https://sputnik.az/20230214/terter-isine-gore-hebs-edilmis-sexslerin-hebs-muddeti-uzadilib-451755062.html
"Tərtər işi"nə görə həbs edilmiş şəxslərin həbs müddəti uzadılıb
"Tərtər işi"nə görə həbs edilmiş şəxslərin həbs müddəti uzadılıb
Sputnik Azərbaycan
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. İş üzrə daha əvvəl həbs olunmuş 4 nəfərin... 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T21:48+0400
2023-02-14T21:48+0400
2023-02-14T22:41+0400
məhkəmə
cəmiyyət
tərtər
baş prokurorluq
https://cdnn1.img.sputnik.az/img/07e5/09/02/427835497_0:0:3083:1734_1920x0_80_0_0_4e231f20ce88c2ea1b76b9e1f3ad1dbe.jpg
BAKI, 14 fevral — Sputnik. "Tərtər işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş altı nəfər - Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə istintaq orqanının vəsatətinə baxılıb. APA-nın əldə etdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub. Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. İş üzrə daha əvvəl həbs olunmuş 4 nəfərin cinayət işi ilə bağlı ibtidai istintaq başa çataraq, baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham verilərkən barələrində həbs qətimkan tədbiri seçilib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/09/02/427835497_192:0:2923:2048_1920x0_80_0_0_6eb5a8fe4f2888b77dea2a96ed31351d.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
məhkəmə, tərtər, baş prokurorluq
məhkəmə, tərtər, baş prokurorluq
"Tərtər işi"nə görə həbs edilmiş şəxslərin həbs müddəti uzadılıb
21:48 14.02.2023 (Yenilənib: 22:41 14.02.2023) Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. İş üzrə daha əvvəl həbs olunmuş 4 nəfərin cinayət işi ilə bağlı ibtidai istintaq başa çataraq, baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
BAKI, 14 fevral — Sputnik. "Tərtər işi" ilə bağlı cinayət məsuliyyətinə cəlb edilmiş altı nəfər - Niftəliyev Rəşid Ağaşərif oğlu, Mikayılov Ruslan Məhəmmədəli oğlu, Maşıyev Sənan Səxavət oğlu, Qəhrəmanov Cabir Babaxan oğlu, Əliyev Elçin Kalam oğlu və Məmmədov İntiqam Şərif oğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə istintaq orqanının vəsatətinə baxılıb.
APA-nın əldə etdiyi xəbərə görə, Bakı Hərbi Məhkəməsində keçirilən iclasda vəsatət təmin olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadılıb. İş üzrə daha əvvəl həbs olunmuş 4 nəfərin cinayət işi ilə bağlı ibtidai istintaq başa çataraq, baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Xatırladaq ki, 2021-ci ilin dekabr ayında Baş Prokurorluqda "Tərtər işi" ilə bağlı cinayət işlərinin icraatının təzələnməsi ilə bağlı qərarlar qəbul edilib. Sözügedən qərarlardan sonra aparılın istintaq zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verilməsi, onların qanunsuz azadlıqdan məhrum edilməsi və vəzifə səlahiyyətlərini aşılmasına əsaslı şübhələr müəyyən edilmiş 10 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) və digər maddələri ilə ittiham verilərkən barələrində həbs qətimkan tədbiri seçilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.