https://sputnik.az/20230214/narkotik-vasitelerin-tibbi-meqsedler-ucun-tehvil-verilmesi-qaydasi-mueyyenlesib-451738244.html
Narkotik vasitələrin tibbi məqsədlər üçün təhvil verilməsi qaydası müəyyənləşib
Narkotik vasitələrin tibbi məqsədlər üçün təhvil verilməsi qaydası müəyyənləşib
Sputnik Azərbaycan
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin tibbi məqsədlərlə istifadə üçün Səhiyyə Nazirliyinə təhvil... 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T22:17+0400
2023-02-14T22:17+0400
2023-02-14T22:39+0400
narkotik
cəmiyyət
aptek
psixotrop maddə
azərbaycan
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449961175_0:165:3055:1883_1920x0_80_0_0_ba4a602ff5c3d894fd8d53473724d989.jpg
BAKI, 14 fevral — Sputnik. Nazirlər Kabineti "Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası"nı təsdiqləyib. Nazirlər Kabinetinin rəsmi saytından verilən xəbərinə görə, bu qərar narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir. Qaydaya əsasən, tarkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edilən məhkəmənin qərarı əsasında həyata keçirilir. Məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin kinoloji xidmətləri tərəfindən kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası"na uyğun istifadə oluna bilər. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyası (Məhvetmə Komissiyası) tərəfindən həyata keçirilir. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 5 gün müddətində həmin maddələr ibtidai araşdırmanı aparan orqan tərəfindən məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil verilir. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə edilir. Məhvetmə Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün hazırlanması və məhv edilməsi prosesini videoçəkilişdən istifadə etməklə həyata keçirir və bu barədə akt tərtib edir. Barəsində məhvetmə qərarı çıxarılmış narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin sonrakı istifadəyə verilməsi qadağandır. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində həmin maddələr məhkəmənin müvafiq qərarının və ekspertin göstərilən maddələrin tibbi məqsədlərlə istifadə oluna bilməsinə dair rəyinin surəti ilə birlikdə ibtidai araşdırmanı aparan orqan tərəfindən Səhiyyə Nazirliyinə təhvil verilir. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin tibbi məqsədlərlə istifadə üçün Səhiyyə Nazirliyinə təhvil verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi barədə qərar qəbul etmiş məhkəməyə göndərilir.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/0c/17/449961175_162:0:2893:2048_1920x0_80_0_0_0e3d4c9bb78089feadb9b382c033b014.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
narkotik, aptek, psixotrop maddə, azərbaycan
narkotik, aptek, psixotrop maddə, azərbaycan
Narkotik vasitələrin tibbi məqsədlər üçün təhvil verilməsi qaydası müəyyənləşib
22:17 14.02.2023 (Yenilənib: 22:39 14.02.2023) Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin tibbi məqsədlərlə istifadə üçün Səhiyyə Nazirliyinə təhvil verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur.
BAKI, 14 fevral — Sputnik. Nazirlər Kabineti "Cinayət təqibi üzrə məhkəməyədək icraat zamanı qanunsuz dövriyyədən çıxarılmaqla maddi sübut kimi götürülmüş narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Qaydası"nı təsdiqləyib.
Nazirlər Kabinetinin rəsmi saytından verilən xəbərinə görə, bu qərar narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin xüsusilə külli miqdarını müəyyən edən müvafiq qanunla eyni gündə qüvvəyə minir.
Qaydaya əsasən, tarkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi və ya tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qəbul edilən məhkəmənin qərarı əsasında həyata keçirilir. Məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin kinoloji xidmətləri tərəfindən kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərində məhv edilməsi nəzərdə tutulan narkotik vasitələrdən müvafiq icra hakimiyyəti orqanlarının kinoloji xidmətləri tərəfindən narkotik vasitələrin axtarışı üzrə aparılan təlimlərdə istifadə olunması Qaydası"na uyğun istifadə oluna bilər.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək məhv edilməsi Müsadirə edilmiş narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını məhvetmə komissiyası (Məhvetmə Komissiyası) tərəfindən həyata keçirilir. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 5 gün müddətində həmin maddələr ibtidai araşdırmanı aparan orqan tərəfindən məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil verilir. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün Məhvetmə Komissiyasına təhvil verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə edilir.
Məhvetmə Komissiyası narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin məhv edilməsi üçün hazırlanması və məhv edilməsi prosesini videoçəkilişdən istifadə etməklə həyata keçirir və bu barədə akt tərtib edir. Barəsində məhvetmə qərarı çıxarılmış narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin sonrakı istifadəyə verilməsi qadağandır.
Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindiyi gündən 10 gün müddətində həmin maddələr məhkəmənin müvafiq qərarının və ekspertin göstərilən maddələrin tibbi məqsədlərlə istifadə oluna bilməsinə dair rəyinin surəti ilə birlikdə ibtidai araşdırmanı aparan orqan tərəfindən Səhiyyə Nazirliyinə təhvil verilir. Narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin tibbi məqsədlərlə istifadə üçün Səhiyyə Nazirliyinə təhvil verilməsi zamanı videoçəkilişdən istifadə edilməklə protokol tərtib olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə cinayət təqibi ilə bağlı materiallara əlavə olunur. Protokol videoçəkilişi əks etdirən müvafiq məlumat daşıyıcısı ilə birlikdə məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının və güclü təsir edən maddələrin cinayət təqibi üzrə icraat başa çatanadək tibbi məqsədlərlə istifadə üçün təhvil verilməsi barədə qərar qəbul etmiş məhkəməyə göndərilir.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.