Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinə səfərə gəlib
20:05 14.02.2023 (Yenilənib: 22:42 14.02.2023)
© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanAzərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib
© Photo : Cabinet of Ministers of the Republic of Azerbaijan
Abunə olmaq
Bir müddət əvvəl Azərbaycanın energetika naziri Pərviz Şahbazov Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkətinin Azərbaycan üçün mühüm və güvənilən tərəfdaş olduğunu dilə gətirib.
BAKI, 14 fevral - Sputnik. Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov fevralın 14-də Dünya Hökumət Sammitində iştirak etmək üçün Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gəlib.
© Photo : Cabinet of Ministers of the Republic of AzerbaijanAzərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib
Azərbaycanın Baş naziri Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfərə gedib
© Photo : Cabinet of Ministers of the Republic of Azerbaijan
Nazirlər Kabinetinin mətbuat xidmətindən Azərtac-a bildiriblər ki, Azərbaycanın Baş nazirini Dubay Beynəlxalq Hava Limanında Birləşmiş Ərəb Əmirliklərinin ictimai inkişaf naziri xanım Hessa bint Essa Buhumaid və digər rəsmi şəxslər qarşılayıblar.
Xatırladaq ki, Azərbaycanın energetika naziri Pərviz Şahbazov Əbu-Dabi Dayanıqlıq Həftəsində iştirakı çərçivəsində bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti Azərbaycan üçün mühüm və güvənilən tərəfdaşdır.
"Azərbaycanın hazırda əsas prioriteti zəngin bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin, hidrogenin istehsalı, ölkənin enerji sisteminə inteqrasiyası ilə yanaşı, daha çox Avropa bazarlarına nəqli və zəruri infrastrukturun qurulmasına nail olmaqdır. Bu çoxşaxəli fəaliyyətin həyata keçirilməsində "Masdar" bizim üçün mühüm və güvənilən tərəfdaşdır", - deyə nazir əlavə edib.
BƏƏ-nin energetika və infrastruktur naziri Suhail Mohamed Al Mazrouei isə öz növbəsində ölkəsinin Azərbaycanla enerji əməkdaşlığına qardaşlıq kontekstində əhəmiyyət verdiyini və birgə meqa layihələrin reallaşmasına dəstəyini ifadə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.