https://sputnik.az/20230214/taliya-sirketleri-azad-edilmis-erazilerdeki-layihelerde-istirakda-maraqlidir-451762273.html
İtaliya şirkətləri azad edilmiş ərazilərdəki layihələrdə iştirakda maraqlıdır
İtaliya şirkətləri azad edilmiş ərazilərdəki layihələrdə iştirakda maraqlıdır
Sputnik Azərbaycan
Tərəflər Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərini, sənaye, əczaçılıq, tikinti, dəmir yolları, təhsil, qida və s... 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T19:57+0400
2023-02-14T19:57+0400
2023-02-14T19:57+0400
italiya
iqtisadiyyat
azərbaycan
mikayıl cabbarov
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0e/451762113_0:39:1230:730_1920x0_80_0_0_ae6105e227448cc9d5c8fdf0612bc3ab.jpg
BAKI, 14 fevral — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və "Made in İtaly" naziri Adolfo Urso ilə görüşüb. İqtisadiyyat naziri Azərbaycanın İtaliya ilə münasibətlərin inkişafına önəm verdiyini, ölkələrimiz arasında tərəfdaşlığın gücləndiyini, dövlət başçılarının səfərlərinin, keçirilən görüşlərin əlaqələrin genişləndirilməsində xüsusi əhəmiyyətini vurğulayıb.Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. 2020-ci ilin sonunda tam istismara verilmiş Cənub Qaz Dəhlizi ölkəmizin Avropanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib. İqtisadiyyat Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, İtaliya şirkətləri fəal tərəfdaşlığa dəvət olunub. İtaliyanın şirkətlər və "Made in İtaly" naziri Adolfo Urso qeyri-neft iqtisadiyyatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib, İtaliya şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını bildirib, əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb. Tərəflər Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərini, sənaye, əczaçılıq, tikinti, dəmir yolları, təhsil, qida və s. istiqamətlərdə mümkün əməkdaşlıq modellərini müzakirə ediblər. Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Azərbaycan-İtaliya münasibətləri Xatırladaq ki, İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada səfirliyi təsis edilib. Ötən il Azərbaycanın ticarət dövriyyəsinin 34,4 faizi İtaliya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. İxracın 46,6 faizini İtaliyaya göndərilmiş məhsulların dəyəri təşkil edib.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/0e/451762113_32:0:1028:747_1920x0_80_0_0_c01b30a64b82540dff3b7f01a127df08.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
italiya, azərbaycan, mikayıl cabbarov
italiya, azərbaycan, mikayıl cabbarov
İtaliya şirkətləri azad edilmiş ərazilərdəki layihələrdə iştirakda maraqlıdır
Tərəflər Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərini, sənaye, əczaçılıq, tikinti, dəmir yolları, təhsil, qida və s. istiqamətlərdə mümkün əməkdaşlıq modellərini müzakirə ediblər.
BAKI, 14 fevral — Sputnik. İqtisadiyyat naziri Mikayıl Cabbarov İtaliyanın şirkətlər və "Made in İtaly" naziri Adolfo Urso ilə görüşüb.
İqtisadiyyat naziri Azərbaycanın İtaliya ilə münasibətlərin inkişafına önəm verdiyini, ölkələrimiz arasında tərəfdaşlığın gücləndiyini, dövlət başçılarının səfərlərinin, keçirilən görüşlərin əlaqələrin genişləndirilməsində xüsusi əhəmiyyətini vurğulayıb.
Qeyd olunub ki, Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərirlər. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. 2020-ci ilin sonunda tam istismara verilmiş Cənub Qaz Dəhlizi ölkəmizin Avropanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib.
İqtisadiyyat Nazirliyindən bildiriblər ki, görüşdə Azərbaycanın əlverişli işgüzar mühiti barədə məlumat verilib, İtaliya şirkətləri fəal tərəfdaşlığa dəvət olunub.
İtaliyanın şirkətlər və "Made in İtaly" naziri Adolfo Urso qeyri-neft iqtisadiyyatı sahəsində əməkdaşlığın genişləndiyini qeyd edib, İtaliya şirkətlərinin azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə iştiraka marağını bildirib, əlaqələrin inkişafı barədə fikirlərini bölüşüb.
Tərəflər Azərbaycan-İtaliya iqtisadi əlaqələrinin hazırkı vəziyyəti və perspektivlərini, sənaye, əczaçılıq, tikinti, dəmir yolları, təhsil, qida və s. istiqamətlərdə mümkün əməkdaşlıq modellərini müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan-İtaliya münasibətləri
Xatırladaq ki, İtaliya Azərbaycan Respublikasının müstəqilliyini 1 yanvar 1992-ci ildə tanıyıb, 8 may 1992-ci ildə iki ölkə arasında diplomatik əlaqələr yaradılıb. 1997-ci ilin mart ayında İtaliya höküməti Cənubi Qafqaz ölkələri arasında ilk dəfə Azərbaycanda öz səfirliyini təsis edib. 2003-cü ilin dekabr ayında Azərbaycan Respublikasının İtaliyada səfirliyi təsis edilib.
Ötən il Azərbaycanın ticarət dövriyyəsinin 34,4 faizi İtaliya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb. İxracın 46,6 faizini İtaliyaya göndərilmiş məhsulların dəyəri təşkil edib.