CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərsu" qənaət rejiminə keçir - Hansı ərazilərə su fasilə ilə veriləcək?

© Sputnik / Maksim BogodvidSy kranı
Sy kranı - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Nazirlik rəsmisi bildirib ki, Azərbaycanın su ehtiyatlarının 65-70 faizi qonşu ölkələrdən daxil olan çayların hesabına formalaşır. Qonşu ölkələrdə sudan istifadənin artması isə ölkəmizə də təsir göstərir.
BAKI, 15 fevral — Sputnik. Bakıətrafı ərazilərə içməli suyun verilməsi qrafikində dəyişiklik edilib. "Azərsu" ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı məlumat verib ki, artıq ötən həftədən yeni qrafikin tətbiqinə başlanılıb.
"Azərsu" yun qənaət rejiminə keçməsi əhali arasında müəyyən narahatlığa səbəb olub. Yay başlamamış suyun qənaətlə verilməsi əhali arasında isti aylarda suyun verilişinin daha da azaldılacağı xofu yaradıb. Sputnik Azərbaycan hansı ərazilərdə suyun verilməsində fasilələr yaranacağı, buna içməli su ehtiyatının azalmasının nə dərəcədə təsir göstərdiyini araşdırıb.
Samur çayında su ehtiyatı iki dəfə azalıb
Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Samur çayında su ehtiyatının 2 dəfə azalması, həmçinin, "Taxtakörpü" su anbarında 50 milyon kubmetr ehtiyat qalması onları suyun verilişində qənaət rejimi tətbiq etməyə vadar edir. Onun sözlərinə görə, "Azərsu" ASC-də sudan səmərəli və qənaətlə istifadə edilməsinə, bu sahədə təhlillərin aparılmasına dair xüsusi iclas keçirilib:

"İclasdan sonra müvafiq təhlil və araşdırmalar aparılıb. Qərar verilib ki, su itkiləri olan ərazilərdə suyun verilməsi qrafikində dəyişiklik edilsin. Biz bu qrafiki yay aylarında tətbiq edirdik. Amma qərar verilib ki, dəyişiklik fevral ayından olsun. Bakıətrafı bəzi ərazilərdə mərkəzləşmiş şəbəkə yoxdur. Belə ərazilərdə primitiv şəbəkə qurulub. Bu da daha çox su itkisinə səbəb olur. Yaxud mərkəzləşmiş şəbəkəsi olan, amma kanalizasiya sistemi qurulmayan yerlərdə də su itkisi var. Ona görə də belə ərazilərdə suyun verilməsində tənzimləmə olacaq".

© Sputnik / Irade JELIL"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı
Azərsu ASC-nin mətbuat katibi Anar Cəbrayıllı - Sputnik Azərbaycan, 1920, 14.02.2023
"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı
Hansı ərazilərdə su fasilələrlə veriləcək?
A. Cəbrayıllı onu da qeyd edib ki, ölkə başçısnın sərəncamı ilə Su komissiyası yaradılıb. O, vurğulayıb ki, Komissiyanın iclasında mənbələrdən götürülən su həcmlərinə qənaət olunması qərara alınıb:

"Məhz itkilərin qarşısının alınması ilə bağlı qənaət rejiminə keçilib. Bəzi ərazilərdə gecə suyun təzyiqi aşağı salınacaq. Su komissiyasının iclasında qərar qəbul olunub ki, ümumilikdə Ceyranbatan gölündən götürülən suyun həcmi azaldılsın".

Qurum sözçüsü onu da bildirib ki, Bakının Suraxanı, Sabunçu, Binəqədi rayonları, habelə Abşeron və digər ətraf ərazilərdə qrafikə görə 14 saat su verilirsə, bu, 10 saata salınacaq. Eyni zamanda, hansı ərazidə 12 saat su verilirsə, 8 saata salınacaq.
O, Bakının mərkəzi rayonlarında suyun verilişində fasilələrin tətbiq olunmayacağını bildirib. Qeyd edib ki, fasilələr daha çox Bakıətrafı ərazilərə tətbiq ediləcək:
"Binəqədi rayonu dedikdə rayonun mərkəzi hissəsi yox, Binəqədi kəndi, Sulutəpə yaşayış massivi və sair nəzərdə tutulur. Eləcə də, Xırdalan şəhərində də gecə saatlarında suyun verilişində fasilə yaranacaq".
"Azərsu" rəsmisi eyni zamanda abonentləri sudan qeyri-qanuni, uçotsuz istifadədən də çəkinməyə çağırıb. O deyib ki, israfçılığa yol verilməməlidir, qanunsuz su xətlərinin çəkilməsinə son qoyulmalıdır.

"İnsanlar var, boş torpağı sulayır ki, sərinlik olsun. Hazırda təxmini 1 milyon 750 min abonentin 250 mininin sayğacı yoxdur. Sayğac olmayan ərazilərdə də böyük israfçılıq qeydə alınır. Bizim gördüyümüz bütün tədbirlər yay aylarında su qıtlığının yaşanmaması məqsədi daşıyır", - deyə "Azərsu" səlahiyyətlisi vurğulayıb.

Su ehtiyatımız azalır?
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən çaylarda monitorinqlər aparılır.
© REPORTMilli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev
Asif Verdiyev — Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu - Sputnik Azərbaycan, 1920, 14.02.2023
Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev
Onun sözlərinə görə, monitorinq əsasında müqayisəli təhlil göstərib ki, su ehtiyatı çaylarda dəyişir. Həmsöhbətimiz bildirib ki, statsitik məlumatların təhlilinə görə, son 30 ildə çaylarda sululuq azalıb:
"Son 10 ildə isə çaylarda suyun azalması özünü daha çox göstərir. Temperaturun artması, yağıntının azalması, eyni zamanda əhali sayının artması fonunda suya təlabatın artması müşahidə olunur. 2020-ci ildə buna görə Su Komissiyası yaradılıb. Məqsəd də odur ki, sudan qənaətlə istifadə edilsin. Bu il bunun nəticəsində xeyli irəliləyiş olub. 2020-ci ildə Kür çayında suyun əhəmiyyətli azlaması müşahidə olunmuşdu. 2022-ci ildə isə biz bununla qarşılaşmadıq. Bu səbəbdən də suyun düzgün idarəedilməsi vacibdir".
A.Verdiyev bildirib ki, iqlim senarisinə əsasən temperatur artacaq su ehtiyatı azalacaq.

"Bu o demək deyil ki, gələcəkdə çaylar quruyacaq. Sadəcə suyu qənaətlə istifadə etməliyik ki, içməli su qıtlığı yaranmasın", - deyə Mərkəz rəhbəri əlavə edib.

Qonşu ölkələrdə suya təlabatın artması bizə təsir edib
A.Verdiyevin sözlərinə görə, çaylarda suyun azalmasında qonşu ölkələrdə suya təlabatın artması da rol oynayır.

"Bizim su ehtiyatımızın 65-70 faizi qonşu ölkələrdən daxil olan çayların hesabına formalaşır. Qonşu ölkələrdə sudan istifadənin artması bizə də təsir göstərir. Bu Kür, Araz, Qanıx və Samur çaylarına aiddir. Qonşu ölkələrdə sudan çox istifadə, yağıntının azalması və temperaturun artması, eyni zamanda çayların hövzəsində qar ehtiyatının azalması çaylarda sululuğun azalmasına gətirib çıxardır. Biz ona görə də sudan qənaətlə istifadə etməliyik. İmkan daxilində içməli sudan suvarmada istifadə etməməliyik. Burada insanlar da fəal olmalıdır ki, su itkilərinin qarşısını alaq".

Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0