https://sputnik.az/20230214/ranin-bas-prokuroru-sefirliyimizde-toredilmis-cinayet-isi-barede-melumat-verib-451748036.html
İranın baş prokuroru səfirliyimizdə törədilmiş cinayət işi barədə məlumat verib
İranın baş prokuroru səfirliyimizdə törədilmiş cinayət işi barədə məlumat verib
Sputnik Azərbaycan
Baş prokuror Montazeri yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinin binasında törədilmiş cinayət hadisəsinə görə təəssüf hissi keçirdiyini bildirib. 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T16:33+0400
2023-02-14T16:33+0400
2023-02-14T16:39+0400
iran
azərbaycan xəbərləri
səfirlik
azərbaycan
baş prokuror
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1b/451115117_0:160:3072:1888_1920x0_80_0_0_5b7fe968f78842a0001d3ca0b4a5c4a3.jpg
BAKI, 14 fevral — Sputnik. Fevralın 13-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri arasında telefon danışığı olub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib. Baş prokuror Montazeri yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinin binasında törədilmiş cinayət hadisəsinə görə təəssüf hissi keçirdiyini bildirərək, Azərbaycan xalqına, zərərçəkmişlərin ailə üzvlərinə başsağlığını ifadə edib. İranın Baş prokuroru azərbaycanlı həmkarını cinayət işinin istintaqının gedişatı haqqında ətraflı məlumatlandırıb. Kamran Əliyev Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyərək Azərbaycanın aidiyyəti istintaq qurumunda cinayət işinin istintaqının davam etdiyini həmkarının diqqətinə çatdırıb. Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, bu terror aktının törədilməsinə səbəb və şəratinin araşdırılmasının zəruriliyini vurğulayıb. Sonda hər iki tərəf bu cinayət işinin nəzarətdə saxlanmasına və qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq edilməsinə dair razılıq əldə ediblər.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/01/1b/451115117_171:0:2902:2048_1920x0_80_0_0_5994ed50208eb5b02f2b64d9a612d1ae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
iran, səfirlik, azərbaycan, baş prokuror
iran, səfirlik, azərbaycan, baş prokuror
İranın baş prokuroru səfirliyimizdə törədilmiş cinayət işi barədə məlumat verib
16:33 14.02.2023 (Yenilənib: 16:39 14.02.2023) Baş prokuror Montazeri yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinin binasında törədilmiş cinayət hadisəsinə görə təəssüf hissi keçirdiyini bildirib.
BAKI, 14 fevral — Sputnik. Fevralın 13-də qarşı tərəfin təşəbbüsü ilə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev ilə İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri arasında telefon danışığı olub. Bu barədə Baş Prokurorluqdan məlumat verilib.
Baş prokuror Montazeri yanvarın 27-də Azərbaycanın Tehrandakı Səfirliyinin binasında törədilmiş cinayət hadisəsinə görə təəssüf hissi keçirdiyini bildirərək, Azərbaycan xalqına, zərərçəkmişlərin ailə üzvlərinə başsağlığını ifadə edib. İranın Baş prokuroru azərbaycanlı həmkarını cinayət işinin istintaqının gedişatı haqqında ətraflı məlumatlandırıb.
Kamran Əliyev Azərbaycan Respublikasının İrandakı səfirliyinə qarşı törədilmiş terror aktını pisləyərək Azərbaycanın aidiyyəti istintaq qurumunda cinayət işinin istintaqının davam etdiyini həmkarının diqqətinə çatdırıb. Baş prokuror İran tərəfindən cinayət işinin tam və hərtərəfli araşdırılmasının, bütün iştirakçıların müəyyən edilərək məsuliyyətə cəlb olunmasının, bu terror aktının törədilməsinə səbəb və şəratinin araşdırılmasının zəruriliyini vurğulayıb.
Sonda hər iki tərəf bu cinayət işinin nəzarətdə saxlanmasına və qarşılıqlı hüquqi yardım çərçivəsində əməkdaşlıq edilməsinə dair razılıq əldə ediblər.