https://sputnik.az/20230214/nformasiya-sizmasina-qarsi-yeni-proqram-teminati-istifadeye-verilib-451736504.html
İnformasiya sızmasına qarşı yeni proqram təminatı istifadəyə verilib
İnformasiya sızmasına qarşı yeni proqram təminatı istifadəyə verilib
Platforma təhlükəsizliyin təmin olunması və məlumatların kənar müdaxilələrdən qorunması baxımından çox əhəmiyyətlidir. 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T12:44+0400
2023-02-14T12:44+0400
2023-02-14T12:44+0400
cəmiyyət
təhlükəsizlik
kiber
proqram
azərbaycan
/html/head/meta[@name='og:title']/@content
/html/head/meta[@name='og:description']/@content
https://cdnn1.img.sputnik.az/img/41666/35/416663513_0:169:1920:1249_1920x0_80_0_0_844df6b58095e056a0d6691c9e50bffc.jpg
BAKI, 14 fevral — Sputnik. Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi və informasiya sızmasına səbəb ola bilən yerli və xarici disk daşıyıcılarından asılılığı aradan qaldırmaq üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) yeni "share.gov.az" platformasını istifadəyə verib. Bu barədə XRİTDX-dan məlumat verilib. Qeyd olunan platforma, "wetransfer", "dropbox", "boxca" və bu kimi platformalara etibarlı alternativdir. Platforma istifadəçilərə, həm qarşı tərəflə bölüşülməsi istənilən faylların müvəqqəti saxlanc sistemində 5 dəqiqədən 15 gün intervalınadək saxlama, həm də istifadəçi şifrəsi ilə simmetrik şifrləmə imkanını verir. Bu da təhlükəsizliyin təmin olunması və məlumatların kənar müdaxilələrdən qorunması baxımından çox əhəmiyyətlidir. "Yalnız "AzStateNet" şəbəkəsinə qoşulmuş dövlət qurumları sözügedən platformaya fayl yükləmə imkanına malikdir. İstənilən şəbəkə istifadəçisi əldə etdiyi keçid (link) vasitəsilə (şifrələndiyi halda, şifrə vasitəsilə) yüklənmiş faylları endirə bilər. Platformadan istifadə zamanı istifadəçilərin maarifləndirilməsi məqsədilə interfeysə avtomatik yenilənən informasiya təhlükəsizliyi tövsiyələri - "Kibertövsiyə" bölməsi əlavə olunub", - Xidmətdən bildirilib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının əməkdaşlarına informasiya sızmasına səbəb ola biləcək kənar xidmətlərdən istifadə etməməyi və məlumat bölüşməsi üçün yalnız "share.gov.az" platformasını tətbiq etməyi tövsiyə edir.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
2023
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41666/35/416663513_145:0:1845:1275_1920x0_80_0_0_53568f58cde80315ae98ef85818a7a21.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rosiya Segodnya“
Şahpəri Abbasova
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427234608_683:0:2048:1365_100x100_80_0_0_ce97b26143b48800b312034ce6e8059f.jpg
təhlükəsizlik, kiber, proqram, azərbaycan
təhlükəsizlik, kiber, proqram, azərbaycan
İnformasiya sızmasına qarşı yeni proqram təminatı istifadəyə verilib
Platforma təhlükəsizliyin təmin olunması və məlumatların kənar müdaxilələrdən qorunması baxımından çox əhəmiyyətlidir.
BAKI, 14 fevral — Sputnik. Azərbaycanın dövlət qurumlarında informasiya təhlükəsizliyinin gücləndirilməsi və informasiya sızmasına səbəb ola bilən yerli və xarici disk daşıyıcılarından asılılığı aradan qaldırmaq üçün Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) yeni "share.gov.az" platformasını istifadəyə verib. Bu barədə XRİTDX-dan məlumat verilib.
Qeyd olunan platforma, "wetransfer", "dropbox", "boxca" və bu kimi platformalara etibarlı alternativdir. Platforma istifadəçilərə, həm qarşı tərəflə bölüşülməsi istənilən faylların müvəqqəti saxlanc sistemində 5 dəqiqədən 15 gün intervalınadək saxlama, həm də istifadəçi şifrəsi ilə simmetrik şifrləmə imkanını verir. Bu da təhlükəsizliyin təmin olunması və məlumatların kənar müdaxilələrdən qorunması baxımından çox əhəmiyyətlidir.
"Yalnız "AzStateNet" şəbəkəsinə qoşulmuş dövlət qurumları sözügedən platformaya fayl yükləmə imkanına malikdir. İstənilən şəbəkə istifadəçisi əldə etdiyi keçid (link) vasitəsilə (şifrələndiyi halda, şifrə vasitəsilə) yüklənmiş faylları endirə bilər. Platformadan istifadə zamanı istifadəçilərin maarifləndirilməsi məqsədilə interfeysə avtomatik yenilənən informasiya təhlükəsizliyi tövsiyələri - "Kibertövsiyə" bölməsi əlavə olunub", - Xidmətdən bildirilib.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti dövlət qurumlarının əməkdaşlarına informasiya sızmasına səbəb ola biləcək kənar xidmətlərdən istifadə etməməyi və məlumat bölüşməsi üçün yalnız "share.gov.az" platformasını tətbiq etməyi tövsiyə edir.