https://sputnik.az/20230215/bas-nazir-dubayda-azerbaycanin-inkisaf-yolunu-anladib-451786808.html
Baş nazir Dubayda Azərbaycanın inkişaf yolunu anladıb
Baş nazir Dubayda Azərbaycanın inkişaf yolunu anladıb
Sputnik Azərbaycan
Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumət Sammitində çıxış edib. 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T14:06+0400
2023-02-15T14:06+0400
2023-02-15T14:16+0400
azərbaycan
cəmiyyət
əli əsədov
asan
asan xidmət
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451786646_0:0:1200:676_1920x0_80_0_0_45c7ca9b1ceb7dfd9fc61cb38fa36244.jpg
BAKI, 15 fevral — Sputnik. "Azərbaycanın xarici ticarəti ildən-ilə artır, xarici borcumuz əhəmiyyətli dərəcədə azalıb. Kənd təsərrüfatı məhsullarımızın ixracı 12 faizdən çox artıb". Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı deyib. O bildirib ki, Azərbaycanda yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılmasına şərait yaradılıb. Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın tənzimlənməsi, təminat səviyyəsinin qorunması istiqamətində təxirəsalınmaz tədbirlər görülür. Baş nazir diqqətə çatdırıb ki, Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin sayı 24-ə çatıb. Burada minlərlə vətəndaşa 360-dan çox xidmət təklif edilir. "Ölkədə nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb. Azad edilmiş ərazilərdə minlərlə kilometr uzunluğunda avtomobil yolu, yüzlərlə kilometr uzunluğunda dəmir yolu istfadəyə verilib", - deyə Baş nazir vurğulayıb. Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib. Sammit "Gələcəyin hökumətlərini formalaşdırmaq" devizi altında keçirilir. Sammit gələcək hökumətləri formalaşdırmaq üçün lazım olan alətləri, siyasətləri və modelləri bölüşmək və inkişafına töhfə vermək üçün dünyanın hər yerindən iştirakçıları bir araya gətirib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0f/451786646_75:0:1142:800_1920x0_80_0_0_b84c42ac8fc9c7f6fb3f9602decef59a.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, əli əsədov, asan, asan xidmət
azərbaycan, əli əsədov, asan, asan xidmət
Baş nazir Dubayda Azərbaycanın inkişaf yolunu anladıb
14:06 15.02.2023 (Yenilənib: 14:16 15.02.2023) Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumət Sammitində çıxış edib.
BAKI, 15 fevral — Sputnik. "Azərbaycanın xarici ticarəti ildən-ilə artır, xarici borcumuz əhəmiyyətli dərəcədə azalıb. Kənd təsərrüfatı məhsullarımızın ixracı 12 faizdən çox artıb".
Bunu Azərbaycanın Baş naziri Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərində keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı deyib.
O bildirib ki, Azərbaycanda yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılmasına şərait yaradılıb. Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın tənzimlənməsi, təminat səviyyəsinin qorunması istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Baş nazir diqqətə çatdırıb ki, Azərbaycanda "ASAN xidmət" mərkəzlərinin sayı 24-ə çatıb. Burada minlərlə vətəndaşa 360-dan çox xidmət təklif edilir.
"Ölkədə nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb. Azad edilmiş ərazilərdə minlərlə kilometr uzunluğunda avtomobil yolu, yüzlərlə kilometr uzunluğunda dəmir yolu istfadəyə verilib", - deyə Baş nazir vurğulayıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
Sammit "Gələcəyin hökumətlərini formalaşdırmaq" devizi altında keçirilir. Sammit gələcək hökumətləri formalaşdırmaq üçün lazım olan alətləri, siyasətləri və modelləri bölüşmək və inkişafına töhfə vermək üçün dünyanın hər yerindən iştirakçıları bir araya gətirib.