https://sputnik.az/20230214/turkiyede-zelzelede-olenlerin-sayi-32-mine-catib-451748160.html
Türkiyədə zəlzələdə ölənlərin sayı 32 minə çatıb
Türkiyədə zəlzələdə ölənlərin sayı 32 minə çatıb
Sputnik Azərbaycan
Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi zəlzələdə ölənlərin sayını açıqlayıb. 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T15:34+0400
2023-02-14T15:34+0400
2023-02-14T16:31+0400
zəlzələ
dünya xəbərləri
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697588_0:160:3072:1888_1920x0_80_0_0_77c80996409979c81fd0e86378d64e4b.jpg
BAKI, 14 fevral — Sputnik. Türkiyədə zəlzələdə ölənlərin sayı 31974 nəfərə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub. Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0d/451697588_171:0:2902:2048_1920x0_80_0_0_e69e8b48edec6b8bfb221671267fe12c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
zəlzələ, türkiyə
Türkiyədə zəlzələdə ölənlərin sayı 32 minə çatıb
15:34 14.02.2023 (Yenilənib: 16:31 14.02.2023) Ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi zəlzələdə ölənlərin sayını açıqlayıb.
BAKI, 14 fevral — Sputnik. Türkiyədə zəlzələdə ölənlərin sayı 31974 nəfərə çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək yüzlərlə afterşoklar qeydə alınıb. Təbii fəlakət Türkiyə və Suriyada böyük dağıntı və minlərlə itkilərə səbəb olub.
İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.
Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.