https://sputnik.az/20230214/qanunsuz-ov-eden-sexsler-cezalandiriliblar-451729909.html
Qanunsuz ov edən şəxslər cəzalandırılıblar
Qanunsuz ov edən şəxslər cəzalandırılıblar
Sputnik Azərbaycan
Araşdırma zamanı brakonyerlərin Neftçala, Xaçmaz, Lənkəran və Astara rayon sakinlərinin olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov... 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T11:08+0400
2023-02-14T11:08+0400
2023-02-14T11:49+0400
ov
cəmiyyət
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447273836_0:159:3078:1890_1920x0_80_0_0_2a8b8f1330ec9fad8c9cc85907258e52.jpg
BAKI, 14 fevral — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri, Lənkəran, Xaçmaz və Astara rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb. Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala şəhər sakini Yasər Yusubov, Xaçmaz rayon sakinləri Tacir Kəlbixanov, Ravil Əlixanov, Lənkəran rayon sakini Əlizadə Əliyev, Astara rayon sakini Ramiz Rəhmanov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. B.Məhəmmədov qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 460 metr uzunluğunda 5 ədəd sintetik tor yığışdırılıb. Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, Qusar rayon sakini Namik Sərkərov, Gəncə şəhər sakini Niyaməddin Vəliyev, Şirvan şəhər sakini Samir Məmmədov, Bakı şəhər sakini Səməd Səmədzadə, Masallı rayon sakini Elvin Əkbərov, Ağcabədi rayon sakinləri Şaiq Ələkbərov və Şıxəli Vəliyev saxlanılıb. Xidmət rəsmisinin sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0a/0a/447273836_174:0:2905:2048_1920x0_80_0_0_deef1b4409f5ba48c362b96f256409c1.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ov, azərbaycan
Qanunsuz ov edən şəxslər cəzalandırılıblar
11:08 14.02.2023 (Yenilənib: 11:49 14.02.2023) Araşdırma zamanı brakonyerlərin Neftçala, Xaçmaz, Lənkəran və Astara rayon sakinlərinin olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
BAKI, 14 fevral — Sputnik. Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Xəzər dənizinin Sumqayıt şəhəri, Lənkəran, Xaçmaz və Astara rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı brakonyerlərin Neftçala şəhər sakini Yasər Yusubov, Xaçmaz rayon sakinləri Tacir Kəlbixanov, Ravil Əlixanov, Lənkəran rayon sakini Əlizadə Əliyev, Astara rayon sakini Ramiz Rəhmanov olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.
B.Məhəmmədov qeyd edib ki, keçirilən nəzarət tədbirləri zamanı su hövzələrindən ümumilikdə 460 metr uzunluğunda 5 ədəd sintetik tor yığışdırılıb. Ayrı-ayrı inzibati rayonların ərazilərində ov qaydalarını pozduqlarına görə, Qusar rayon sakini Namik Sərkərov, Gəncə şəhər sakini Niyaməddin Vəliyev, Şirvan şəhər sakini Samir Məmmədov, Bakı şəhər sakini Səməd Səmədzadə, Masallı rayon sakini Elvin Əkbərov, Ağcabədi rayon sakinləri Şaiq Ələkbərov və Şıxəli Vəliyev saxlanılıb.
Xidmət rəsmisinin sözlərinə görə, faktlarla bağlı təqsirkar şəxslər barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.