https://sputnik.az/20230214/milli-meclis---dovlet-dumasi-emekdasliginin-yeni-erasi-baslayir---azerbaycanli-deputat-451760552.html
Milli Məclis - Dövlət Duması əməkdaşlığının yeni erası başlayır - azərbaycanlı deputat
Milli Məclis - Dövlət Duması əməkdaşlığının yeni erası başlayır - azərbaycanlı deputat
Sputnik Azərbaycan
Millət vəkili bildirib ki, Milli Məclisin parlamentlərarası əlaqələrində ən mühüm istiqamətlərdən biri Rusiya ilə olan münasibətlərdir. 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T19:01+0400
2023-02-14T19:01+0400
2023-02-20T22:06+0400
arzu nağıyev
azərbaycan
rusiya
rusiya-azərbaycan parlamentlərarası dostluq qrupu
azərbaycan və rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında bəyannamə
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_0:68:1280:788_1920x0_80_0_0_3152f71f65f66051ed5fe55e192c818c.jpg
BAKI, 14 fevral — Sputnik. Fevralın 13-də Rusiya Dövlət Duması ilə Azərbaycanın Milli Məclisi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Milli Məclisin sədri Sahibə Qafarova Sazişin imzalanmasının iki ölkə arasında əlaqələrin hərtərəfli möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Sputnik Azərbaycan əməkdaşlıq haqqında sazişin imzalanmasının Azərbaycan-Rusiya münasibətlərinə təsiri və bu sənədin əhəmiyyəti ilə bağlı millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib. Millət vəkili bildirib ki, Milli Məclisin parlamentlərarası əlaqələrində ən mühüm istiqamətlərdən biri Rusiya ilə olan münasibətlərdir. Onun sözlərinə görə, bu istiqamətdə parlamentlərarası qrup öz fəaliyyətini inamla davam etdirir:"Bu günlərdə Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Rusiyaya səfəri bu baxımdan xüsusi önəm kəsb edir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Federasiya Şurasında və Dövlət Dumasında önəmli görüşlər keçirdilər. Bu görüşlərdə regionlararası əməkdaşlığın ölkələr arasında münasibətlərə təsiri ilə bağlı aparılan fikir mübadiləsi ən önəmli məqamlardan olub". Arzu Nağıyev onu da qeyd edib ki, bu görüşlərdə həm də Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli sazişlərin icrası ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunub:"Onu da xatırlamaq yerinə düşər ki, ötən ilin fevralında Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlərin artan dinamika ilə inkişafına yeni təkan verən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Milli Məclisin sədri Rusiyada keçirdiyi görüşlərdə bu sənədin iki tərəfli münasibətlərin inkişafında oynadığı rolu xüsusilə qeyd edib. Eyni zamanda parlamentlərarası əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus yeri olması da ifadə olunub. Bu sahədə həm Milli Məclis, həm də Rusiya Federal Məclisi tərəfindən addımlar atılır. O cümlədən fəaliyyət göstərən dostluq qrupları, parlamentlərarası komissiyaların fəaliyyətinin rolu qeyd olunub. Bir çox təşkilatlarda, o cümlədən MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlıq genişlənir. Qanunverici orqanlar arasında əlaqələrin genişlənməsi, həm də parlament komitələri arasında əlaqələri müsbət istiqamətdə inkişaf etdirir". Millət vəkili vurğulayıb ki, hazırda əlaqələrin daha sıxlaşdırılması üçün çox ciddi addımlar atılır:deputat bildirib ki, Azərbaycan nümayəndə heyəti Rusiyalı həmkarları ilə görüşlərdə bölgədəki mövcud vəziyyətlə bağlı müfəssəl məlumat təqdim edib:"Ermənistan tərəfinin Azərbaycana qarşı beynəlxalq ictimai rəy formalaşdırmaq üçün istifadə etdiyi yalanlar bu görüşlərdə bir daha ifşa olunub. Ermənistan tərəfinin bölgədə sabitliyi pozmağa yönəlmiş addımları qınanılıb. Öz növbəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanı nəzərdə tutaraq bildirib ki, Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq ölkəni itirə bilərlər", - deyə o qeyd edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/0c/07/437030205_70:0:1210:855_1920x0_80_0_0_b09fcae4861a0cd97b38e6c53be56e42.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
arzu nağıyev, azərbaycan, rusiya, rusiya-azərbaycan parlamentlərarası dostluq qrupu
arzu nağıyev, azərbaycan, rusiya, rusiya-azərbaycan parlamentlərarası dostluq qrupu
Milli Məclis - Dövlət Duması əməkdaşlığının yeni erası başlayır - azərbaycanlı deputat
19:01 14.02.2023 (Yenilənib: 22:06 20.02.2023) Millət vəkili bildirib ki, Milli Məclisin parlamentlərarası əlaqələrində ən mühüm istiqamətlərdən biri Rusiya ilə olan münasibətlərdir.
BAKI, 14 fevral — Sputnik. Fevralın 13-də Rusiya Dövlət Duması ilə Azərbaycanın Milli Məclisi arasında əməkdaşlıq haqqında saziş imzalanıb. Milli Məclisin sədri Sahibə Qafarova Sazişin imzalanmasının iki ölkə arasında əlaqələrin hərtərəfli möhkəmlənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.
Sputnik Azərbaycan əməkdaşlıq haqqında sazişin imzalanmasının Azərbaycan-Rusiya münasibətlərinə təsiri və bu sənədin əhəmiyyəti ilə bağlı millət vəkili Arzu Nağıyevin fikirlərini öyrənib.
Millət vəkili bildirib ki, Milli Məclisin parlamentlərarası əlaqələrində ən mühüm istiqamətlərdən biri Rusiya ilə olan münasibətlərdir. Onun sözlərinə görə, bu istiqamətdə parlamentlərarası qrup öz fəaliyyətini inamla davam etdirir:
"Bu günlərdə Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin Rusiyaya səfəri bu baxımdan xüsusi önəm kəsb edir. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Rusiya Federasiya Şurasında və Dövlət Dumasında önəmli görüşlər keçirdilər. Bu görüşlərdə regionlararası əməkdaşlığın ölkələr arasında münasibətlərə təsiri ilə bağlı aparılan fikir mübadiləsi ən önəmli məqamlardan olub".
Arzu Nağıyev onu da qeyd edib ki, bu görüşlərdə həm də Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli sazişlərin icrası ilə bağlı məsələlər geniş şəkildə müzakirə olunub:
"Onu da xatırlamaq yerinə düşər ki, ötən ilin fevralında Azərbaycan və Rusiya prezidentləri arasında münasibətlərin artan dinamika ilə inkişafına yeni təkan verən Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Bəyannamə imzalanıb. Milli Məclisin sədri Rusiyada keçirdiyi görüşlərdə bu sənədin iki tərəfli münasibətlərin inkişafında oynadığı rolu xüsusilə qeyd edib. Eyni zamanda parlamentlərarası əlaqələrin inkişafında qanunverici orqanların özünəməxsus yeri olması da ifadə olunub. Bu sahədə həm Milli Məclis, həm də Rusiya Federal Məclisi tərəfindən addımlar atılır. O cümlədən fəaliyyət göstərən dostluq qrupları, parlamentlərarası komissiyaların fəaliyyətinin rolu qeyd olunub. Bir çox təşkilatlarda, o cümlədən MDB Parlamentlərarası Assambleyası çərçivəsində əməkdaşlıq genişlənir. Qanunverici orqanlar arasında əlaqələrin genişlənməsi, həm də parlament komitələri arasında əlaqələri müsbət istiqamətdə inkişaf etdirir".
Millət vəkili vurğulayıb ki, hazırda əlaqələrin daha sıxlaşdırılması üçün çox ciddi addımlar atılır:
"Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələr parlamentlərarası əlaqələrin ən vacib müzakirə obyektlərindən biridir. Bu günlərdə iki ölkənin qanunverici orqanları arasında imzalanmış əməkdaşlıq haqqında saziş münasibətlərimizin yeni mərhələyə qədəm qoymasına şərait yaradır".
deputat bildirib ki, Azərbaycan nümayəndə heyəti Rusiyalı həmkarları ilə görüşlərdə bölgədəki mövcud vəziyyətlə bağlı müfəssəl məlumat təqdim edib:
"Ermənistan tərəfinin Azərbaycana qarşı beynəlxalq ictimai rəy formalaşdırmaq üçün istifadə etdiyi yalanlar bu görüşlərdə bir daha ifşa olunub. Ermənistan tərəfinin bölgədə sabitliyi pozmağa yönəlmiş addımları qınanılıb. Öz növbəsində Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin Ermənistanı nəzərdə tutaraq bildirib ki, Avropa institutları istiqamətində bəyanatlar verənlər sadəcə olaraq ölkəni itirə bilərlər", - deyə o qeyd edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.