NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Azərbaycanda gündəlik nə qədər xam neft çıxarılıb?

© AFP 2024 / ROBYN BECKneft
neft  - Sputnik Azərbaycan, 1920, 15.02.2023
Abunə olmaq
Yanvarda OPEC ölkələri "OPEC plus" razılaşması çərçivəsində öhdəliklərini 173% yerinə yetirib.
BAKI, 15 fevral — Sputnik. 2023-cü ilin yanvar ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 652 min barel olub. Bunun 533 min barelini xam neft, 119 min barelini isə kondensat təşkil edib.
Bu barədə Energetika Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, "OPEC plus" əməkdaşlığı çərçivəsində Azərbaycanın ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min bareldir.
Xatırladaq ki, OPEC ölkələri ötən ilin yanvar ayında gündəlik neft istehsalını 49 min barel azaldaraq (dekabr ayı ilə müqayisədə) 28,88 mln. barelə endirib. Bu barədə OPEC-in aylıq hesabatında deyilir.
Məlumata görə, yanvarda OPEC ölkələri "OPEC plus" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 173% yerinə yetirib.
Hesabatda qeyd edilir ki, "OPEC plus" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib.
Beləliklə, yanvar ayında razılaşmada iştirak edən 10 ölkə gündəlik neft hasilatını 2204 min barel azaldıb, bu da "OPEC plus" çərçivəsində olan öhdəliyi 931 min barel üstələyib.
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC
Neft İxrac Edən Ölkələr Təşkilatı və ya qısaca OPEC — neft ixrac edən ölkələr tərəfindən neftin qiymətinin tənzimlənməsi məqsədi ilə 1960-cı ildə Bağdadda keçirilən konfransda yaradılıb. Əvvəlcə İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı və Venesuela təşkilata daxil olub.
Bu 5 ölkəyə sonradan Qətər, (1961), İndoneziya (1962), Liviya (1962), Birləşmiş Ərəb Əmirlikləri (1967), Əlcəzair (1969), Nigeriya (1971), Ekvador (1973-1992), Qabon (19751994), Anqola (2007) və Ekvatorial Qvineya (2017) qoşulub.
Təşkilatın qərargahı 1965-ci ildən Avstriyanın paytaxtı Vyana şəhərində yerləşir. Hazırda OPEC-in 13 üzvü var. (Əlcəzair, Anqola, Konqo, Ekvatorial Qvineya, Qabon, İran, İraq, Küveyt, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela).
Qeyri-OPEC ölkələri (Azərbaycan, Bəhreyn, Bruney, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan, Cənubi Sudan) təşkilatla "OPEC plus" formatında sıx əməkdaşlıq edir. "OPEC plus" əməkdaşlığının əsas məqsədi dünya neft bazarında tələb və təklifin uzlaşmasına nail olmaqdır.
Xəbər lenti
0