https://sputnik.az/20230214/olke-tarixindeki-en-dagidici-zelzele-neticesinde-35-418-nefer-helak-olub---erdogan-451768445.html
Ölkə tarixindəki ən dağıdıcı zəlzələ nəticəsində 35 418 nəfər həlak olub - Ərdoğan
Ölkə tarixindəki ən dağıdıcı zəlzələ nəticəsində 35 418 nəfər həlak olub - Ərdoğan
Sputnik Azərbaycan
Fevralın 6-da baş verən zəlzələ 1939-cu ildə 33 minə yaxın insanın ölümü ilə nəticələnən Ərzincan zəlzələsini geridə qoyaraq Türkiyə tarixində ən ölümcül təbii... 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T21:41+0400
2023-02-14T21:41+0400
2023-02-14T22:41+0400
dünya xəbərləri
ərdoğan
zəlzələ
türkiyə
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451586916_0:160:3072:1888_1920x0_80_0_0_2250d8fcd6f17bddbb58cef381b76f62.jpg
BAKI, 14 fevral - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayının 35 min 418 nəfər olduğunu, bu fəlakətin ölkə tarixində ən dağıdıcı hadisə olduğunu bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.Türkiyə prezidenti bildirib ki, hava şəraiti ölkənin cənub-şərqində baş verən zəlzələlərdən sonra insanların xilas edilməsi və infrastrukturun bərpası səylərinə böyük mane olub, su təchizatında da problemlər yaranıb.“Birinci mərhələdə hava şəraiti ilə bağlı çətinliklər axtarış-xilasetmə əməliyyatlarında və yardımın göstərilməsində fasilələrə səbəb olub. Yaxınlıqdakı şəhərlərdən başlayaraq dərhal dövlət qurumlarını səfərbər etdik... Nəqliyyat və enerji ilə yanaşı, içməli su infrastrukturu və kanalizasiya ilə bağlı əlavə problemlər yaranıb. Xalqımız şübhə etməməlidir ki, dövlətimiz bütün nazirlikləri, qurumları və bütün imkanları ilə zəlzələ bölgəsinə tez bir zamanda çatmaq üçün var gücü ilə mübarizə aparıb”, - deyə Ərdoğan qeyd edib.Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyənin 71 vilayətindən 250 minə yaxın əməkdaş iştirak edir.“İlk saatların çətinlikləri aradan qaldırıldıqdan sonra işlər effektli olmağa başlayıb.Əməliyyatlara Türkiyənin 71 vilayətindən 250 min dövlət qulluqçusu cəlb olunub. Axtarış-xilasetmə əməliyyatlarında bilavasitə iştirak edən şəxsi heyətin sayı 35 min nəfəri ötüb. Tikinti texnikasının sayı 12 335 ədədə, təyyarələrin sayı 76-ya, gəmilərin sayı 26-ya çatıb”, - deyə Türkiyə lideri bildirib.Fevralın 6-da baş verən zəlzələ 1939-cu ildə 33 minə yaxın insanın ölümü ilə nəticələnən Ərzincan zəlzələsini geridə qoyaraq Türkiyə tarixində ən ölümcül təbii fəlakət olub.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e7/02/09/451586916_171:0:2902:2048_1920x0_80_0_0_29970772237014151f80fbb2b86f7086.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
ərdoğan, zəlzələ, türkiyə
ərdoğan, zəlzələ, türkiyə
Ölkə tarixindəki ən dağıdıcı zəlzələ nəticəsində 35 418 nəfər həlak olub - Ərdoğan
21:41 14.02.2023 (Yenilənib: 22:41 14.02.2023) Fevralın 6-da baş verən zəlzələ 1939-cu ildə 33 minə yaxın insanın ölümü ilə nəticələnən Ərzincan zəlzələsini geridə qoyaraq Türkiyə tarixində ən ölümcül təbii fəlakət olub.
BAKI, 14 fevral - Sputnik. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində ölənlərin sayının 35 min 418 nəfər olduğunu, bu fəlakətin ölkə tarixində ən dağıdıcı hadisə olduğunu bildirib. Bu barədə RİA Novosti xəbər yayıb.
"Bu fəlakətdə həlak olan 35 min 418 vətəndaşımın ruhu şad olsun”, - deyə prezident Ankarada Fəlakətlərin İdarə Olunması Mərkəzində (AFAD) danışarkən bildirib.
Türkiyə prezidenti bildirib ki, hava şəraiti ölkənin cənub-şərqində baş verən zəlzələlərdən sonra insanların xilas edilməsi və infrastrukturun bərpası səylərinə böyük mane olub, su təchizatında da problemlər yaranıb.
“Birinci mərhələdə hava şəraiti ilə bağlı çətinliklər axtarış-xilasetmə əməliyyatlarında və yardımın göstərilməsində fasilələrə səbəb olub. Yaxınlıqdakı şəhərlərdən başlayaraq dərhal dövlət qurumlarını səfərbər etdik... Nəqliyyat və enerji ilə yanaşı, içməli su infrastrukturu və kanalizasiya ilə bağlı əlavə problemlər yaranıb. Xalqımız şübhə etməməlidir ki, dövlətimiz bütün nazirlikləri, qurumları və bütün imkanları ilə zəlzələ bölgəsinə tez bir zamanda çatmaq üçün var gücü ilə mübarizə aparıb”, - deyə Ərdoğan qeyd edib.
Onun sözlərinə görə, zəlzələnin nəticələrinin aradan qaldırılmasında Türkiyənin 71 vilayətindən 250 minə yaxın əməkdaş iştirak edir.
“İlk saatların çətinlikləri aradan qaldırıldıqdan sonra işlər effektli olmağa başlayıb.Əməliyyatlara Türkiyənin 71 vilayətindən 250 min dövlət qulluqçusu cəlb olunub. Axtarış-xilasetmə əməliyyatlarında bilavasitə iştirak edən şəxsi heyətin sayı 35 min nəfəri ötüb. Tikinti texnikasının sayı 12 335 ədədə, təyyarələrin sayı 76-ya, gəmilərin sayı 26-ya çatıb”, - deyə Türkiyə lideri bildirib.
Fevralın 6-da baş verən zəlzələ 1939-cu ildə 33 minə yaxın insanın ölümü ilə nəticələnən Ərzincan zəlzələsini geridə qoyaraq Türkiyə tarixində ən ölümcül təbii fəlakət olub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.