https://sputnik.az/20230215/azerbaycanin-nar-ixraci-keskin-artib-451806421.html
Azərbaycanın nar ixracı kəskin artıb
Azərbaycanın nar ixracı kəskin artıb
Sputnik Azərbaycan
Keçən ay Azərbaycandan 3 milyon 365 min 500 dollar dəyərində nar ixrac olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur. 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T18:51+0400
2023-02-15T18:51+0400
2023-02-15T18:51+0400
nar
iqtisadiyyat
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/06/433955912_0:256:2730:1792_1920x0_80_0_0_13d5107b2e2c3c2d2f579189cbd8ae23.jpg
BAKI, 15 fevral — Sputnik. Bu ilin yanvar ayında Azərbaycandan 2690.5 ton həcmində nar ixrac olunub. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, nar ixracında 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,8 dəfə artım qeydə alınıb. Azərbaycandan 3 milyon 365 min 500 dollar dəyərində nar ixrac olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur. Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2022-ci ildə nar ixracından əldə olunan gəlir 2021-ci ilə nəzərən 7.9% artaraq 31.6 milyon ABŞ dolları olub. Ötən il xaricə 23.3 min ton nar göndərilib ki, bu da 2021-ci illə müqayisədə 1.6 min ton çoxdur. 2021-ci ildə nar ixracı 21.7 min ton olub. Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov deyib ki, Azərbaycanda nar istehsalının illik həcminin 180-190 min ton olduğu nəzərə alınarsa, ölkəmiz ilk illərdə Avropa bazarına 10 min tona yaxın nar məhsulu ixrac edə bilər. Onun sözlərinə görə, Azərbaycan bu il Mərkəzi və Şərqi Avropa ölkələrinə nar ixrac etməyi nəzərdə tutur. Avropa ölkələrində Azərbaycan narına marağın olduğunu söyləyən F.Qaraşov qeyd edib ki, ixracın həcminin nə qədər olacağı məhsulun maya dəyərinin formalaşmasında mühüm rol oynayan logistika xərclərindən də asılı olacaq. F.Qaraşov əlavə edib ki, İtaliya, İspaniya, Mərakeş, Misir və Türkiyədə yetişdirilən nar Avropa bazarında Azərbaycan məhsulları üçün rəqib hesab olunsa da, Azərbaycan narı öz dadı və keyfiyyətinə görə onlardan daha üstün sayılır. Assosiasiya sədri qeyd edib ki, ötən il narın məhsuldarlığının qənaətbəxş olmasına baxmayaraq, mövcud münaqişələr və logistik çətinliklərlə əlaqədar Azərbaycanın ənənəvi ixrac bazarlarında müəyyən problemlər müşahidə edilib.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0a/06/433955912_0:0:2730:2048_1920x0_80_0_0_953a4ace241958855c9e95d847211cd9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
nar
Azərbaycanın nar ixracı kəskin artıb
Keçən ay Azərbaycandan 3 milyon 365 min 500 dollar dəyərində nar ixrac olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur.
BAKI, 15 fevral — Sputnik. Bu ilin yanvar ayında Azərbaycandan 2690.5 ton həcmində nar ixrac olunub.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, nar ixracında 2022-ci ilin yanvar ayı ilə müqayisədə 4,8 dəfə artım qeydə alınıb.
Azərbaycandan 3 milyon 365 min 500 dollar dəyərində nar ixrac olunub. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 dəfə çoxdur.
Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2022-ci ildə nar ixracından əldə olunan gəlir 2021-ci ilə nəzərən 7.9% artaraq 31.6 milyon ABŞ dolları olub. Ötən il xaricə 23.3 min ton nar göndərilib ki, bu da 2021-ci illə müqayisədə 1.6 min ton çoxdur. 2021-ci ildə nar ixracı 21.7 min ton olub.
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə Heyətinin sədri Fərhad Qaraşov deyib ki, Azərbaycanda nar istehsalının illik həcminin 180-190 min ton olduğu nəzərə alınarsa, ölkəmiz ilk illərdə Avropa bazarına 10 min tona yaxın nar məhsulu ixrac edə bilər.
Onun sözlərinə görə, Azərbaycan bu il Mərkəzi və Şərqi Avropa ölkələrinə nar ixrac etməyi nəzərdə tutur. Avropa ölkələrində Azərbaycan narına marağın olduğunu söyləyən F.Qaraşov qeyd edib ki, ixracın həcminin nə qədər olacağı məhsulun maya dəyərinin formalaşmasında mühüm rol oynayan logistika xərclərindən də asılı olacaq.
F.Qaraşov əlavə edib ki, İtaliya, İspaniya, Mərakeş, Misir və Türkiyədə yetişdirilən nar Avropa bazarında Azərbaycan məhsulları üçün rəqib hesab olunsa da, Azərbaycan narı öz dadı və keyfiyyətinə görə onlardan daha üstün sayılır.
Assosiasiya sədri qeyd edib ki, ötən il narın məhsuldarlığının qənaətbəxş olmasına baxmayaraq, mövcud münaqişələr və logistik çətinliklərlə əlaqədar Azərbaycanın ənənəvi ixrac bazarlarında müəyyən problemlər müşahidə edilib.