CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bələdiyyələrin bir uşaq bağçası belə yoxdur - Deputat

© Official website of President of Azerbaijan RepublicUşaq bağçası, arxiv şəkli
Uşaq bağçası, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Azərbaycanda bələdiyyə bağçalarının açılması təklif edilir. Bu təkliflə Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Tahir Rzayev çıxış edib.
BAKI, 15 fevral — Sputnik. "Bələdiyyələrdən 2-3-ü birləşib uşaq bağçası aça bilər. Bu gün bağçalara böyük ehtiyac var".
Bunu Milli Məclisin Regional məsələlər komitəsinin bugünkü iclasında deputat Tahir Rzayev bildirib.
"Özəl bağçaların fəaliyyətinə nə qədər vəsait xərclənir? Azərbaycanda fəaliyyət göstərən 1600-dən çox bələdiyyənin bir bağçası belə yoxdur. Ədliyyə Nazirliyi müəyyən tədbirlər həyata keçirir. Amma təəssüf ki, bunlar elə kağız üzərində də qalır. Bələdiyyələrə imkanlar yaradılıb", - deyə deputat əlavə edib.
O qeyd edib ki, qanunvericilik bələdiyyələrə belə bir imkan yaradır. Elə şəhər bələdiyyələri var ki, onun büdcəsi artıq 1 milyona çatıb. Bu çox yaxşı rəqəmdir. Ona görə də bələdiyyələr özəl bağça yarada bilərlər.
Xatırladaq ki, "Təhsil haqqında" qanuna görə, təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycanın və xarici dövlətlərin hüquqi şəxsləri, Azərbaycan vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər ola bilərlər.
Xəbər lenti
0