SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədləri açmağa razılaşıblar

© SputnikErmənistan-Türkiyə sərhədi
Ermənistan-Türkiyə sərhədi - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Ruben Rubinyan deyib ki, ortaq səylərlə bir hissəsi Ermənistan, bir hissəsi Türkiyə ərazisində yerləşən İpək Yolu (Ani) körpüsünün bərpası barədə də razılıq əldə ediblər.
BAKI, 15 fevral - Sputnik. "Ermənistan və Türkiyə sərhəddəki Marqara körpüsünün tez bir zamanda istismara verilməsi üçün mümkün olan hər şeyi edəcək".
Bunu Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Serdar Kılıç "Armenpress"ə müsahibəsində deyib.
O bildirib ki, tərəflərin son zamanlar atdığı addımlar münasibətlərin normallaşması prosesinə müsbət təsir göstərəcək:
"Bu gün Ermənistan və Türkiyə üçüncü ölkə vətəndaşları üçün sərhədlərin açılması işinə yeni təkan vermək barədə razılığa gəliblər.
Ankara zəlzələ ilə bağlı Ermənistan tərəfinin verdiyi dəstəyi unutmayacaq. Biz mühüm proseslərdən keçirik".
Ermənistanın Türkiyə ilə münasibətlərin normallaşması üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan isə deyib ki, Ermənistanla Türkiyə İpək Yolu körpüsünün birgə bərpası barədə razılıq əldə ediblər.
“Bu gün Ararat Mirzoyanla Ankaranı ziyarət etdik və Türkiyə xarici işlər naziri ilə görüşdük. Ortaq səylərlə bir hissəsi Ermənistan, bir hissəsi Türkiyə ərazisində yerləşən İpək Yolu (Ani) körpüsünün bərpası barədə razılaşdıq”, - deyə o, bildirib.
O, iki ölkənin sərhədində yerləşən Marqara körpüsünün normal vəziyyətdə olduğunu da qeyd edib.
Xüsusi nümayəndə Türkiyə və Ermənistan arasında gözlənilən futbol matçı ilə bağlı rəsmi şəxslərin qarşılıqlı səfərinin hələ gözlənilmədiyini də vurğulayıb.
Xəbər lenti
0