https://sputnik.az/20230214/medet-quliyev-xalq-artistini-medalla-teltif-edib-451760825.html
Mədət Quliyev Xalq artistini medalla təltif edib
Mədət Quliyev Xalq artistini medalla təltif edib
Sputnik Azərbaycan
Xalq artisti "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi" yubiley medalı ilə təltif olunub. 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T18:02+0400
2023-02-14T18:02+0400
2023-02-14T18:02+0400
cəmiyyət
xalq artisti
mədət quliyev
faiq ağayev
https://cdnn1.img.sputnik.az/img/42315/91/423159113_0:112:1440:922_1920x0_80_0_0_30bf1a1cc91a4b41fc1a067eee3ddf17.jpg
BAKI, 14 fevral — Sputnik. Bu gün Xalq artisti Faiq Ağayev "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi" yubiley medalı ilə təltif olunub. Bu barədə Xalq artisti özü sosial medai hesabında məlumat verib. Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı, tənzimlənməsi və saxlanmasına cavabdeh olan dövlət qurumudur. Nazirlik 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılıb. Əvvəllər Azərbaycan Silahlı Qüvvələri tərkibində olan Hərbi Sənayə və Silahlanma Dövlət İdarəsi və Hərbi Elm Mərkəzi yeni nazirliyə birləşdirilib. Yavər Camalov 2006-cı ilin martından 23 iyun 2018-ci ilədək ilk nazir olub. Daha sonra isə Mədət Quliyev Azərbaycan Prezidentinin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Naziri təyin edilib. Faiq Ağayev kimdir? Xalq artisti Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlib. 2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" ("Minilliyin sonu…") və "İlin konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olub. 2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekorda imza atıb. Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib. 2013, 2015, 2018-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub. 2019-ci ildə "Eurovision" mahnı müsabiqəsinin canlı yayımında Azərbaycan milli münsif heyətinin xallarını elan edib.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42315/91/423159113_0:89:1440:1169_1920x0_80_0_0_86d558a09d64dbae10b07914ef31b934.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xalq artisti, mədət quliyev, faiq ağayev
xalq artisti, mədət quliyev, faiq ağayev
Mədət Quliyev Xalq artistini medalla təltif edib
Xalq artisti "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi" yubiley medalı ilə təltif olunub.
BAKI, 14 fevral — Sputnik. Bu gün Xalq artisti Faiq Ağayev "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi" yubiley medalı ilə təltif olunub. Bu barədə Xalq artisti özü sosial medai hesabında məlumat verib.
"Medalı mənə cənab nazir, Milli Qəhrəman, sayqıdəyər Mədət Quliyev təqdim etdi. Göstərdiyiniz diqqət, verdiyiniz qiymətə görə qəlbən minnətdaram, əziz Mədət müəllim!", - deyə F.Ağayev bildirib.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi müdafiə, radioelektronika, cihazqayırma sahələrində məhsulların dizaynı, istehsalı, tənzimlənməsi və saxlanmasına cavabdeh olan dövlət qurumudur.
Nazirlik 16 dekabr 2005-ci ildə İlham Əliyevin sərəncamı ilə yaradılıb. Əvvəllər Azərbaycan Silahlı Qüvvələri tərkibində olan Hərbi Sənayə və Silahlanma Dövlət İdarəsi və Hərbi Elm Mərkəzi yeni nazirliyə birləşdirilib. Yavər Camalov 2006-cı ilin martından 23 iyun 2018-ci ilədək ilk nazir olub. Daha sonra isə Mədət Quliyev Azərbaycan Prezidentinin 20 iyun 2019-cu il tarixli sərəncamı ilə Müdafiə Sənayesi Naziri təyin edilib.
Xalq artisti Faiq Ağayev peşəkar səhnəyə 1988-ci ildə gəlib. Həmin il "Bakı Payızı-88" respublika müsabiqəsinin qalibi olub. Bu müsabiqədən sonra, "Qızıl Payız-89" respublika müsabiqəsində, Beynəlxalq "Vitebsk-90" müsabiqəsində, Beynəlxalq "Yalta-92" televiziya müsabiqəsində də diplomant olaraq, hələ tələbə ikən peşəkar ifaçı kimi ad qazanıb. Universiteti bitirdikdən sonra Klavdiya Şuljenko adına "Xarkov-95" Beynəlxalq Retro mahnılar müsabiqəsində və "Qızıl Şlyager" – Mogilyov-96 Beynəlxalq müsabiqəsində də qalib gəlib. 2000-ci ildə "İlin müğənnisi" nominasiyasında "Qızıl Mikrofon" Milli Mükafatını qazanan Faiq Ağayev, 2001-ci ildə "İlin müğənnisi", "İlin albomu" ("Minilliyin sonu…") və "İlin konserti" ("Əsrin və minilliyin son konserti") nominasiyalarında "Grand" Milli Mükafatı sahibi olub.
2007-ci il 7–12 yanvar tarixlərində Heydər Əliyev Sarayında 5 günlük solo konsert keçirməklə Faiq Ağayev Azərbaycan musiqi tarixində rekorda imza atıb. Pərəstişkarlar arasında "Cənab Qızıl Şlyager" adını qazanan Faiq Ağayev yaradıcılıq fəaliyyəti ərzində 300-dən çox solo konsert verib.
2013, 2015, 2018-ci illərdə Beynəlxalq "Eurovision" mahnı müsabiqəsinin Azərbaycan milli münsiflər heyətinin üzvü olub. 2019-ci ildə "Eurovision" mahnı müsabiqəsinin canlı yayımında Azərbaycan milli münsif heyətinin xallarını elan edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.