DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İsrail xarici siyasətinin rəhbəri Türkiyəyə gəlib

© AFP 2024 / MENAHEM KAHANA Eli Koen
 Eli Koen - Sputnik Azərbaycan, 1920, 14.02.2023
Abunə olmaq
Səfəri ilə bağlı sosial media hesabında paylaşım edən XİN rəhbəri bildirib ki, türk xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Türkiyəyə gəlib.
BAKI, 14 fevral — Sputnik. İsrailin xarici işlər naziri Eli Koen Türkiyəyə səfər edib. Bu barədə o, tviter səhifəsində bildirib.
XİN başçısı qeyd edib ki, türk xalqı ilə həmrəylik nümayiş etdirmək üçün Türkiyəyə gəlib:
"Mən burada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşəcəyəm, Türkiyənin başına gələn ağır fəlakətə görə İsrail xalqının başsağlığını çatdıracağam".
O əlavə edib ki, İsrail bu çətin zamanda Türkiyənin yanındadır və bundan sonra da humanitar yardım göstərməyə davam edəcək.
Xatırladaq ki, bir neçə gün əvvəl Yunanıstanın xarici işlər naziri Nikos Dendias da Türkiyəyə səfər etmişdi. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Hataya gedən nazir bildirmişdi ki, Yunanıstanın Baş naziri Kiriakos Mitsotakisdən aldığı göstəriş əsasında Türkiyəyə dəstəyini əsirgəməyəcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0