https://sputnik.az/20230215/azerbaycanda-narkotik-istifadecilerinin-sayi-aciqlanib-451801747.html
Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlanıb
Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlanıb
Sputnik Azərbaycan
Narkotik vasitələrdən psixoloji asılılığın ilkin, fiziki asılılığın isə 2-3 həftə istifadədən sonra özünü göstərdiyini qeyd edən O.Cəfərov valideynlərin... 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T18:37+0400
2023-02-15T18:37+0400
2023-02-15T18:37+0400
narkotik
cəmiyyət
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_0:0:3069:1727_1920x0_80_0_0_f2e5a354dcd9cf3bc45890a7208d7591.jpg
BAKI, 15 fevral — Sputnik. Narkotik vasitəni qəbul edən şəxslər ilkin mərhələdə bunu gizlətsələr də, bir müddət keçdikdən sonra yuxusuzluq, əsəbilik, sürətli arıqlama, davranışda lənglik kimi əlamətlərlə bu, özünü göstərməyə başlayır. Bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov nazirliyin rəsmi "Instagram" səhifəsində canlı yayım zamanı deyib. O bildirib ki, ötən ilin hesabatına görə, ölkə üzrə 35 min 97 nəfər narkotik vasitə istifadəçisidir. Onlardan 572 nəfər qadın, 11 nəfəri 15-17 yaşarası yeniyetmə, 271 şəxs isə 65 yaşdan yuxarı insanlardır. Narkotik vasitələrdən psixoloji asılılığın ilkin, fiziki asılılığın isə 2-3 həftə istifadədən sonra özünü göstərdiyini qeyd edən O.Cəfərov bildirib ki, valideynlər övladlarını müşahidə etməlidirlər: "Narkotik vasitələrin qəbulu zamanı ünsiyyət problemləri dərhal hiss edilir. Stres, əsəbilik, ünsiyyət qurmamaq, yuxusuzluq ilkin simptomlardır. Bəzi hallarda, əsasən narkotik vasitənin növü ilə əlaqədar şəxslərdə normadan artıq danışmaq, yersiz hərəkətlər, sayıqlamaq, hallüsinasiya, tez-tez qıcıqlanmaq halları müşahidə edilir". "Yeniyetmələrdə davranış problemləri daha tez aşkarlanır. Onların məktəbə davamiyyəti pozulur və gözlərində qızarmalar yaranır. Valideynlər onların müəllimləri ilə davamlı ünsiyyətdə olmalı, uşaqlara nəzarəti gücləndirməlidir. Hər hansı bir narkotik vəsaitinin istifadə olunduğu test üsulu ilə aşkarlanır", - deyə o bildirib. Xatırladaq ki, fevralın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə "Həyat dəyərlidir, onu narkotikə qurban vermə!" mövzusunda interaktiv təlim keçirilib. YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin bu kimi zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunduğunu xatırladan Z.Musayeva Tədbirlər Planına uyğun olaraq "Heydər Əliyev İli" çərçivəsində birgə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər zaman güclü və sağlam görmək istəyirdi. Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev çıxışında maarifləndirmə işlərinin narkomaniyaya qarşı mübarizədə ən güclü vasitə olduğunu bildirib. Onun sözlərinə görə, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın otuz səkkiz bəndi məhz maarifləndirmə məsələlərinə həsr olunub. "Narkomaniya insanın həyatını məhv edir. Narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Belə insanlar öz yaxınlarını da narkotik maddələrin istifadəçisinə çevirirlər. Buna görə də gənclər narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər", - deyə R.Allahverdiyev vurğulayıb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/07/09/427427241_166:0:2897:2048_1920x0_80_0_0_fe97e0db8528eeab239f555e6b3f2312.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
narkotik
Azərbaycanda narkotik istifadəçilərinin sayı açıqlanıb
Narkotik vasitələrdən psixoloji asılılığın ilkin, fiziki asılılığın isə 2-3 həftə istifadədən sonra özünü göstərdiyini qeyd edən O.Cəfərov valideynlərin övladlarını müşahidə etməli olduğunu söyləyib.
BAKI, 15 fevral — Sputnik. Narkotik vasitəni qəbul edən şəxslər ilkin mərhələdə bunu gizlətsələr də, bir müddət keçdikdən sonra yuxusuzluq, əsəbilik, sürətli arıqlama, davranışda lənglik kimi əlamətlərlə bu, özünü göstərməyə başlayır.
Bunu Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin baş direktoru Orxan Cəfərov nazirliyin rəsmi "Instagram" səhifəsində canlı yayım zamanı deyib.
O bildirib ki, ötən ilin hesabatına görə, ölkə üzrə 35 min 97 nəfər narkotik vasitə istifadəçisidir. Onlardan 572 nəfər qadın, 11 nəfəri 15-17 yaşarası yeniyetmə, 271 şəxs isə 65 yaşdan yuxarı insanlardır.
Narkotik vasitələrdən psixoloji asılılığın ilkin, fiziki asılılığın isə 2-3 həftə istifadədən sonra özünü göstərdiyini qeyd edən O.Cəfərov bildirib ki, valideynlər övladlarını müşahidə etməlidirlər: "Narkotik vasitələrin qəbulu zamanı ünsiyyət problemləri dərhal hiss edilir. Stres, əsəbilik, ünsiyyət qurmamaq, yuxusuzluq ilkin simptomlardır. Bəzi hallarda, əsasən narkotik vasitənin növü ilə əlaqədar şəxslərdə normadan artıq danışmaq, yersiz hərəkətlər, sayıqlamaq, hallüsinasiya, tez-tez qıcıqlanmaq halları müşahidə edilir".
"Yeniyetmələrdə davranış problemləri daha tez aşkarlanır. Onların məktəbə davamiyyəti pozulur və gözlərində qızarmalar yaranır. Valideynlər onların müəllimləri ilə davamlı ünsiyyətdə olmalı, uşaqlara nəzarəti gücləndirməlidir. Hər hansı bir narkotik vəsaitinin istifadə olunduğu test üsulu ilə aşkarlanır", - deyə o bildirib.
Xatırladaq ki, fevralın 7-də Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Aparatının, "Azərbaycan Televiziyası və Radio Verilişləri" Qapalı Səhmdar Cəmiyyətinin və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun 2023-cü il üçün birgə Tədbirlər Planına uyğun olaraq YAP Mərkəzi Aparatının və Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə "Həyat dəyərlidir, onu narkotikə qurban vermə!" mövzusunda interaktiv təlim keçirilib.
YAP Mərkəzi Aparatının Gender siyasəti və gənclərlə iş şöbəsi müdirinin müavini Zəkiyyə Musayeva bildirib ki, narkomaniya ilə mübarizə və onun profilaktikası mühüm məsələ olmaqla yanaşı, sağlam gəncliyin yetişməsində ən vacib amillərdən biridir. Gənclərin bu kimi zərərli vərdişlərdən uzaq olması üçün maarifləndirmə tədbirləri davamlı xarakter daşımalıdır. Prezident İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə "Heydər Əliyev İli" elan olunduğunu xatırladan Z.Musayeva Tədbirlər Planına uyğun olaraq "Heydər Əliyev İli" çərçivəsində birgə tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu deyib. O qeyd edib ki, ulu öndər Heydər Əliyev Azərbaycan gəncliyini hər zaman güclü və sağlam görmək istəyirdi. Ulu Öndərin bu istiqamətdə müəyyənləşdirdiyi siyasəti hazırda Prezident İlham Əliyev uğurla davam etdirir.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun Milli İnformasiya sektorunun müdiri Raqif Allahverdiyev çıxışında maarifləndirmə işlərinin narkomaniyaya qarşı mübarizədə ən güclü vasitə olduğunu bildirib. Onun sözlərinə görə, "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı"nın otuz səkkiz bəndi məhz maarifləndirmə məsələlərinə həsr olunub.
"Narkomaniya insanın həyatını məhv edir. Narkotik maddələrdən asılılıq insanın ailəyə, cəmiyyətə bağlılığını azaldır və nəticədə onu cəmiyyət üçün faydasız fərdə çevirir. Belə insanlar öz yaxınlarını da narkotik maddələrin istifadəçisinə çevirirlər. Buna görə də gənclər narkomaniyanın nə qədər zərərli və təhlükəli olduğunu bilməlidirlər", - deyə R.Allahverdiyev vurğulayıb.