https://sputnik.az/20230215/amea-nin-emekdaslari-qarabagda-tedqiqat-ucun-ayrilmis-kulli-miqdarda-vesaiti-menimseyibler-451772750.html
AMEA-nın əməkdaşları Qarabağda tədqiqat üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyiblər
AMEA-nın əməkdaşları Qarabağda tədqiqat üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyiblər
Sputnik Azərbaycan
Səbuhi Hüseynov özünün və həyat yoldaşının verilmiş ittihamlarla əlaqələri olmadığını, istintaqa hərtərəfli ifadə verdiyini qeyd edib. 15.02.2023, Sputnik Azərbaycan
2023-02-15T10:20+0400
2023-02-15T10:20+0400
2023-02-15T10:20+0400
cəmiyyət
amea
amea-nın arxeologiya və etnoqrafiya institutu
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_0:0:2000:1125_1920x0_80_0_0_cd6cb62251a246971fc3b307239a9b18.jpg
BAKI, 15 fevral - Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva cinayət məsuliyyətinə cəlb olunub.Səbuhi Hüseynov vəzifəsindən sui-istifadə edərək Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyib.İddia olunur ki, cinayət əməlində ona İnstitutun kadrlar şöbəsinin müdiri işləmiş həyat yoldaşı Gülüstan İsayeva köməklik göstərib.Təqsirləndirilən şəxslər ümumilikdə 92 min manat mənimsəmədə ittiham olunur.Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səbuhi Hüseynov və Gülüstan İsayeva barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda baş mütəxəssis işləyən Səbuhi Hüseynovun dediyinə görə, həyat yoldaşı ilə birlikdə uzun müddət Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyib.O, institutda yalnız elmi işçi kimi fəaliyyət göstərdiyini, heç bir vəzifə sahibi olmadığını bildirir. Səbuhi Hüseynov özünün və həyat yoldaşının verilmiş ittihamlarla əlaqələri olmadığını, istintaqa hərtərəfli ifadə verdiyini qeyd edib.Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq (APA).
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42059/23/420592311_168:0:1941:1330_1920x0_80_0_0_2bd1b195aa1cfb504196b4c653a264b8.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
amea, amea-nın arxeologiya və etnoqrafiya institutu
amea, amea-nın arxeologiya və etnoqrafiya institutu
AMEA-nın əməkdaşları Qarabağda tədqiqat üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyiblər
Səbuhi Hüseynov özünün və həyat yoldaşının verilmiş ittihamlarla əlaqələri olmadığını, istintaqa hərtərəfli ifadə verdiyini qeyd edib.
BAKI, 15 fevral - Sputnik. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun sabiq əməkdaşları tarixçi alim Səbuhi Hüseynov və həyat yoldaşı Gülüstan İsayeva cinayət məsuliyyətinə cəlb olunub.
Səbuhi Hüseynov vəzifəsindən sui-istifadə edərək Qarabağın işğaldan azad olunmuş ərazilərində tədqiqat aparılması üçün ayrılmış külli miqdarda vəsaiti mənimsəyib.
İddia olunur ki, cinayət əməlində ona İnstitutun kadrlar şöbəsinin müdiri işləmiş həyat yoldaşı Gülüstan İsayeva köməklik göstərib.
Təqsirləndirilən şəxslər ümumilikdə 92 min manat mənimsəmədə ittiham olunur.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Səbuhi Hüseynov və Gülüstan İsayeva barəsində Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb. Onların hər ikisi barəsində məhkəməyə qədər həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslər ittihamları qəbul etmirlər. Hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunda baş mütəxəssis işləyən Səbuhi Hüseynovun dediyinə görə, həyat yoldaşı ilə birlikdə uzun müddət Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda işləyib.
O, institutda yalnız elmi işçi kimi fəaliyyət göstərdiyini, heç bir vəzifə sahibi olmadığını bildirir. Səbuhi Hüseynov özünün və həyat yoldaşının verilmiş ittihamlarla əlaqələri olmadığını, istintaqa hərtərəfli ifadə verdiyini qeyd edib.
Qeyd edək ki, cinayət işi üzrə ibtidai istintaq başa çataraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Azad Məcidovun sədrliyi ilə araşdırılacaq (APA).