https://sputnik.az/20230214/heyder-eliyev-adina-herbi-nstituta-kursant-qebulu-qaydalari-aciqlandi-451729783.html
Heydər Əliyev adına Hərbi İnstituta kursant qəbulu qaydaları açıqlandı
Heydər Əliyev adına Hərbi İnstituta kursant qəbulu qaydaları açıqlandı
Sputnik Azərbaycan
Hərbi İnstitutun məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir. 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T13:23+0400
2023-02-14T13:23+0400
2023-02-14T13:23+0400
hərbi
kursant
qəbul
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443365895_0:103:2000:1228_1920x0_80_0_0_fb372cb2d232981116a4b6a7cac376c7.jpg
BAKI, 14 fevral — Sputnik. Heydər Əliyev adına Hərbi İnstituta 2023/2024-cü tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 4 il müəyyən edilib. Bu il mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər. Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 153 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir. Heydər Əliyev adına Hərbi İnstitutun məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir. Heydər Əliyev adına Hərbi İnstituta qəbul olmaq istəyən namizədlər 1 aprel - 30 aprel tarixinədək ərizə ilə Hərbi İnstitutun rektoruna müraciət etməlidirlər.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e6/06/1a/443365895_114:0:1887:1330_1920x0_80_0_0_bfe919cf37e861f5a7028800543ee509.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Elvin Səlimov
https://cdnn1.img.sputnik.az/img/07e5/09/1d/433650743_330:68:1200:938_100x100_80_0_0_5e9cf150965a5ac0ee77f0e9ba7cb59f.jpg
kursant, qəbul
Heydər Əliyev adına Hərbi İnstituta kursant qəbulu qaydaları açıqlandı
Hərbi İnstitutun məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir.
BAKI, 14 fevral — Sputnik. Heydər Əliyev adına Hərbi İnstituta 2023/2024-cü tədris ili üçün kursant qəbulu qaydaları açıqlanıb. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 4 il müəyyən edilib.
Bu il mülki ümumtəhsil müəssisələrində tam orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları, habelə 18 yaşından 23 yaşınadək kişi cinsli hərbi qulluqçular və hərbi vəzifəlilər qəbul edilirlər.
Heydər Əliyev adına Hərbi İnstituta qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 153 manat məbləğində müavinət alırlar. Təhsili və intizamı ilə fərqlənən əlaçı kursantların aylıq müavinətlərinə müvafiq qaydalara uyğun əlavələr edilir.
Heydər Əliyev adına Hərbi İnstitutun məzunlarına hərbi ixtisasla yanaşı, müvafiq mülki ixtisas üzrə bakalavr dərəcəsi də verilir. Heydər Əliyev adına Hərbi İnstituta qəbul olmaq istəyən namizədlər 1 aprel - 30 aprel tarixinədək ərizə ilə Hərbi İnstitutun rektoruna müraciət etməlidirlər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.