https://sputnik.az/20230215/azerbaycanin-milli-hava-mekani-strategiyasi-hazirlanir-451798824.html
Azərbaycanın milli hava məkanı strategiyası hazırlanır
Azərbaycanın milli hava məkanı strategiyası hazırlanır
Sputnik Azərbaycan
IATA-nın proqnozlarına əsasən, növbəti iyirmi il ərzində Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarına tələbatın 80% artacağı gözlənilir. 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T21:33+0400
2023-02-15T21:33+0400
2023-02-15T21:33+0400
azərbaycan
azərbaycan xəbərləri
hava məkanı
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427864895_0:160:3073:1888_1920x0_80_0_0_0a5a7f1c300e9583cf47a804068c0d22.jpg
BAKI, 15 fevral — Sputnik. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın milli hava məkanı strategiyasının (National Airspace Strategy - NAS) hazırlanması və həyata keçirilməsi üzrə birgə işə başlayıb. Bu barədə AZAL-dan məlumat verilib. Bununla əlaqədar, Azərbaycanın aeronaviqasiya xidmətləri təminatçısı AZANS və IATA aviasiya sahəsində bütün müvafiq əlaqədar tərəflərlə, o cümlədən dövlət və digər tənzimləyici orqanlarla birgə işləyəcək. Beləliklə, aviasərnişinlərə bir sıra üstünlüklərin təmin edilməsinə yönəldilmiş bu təşəbbüs çərçivəsində iki təşkilat arasında artıq mövcud olan uzunmüddətli əməkdaşlıq gücləndiriləcək. Eyni zamanda, birgə fəaliyyət Azərbaycanın milli iqtisadiyyatının inkişafına və aviasiya sektorunun rəqabət qabiliyyətliliyinə dəstək olacaq. Bu əməkdaşlıq hava nəqliyyatının dayanıqlı inkişafının qlobal məqsədlərinə nail olmağa kömək edəcək. IATA-nın proqnozlarına əsasən, növbəti iyirmi il ərzində Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarına tələbatın 80% artacağı gözlənilir. Bununla əlaqədar, hava hərəkətinin həcmi də eyni templə artacaq. Məsələn, artıq bu gün Azərbaycanın hava məkanında tranzit trafikin artımının yüksək dinamikası müşahidə olunur. Uçuşların təhlükəsizliyinin təmin edilməsi, xərclərin idarə edilməsi, CO2 emissiyalarının və məsrəflərin azaldılması ilə yanaşı hava daşımalarına artan tələbatın ödənilməsi Azərbaycanda hava məkanının strukturunun və hava hərəkətini idarəetmə (HHİ) sisteminin daha da müasirləşdirilməsini tələb edir. Xatırladaq ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi konfransda təsis olunub. Azərbaycan 1997-ci ildən etibarən IATA-nın üzvüdür.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/06/427864895_170:0:2901:2048_1920x0_80_0_0_6c661424e7091bc0239c1c145856317d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
azərbaycan, hava məkanı
Azərbaycanın milli hava məkanı strategiyası hazırlanır
IATA-nın proqnozlarına əsasən, növbəti iyirmi il ərzində Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarına tələbatın 80% artacağı gözlənilir.
BAKI, 15 fevral — Sputnik. Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) "Azəraeronaviqasiya" Hava Hərəkəti İdarəsi (AZANS) Azərbaycanın milli hava məkanı strategiyasının (National Airspace Strategy - NAS) hazırlanması və həyata keçirilməsi üzrə birgə işə başlayıb.
Bu barədə AZAL-dan məlumat verilib.
Bununla əlaqədar, Azərbaycanın aeronaviqasiya xidmətləri təminatçısı AZANS və IATA aviasiya sahəsində bütün müvafiq əlaqədar tərəflərlə, o cümlədən dövlət və digər tənzimləyici orqanlarla birgə işləyəcək. Beləliklə, aviasərnişinlərə bir sıra üstünlüklərin təmin edilməsinə yönəldilmiş bu təşəbbüs çərçivəsində iki təşkilat arasında artıq mövcud olan uzunmüddətli əməkdaşlıq gücləndiriləcək.
Eyni zamanda, birgə fəaliyyət Azərbaycanın milli iqtisadiyyatının inkişafına və aviasiya sektorunun rəqabət qabiliyyətliliyinə dəstək olacaq. Bu əməkdaşlıq hava nəqliyyatının dayanıqlı inkişafının qlobal məqsədlərinə nail olmağa kömək edəcək. IATA-nın proqnozlarına əsasən, növbəti iyirmi il ərzində Azərbaycanda hava nəqliyyatı ilə sərnişin daşımalarına tələbatın 80% artacağı gözlənilir.
Bununla əlaqədar, hava hərəkətinin həcmi də eyni templə artacaq. Məsələn, artıq bu gün Azərbaycanın hava məkanında tranzit trafikin artımının yüksək dinamikası müşahidə olunur. Uçuşların təhlükəsizliyinin təmin edilməsi, xərclərin idarə edilməsi, CO2 emissiyalarının və məsrəflərin azaldılması ilə yanaşı hava daşımalarına artan tələbatın ödənilməsi Azərbaycanda hava məkanının strukturunun və hava hərəkətini idarəetmə (HHİ) sisteminin daha da müasirləşdirilməsini tələb edir.
Xatırladaq ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası 1945-ci ilin aprel ayında Havanada keçirilən 31 ölkənin 57 hava nəqliyyatı şirkətinin iştirak etdiyi konfransda təsis olunub. Azərbaycan 1997-ci ildən etibarən IATA-nın üzvüdür.