https://sputnik.az/20230214/sabahin-hava-proqnozu-aciqlandi---guclu-kulek-gozlenilir-451744589.html
Sabahın hava proqnozu açıqlandı - güclü külək gözlənilir
Sabahın hava proqnozu açıqlandı - güclü külək gözlənilir
Sputnik Azərbaycan
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacaöı, bəzi yerlərdə Qərb küləyinin güclənəcəyi bildirilir. 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T14:53+0400
2023-02-14T14:53+0400
2023-02-14T14:53+0400
cəmiyyət
hava proqnozu
azərbaycan
abşeron
rayon
https://cdnn1.img.sputnik.az/img/07e6/03/13/440317591_0:0:1600:901_1920x0_80_0_0_0ad9d7ef4c9e6eb968f43394698842f2.jpg
BAKI, 14 fevral — Sputnik. Fevralın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq. Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 14-19° şaxta, gündüz 3-8° şaxta olacaq. Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq. Bakıda və Abşeron yarımadasında fevralın 14-ü günün ikinci yarısından 16-sı səhərədək tez-tez cənub küləyinin şimal küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. Fevralın 14-ü gündüzdən 16-sı səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/03/13/440317591_200:0:1401:901_1920x0_80_0_0_5c191aa995ea6445608ed6857330a8c9.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
hava proqnozu, azərbaycan, abşeron, rayon
hava proqnozu, azərbaycan, abşeron, rayon
Sabahın hava proqnozu açıqlandı - güclü külək gözlənilir
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz olacaöı, bəzi yerlərdə Qərb küləyinin güclənəcəyi bildirilir.
BAKI, 14 fevral — Sputnik. Fevralın 15-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 0-2° isti, gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70% olacaq.
Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-11° isti, dağlarda gecə 14-19° şaxta, gündüz 3-8° şaxta olacaq.
Gecə və səhər dağlıq rayonlarda yollar buz bağlayacaq.
Bakıda və Abşeron yarımadasında fevralın 14-ü günün ikinci yarısından 16-sı səhərədək tez-tez cənub küləyinin şimal küləyi ilə əvəz olunacağı, 15-20 m/s, arabir 23 m/s-dək güclənəcəyi gözlənilir. Fevralın 14-ü gündüzdən 16-sı səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.