CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Türkiyə tək ürək" yardım kampaniyası - səkkiz telekanalı ortaq yayımda

© Sputnik / Elvin AhmadTelevizor pultu
Televizor pultu - Sputnik Azərbaycan, 1920, 14.02.2023
Abunə olmaq
Sabah "Türkiyə tək ürək" adlı ortaq yayım ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 və TV8 telekanalları tərəfindən təşkil olunacaq.
BAKI, 14 fevral — Sputnik. Fevralın 15-də Türkiyənin səkkiz televiziya kanalı Kahramanmaraş zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirəcək.
Anadolu agentliyinin yaydığı xəbərə görə, "Türkiyə tək ürək" adlı ortaq yayım ATV, FOX, Kanal D, Kanal 7, Show TV, Star TV, TRT 1 və TV8 telekanalları tərəfindən təşkil olunacaq.
Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı yardım kampaniyası səkkiz telekanalda eyni vaxtda canlı yayımlanacaq. Ölkənin incəsənət, biznes və idman aləminin məşhur simaları zərərçəkənlərə dəstək olacaq.
Həmin telekanalların serial və proqramlarının sevilən aktyorlarının, aparıcılarının iştirak edəcəyi yardım kampaniyası yerli vaxtla saat 20:00-da başlayacaq və yığılan vəsait AFAD-ın və Türkiyə "Qızıl aypara" cəmiyyətinin hesabına köçürüləcək.
Xəbər lenti
0