eyni hüquqlardan istifadə edəcəklər. Onlar ilk növbədə Azərbaycan Konstitusiyasını və qanunlarını, vətəndaşlığını rəsmən qəbul etməlidirlər. Prezident İlham Əliyev onu da bildirib ki, kimlər bunu qəbul etmirsə, bu onların öz seçimləridir. Gedib harada istəyirlər yaşaya bilərlər, amma Azərbaycan vətəndaşı kimi ölkə qanunlarına tabe olmalıdırlar". Millət vəkili vurğulayıb ki, Azərbaycan bu təhlükəsizlik təminatını ermənilərə verir: "Ermənistan cığal siyasi gedişlər etməklə məsələni uzatmaq istəyir. Buna baxmayaraq, Azərbaycanın mövqeyi, aydın, prinsipial və qətiyyətlidir. Bu baxımdan biz Ermənistanın da real addımlar atmasını gözləyirik. Ermənistanın yeni təkliflər hazırlamaq barədə fikirləri ilə bağlı isə onu demək olar ki, bu sadəcə Azərbaycan tərəfindən təklif olunmuş beş baza prinsipinin daha geniş şəkildə təsvir olunması ola bilər. Yəni sülh sazişi ilə bağlı 5 prinsip mövcuddur, altıncı prinsip yoxdur. Söhbət beş baza prinsipi daxilində bu və ya digər məsələyə genişləndirilmiş yanaşmadan gedir". Baza prinsiplərində Ermənistanın təhlükəsizliyinə heç bir təhlükə yoxdurPolitoloq İlyas Hüseynov isə bildirib ki, Azərbaycanın təklif etdiyi beş baza prinsipində Ermənistanın təhlükəsizliyinə, ərazi bütövlüyünə, suverenliyinə qarşı hər hansı təhlükə yoxdur: "Bu prinsiplərdə dövlətlərarası münasibətləri tənzimləyən əsas fundamental məsələlər yer alır. Bununla yanaşı, Azərbaycan və Ermənistan liderləri Soçi və Praqada keçirilmiş görüşlərdə BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə sadiqliklərini ifadə ediblər. Mənə elə gəlir ki, bu danışıqlar prosesində böyük bir irəliləyiş hesab oluna bilər". Politoloq bütün bunlara baxmayaraq Ermənistanın sülh prosesinə zərbə vurduğunu düşünür: "Ermənistan tərəfi ötən ilin sonunda Moskvada keçirilməsi planlaşdırılmış görüşdən imtina etdi. Sonra bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışdı, ancaq bu, danışıqlar prosesini tərk etmək anlamına gəlirdi. Ermənistan tərəfi daha sonra qabaqdangəlmişlik edərək, bildirdi ki, sülh sazişi ilə bağlı Ermənistanın təkliflərinə cavab verilmir. Lakin Azərbaycan XİN Ermənistanın bu ittihamlarını vaxtında cavablandırdı və Ermənistan tərəfinin danışıqlar prosesi ilə bağlı iddialarını yalanladı. Bu gün tərəflər arasında təkliflər məzmunu konfidensial saxlanılır. Ermənistan Qarabağla bağlı bəndin sülh sazişinə daxil edilməsini istəyir, ancaq bu Azərbaycan üçün qəbuledilməzdir. Azərbaycan tərəfi aydın şəkildə ifadə edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan erməni vətəndaşlarımız Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunmalıdır. Azərbaycan üçün Qarabağ məsələsi bitib və bu istiqamətdə maddənin əlavə olunmasının qarşısı alınmalıdır. Bu istiqamətdə atılacaq istənilən addımlar danışıqları sabotaj etmək niyyətindən xəbər verir". İlyas Hüseynov hesab edir ki, növbəti görüşün Rusiyanın moderatorluğu ilə keçirilməsi ehtimalları daha yüksəkdir: "Belə bir görüşün baş tutması diplomatiyamızın qələbəsi hesab edilə bilər. Çünki Ermənistan danışıqları dayandırmasına səbəb kimi Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların keçirdiyi aksiyaları göstərirdi. Bu gün danışıqların bərpa olunması Ermənistanın özü üçün də əhəmiyyət kəsb edir. İstənilən halda danışıqlar ikitərəfli müstəvini əhatə etməlidir. Bu, Azərbaycanın prinsipial mövqeyidir. Amma Azərbaycanın təklif etdiyi prinsiplərin mətnində bir qədər genişlənmə və maddələrin sayının artırılmasının da şahidi ola bilərik. Bu da regionda sülhə töhfə verən addımlara gətirib çıxarmalıdır".
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e4/09/03/424833986_225:0:2956:2048_1920x0_80_0_0_5e85f2b90f192f737114f51c4243d87a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
ermənistan, elman nəsirov
ermənistan, elman nəsirov
Ermənistanın haqqında danışdığı sülh sazişində hansı müddəalar əksini tapıb?
Politoloq vurğulayıb ki, Azərbaycan üçün Qarabağ məsələsi bitib və bu istiqamətdə maddənin əlavə olunmasının qarşısı alınmalıdır.
BAKI, 15 fevral — Sputnik. Fevralın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib ki, Ermənistan Azərbaycanla sülh müqaviləsinin mətni üzərində işləyir və yaxın vaxtlarda onu təhvil verəcək.
Təhlükəsizlik Şurasının katibi qeyd edib ki, Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə yaşayan erməni əhalisinin hüquqları və təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər.
Sputnik Azərbaycan Ermənistan tərəfinin sazişin mətni ilə bağlı açıqlamalarına Milli Məclisin deputatı Elman Nəsirovun və politoloq İlyas Hüseynovun fikirlərini öyrənib.
Millət vəkili Elman Nəsirov hesab edir ki, Ermənistan tərəfi bu cür açıqlamalarla beynəlxalq ictimaiyyətə sülh danışıqlarına sadiqliyini nümayiş etdirməyə çalışır.
Azərbaycan ermənilərə digər etnoslardan fərqli status verə bilməz
Onun sözlərinə görə, burada ifadə edilmək istəyən bir fikir də Ermənistanın öz yanaşmalarının olduğunu nümayiş etdirməkdir:
"Azərbaycan həmişə danışıqlara sadiqliyini göstərib və keçən ilin martında Ermənistana 5 baza prinsipini təqdim edib. Ermənistan da həmin baza prinsiplərini qəbul etdiyini bildirib. Buna baxmayaraq, Ermənistan tərəfi hesab edir ki, Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi məsələsi həllini tapmalıdır. Bu kontekstdə Qarabağda yaşayan ermənilər üçün muxtariyyət tələbini səsləndirirlər. Onlar hesab edirlər ki, məsələyə Azərbaycan tərəfindən irəli sürülmüş beş baza prinsipinin genişləndirilmiş formasında yanaşmaq lazımdır. Bu məqsədyönlü şəkildə sülh prosesinə təsir göstərmək, vaxt udmaq üçün edilir".
Millət vəkili bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyevin fikirlərini yada salıb və bildirib ki, Azərbaycan ərazisində, Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır:
"Azərbaycan çoxmillətli dövlətdir və burada yaşayan bütün etnoslar bərabər hüquqlara malikdir, ermənilər də eyni hüquqlara malik olacaq. Azərbaycana inteqrasiya olunmaqla eyni hüquqlardan istifadə edəcəklər. Onlar ilk növbədə Azərbaycan Konstitusiyasını və qanunlarını, vətəndaşlığını rəsmən qəbul etməlidirlər. Prezident İlham Əliyev onu da bildirib ki, kimlər bunu qəbul etmirsə, bu onların öz seçimləridir. Gedib harada istəyirlər yaşaya bilərlər, amma Azərbaycan vətəndaşı kimi ölkə qanunlarına tabe olmalıdırlar".
Millət vəkili vurğulayıb ki, Azərbaycan bu təhlükəsizlik təminatını ermənilərə verir:
"Ermənistan cığal siyasi gedişlər etməklə məsələni uzatmaq istəyir. Buna baxmayaraq, Azərbaycanın mövqeyi, aydın, prinsipial və qətiyyətlidir. Bu baxımdan biz Ermənistanın da real addımlar atmasını gözləyirik. Ermənistanın yeni təkliflər hazırlamaq barədə fikirləri ilə bağlı isə onu demək olar ki, bu sadəcə Azərbaycan tərəfindən təklif olunmuş beş baza prinsipinin daha geniş şəkildə təsvir olunması ola bilər. Yəni sülh sazişi ilə bağlı 5 prinsip mövcuddur, altıncı prinsip yoxdur. Söhbət beş baza prinsipi daxilində bu və ya digər məsələyə genişləndirilmiş yanaşmadan gedir".
Baza prinsiplərində Ermənistanın təhlükəsizliyinə heç bir təhlükə yoxdur
Politoloq İlyas Hüseynov isə bildirib ki, Azərbaycanın təklif etdiyi beş baza prinsipində Ermənistanın təhlükəsizliyinə, ərazi bütövlüyünə, suverenliyinə qarşı hər hansı təhlükə yoxdur:
"Bu prinsiplərdə dövlətlərarası münasibətləri tənzimləyən əsas fundamental məsələlər yer alır. Bununla yanaşı, Azərbaycan və Ermənistan liderləri Soçi və Praqada keçirilmiş görüşlərdə BMT nizamnaməsinə və Alma-Ata bəyannaməsinə sadiqliklərini ifadə ediblər. Mənə elə gəlir ki, bu danışıqlar prosesində böyük bir irəliləyiş hesab oluna bilər".
Politoloq bütün bunlara baxmayaraq Ermənistanın sülh prosesinə zərbə vurduğunu düşünür:
"Ermənistan tərəfi ötən ilin sonunda Moskvada keçirilməsi planlaşdırılmış görüşdən imtina etdi. Sonra bunu müxtəlif bəhanələrlə əsaslandırmağa çalışdı, ancaq bu, danışıqlar prosesini tərk etmək anlamına gəlirdi. Ermənistan tərəfi daha sonra qabaqdangəlmişlik edərək, bildirdi ki, sülh sazişi ilə bağlı Ermənistanın təkliflərinə cavab verilmir. Lakin Azərbaycan XİN Ermənistanın bu ittihamlarını vaxtında cavablandırdı və Ermənistan tərəfinin danışıqlar prosesi ilə bağlı iddialarını yalanladı. Bu gün tərəflər arasında təkliflər məzmunu konfidensial saxlanılır.
Ermənistan Qarabağla bağlı bəndin sülh sazişinə daxil edilməsini istəyir, ancaq bu Azərbaycan üçün qəbuledilməzdir. Azərbaycan tərəfi aydın şəkildə ifadə edib ki, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi ərazilərdə yaşayan erməni vətəndaşlarımız Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya olunmalıdır. Azərbaycan üçün Qarabağ məsələsi bitib və bu istiqamətdə maddənin əlavə olunmasının qarşısı alınmalıdır. Bu istiqamətdə atılacaq istənilən addımlar danışıqları sabotaj etmək niyyətindən xəbər verir".
İlyas Hüseynov hesab edir ki, növbəti görüşün Rusiyanın moderatorluğu ilə keçirilməsi ehtimalları daha yüksəkdir:
"Belə bir görüşün baş tutması diplomatiyamızın qələbəsi hesab edilə bilər. Çünki Ermənistan danışıqları dayandırmasına səbəb kimi Laçın-Xankəndi yolunda azərbaycanlı eko-fəalların keçirdiyi aksiyaları göstərirdi. Bu gün danışıqların bərpa olunması Ermənistanın özü üçün də əhəmiyyət kəsb edir. İstənilən halda danışıqlar ikitərəfli müstəvini əhatə etməlidir. Bu, Azərbaycanın prinsipial mövqeyidir. Amma Azərbaycanın təklif etdiyi prinsiplərin mətnində bir qədər genişlənmə və maddələrin sayının artırılmasının da şahidi ola bilərik. Bu da regionda sülhə töhfə verən addımlara gətirib çıxarmalıdır".