https://sputnik.az/20230214/azerbaycan-ve-pakistan-celtikcilik-sahesinde-emekdasligi-genislendirirler-451738925.html
Azərbaycan və Pakistan çəltikçilik sahəsində əməkdaşlığı genişləndirirlər
Azərbaycan və Pakistan çəltikçilik sahəsində əməkdaşlığı genişləndirirlər
Sputnik Azərbaycan
Pakistan təcrübəsindən istifadə edərək kadr hazırlığı, ölkəmizin torpaq-iqlim şəraitinə uyğun olan yerli sortların yaradılması üçün genetik materialların... 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T22:01+0400
2023-02-14T22:01+0400
2023-02-14T22:44+0400
pakistan
iqtisadiyyat
azərbaycan
toxum
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425927699_0:0:3071:1728_1920x0_80_0_0_2141fec976230ddcbfabc2c8f2ed859d.jpg
BAKI, 14 fevral — Sputnik. Çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti Pakistanda səfərdədir. Nazirlikdən bildiriblər ki, səfərin ilk günündə Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev Pakistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri, professor Qulam Məhəmməd Əli ilə görüşüb.Görüşdə çəltik bitkisinin tәsərrüfat әhәmiyyәti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər, Azərbaycanda çəltikçiliyə göstərilən dövlət dəstəyi müzakirə olunub. Respublikamızda çəltik istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, 2022-ci ildə ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb və institutda "Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası" şöbəsi yaradılıb. Görüşdə çəltikçiliyin inkişafı ilə bağlı cari ildə görüləcək işlər, yerli toxum sortlarının Azərbaycana inteqrasiya olunması, Pakistan təcrübəsindən istifadə edərək kadr hazırlığı, ölkəmizin torpaq-iqlim şəraitinə uyğun olan yerli sortların yaradılması üçün genetik materialların Azərbaycana gətirilməsi barədə razılıq əldə edilib. Pakistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri Qulam Məhəmməd Əli Azərbaycan ilə çəltikçilik sahəsində əməkdaşlığa hazır olduqlarını, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb. Qeyd edək ki, ötən il Pakistandan Azərbaycana gətirilən düyü 15 faiz gömrük rüsumundan azad edilib. Azərbaycanın Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. 2027-ci ilin sonunadək Pakistan mənşəli düyünün idxalına görə gömrük rüsumu tutulmayacaq. İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında Nazirlər Kabinetinin qərarını müsbət qiymətləndirib, bu addımın bazarda düyünün qiymətini aşağı salacağını söyləyib. O bildirib ki, Azərbaycan Pakistanla dost dövlətdir və ticarəti genişləndirmək, xüsusən daxili ərzaq bazarı üçün bu addım müsbətdir. Ekspert diqqətə çatdırıb ki, Azərbaycanın düyü bazarında əsas iştirakçı Hindistandır:Onun sözlərinə görə, Azərbaycanda əkin üçün yararlı torpaq sahələri azdır və düyü idxalına ehtiyacımız var. Onu da bildirək ki, ötən ilin 10 ayında Pakistandan 666 min dollar dəyərində 935 ton düyü ölkəmizə gətirilib. Ötən il çəltik istehsalı artıb Xatırladaq ki, çəltikçilik ölkənin ərzaq təhlükəsizliyi zəncirində önəmli yer tutur və çəltik bitkisi Azərbaycanda ənənəvi becərilən bitki hesab olunur. Keçən il respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar (ha) təşkil edib. 2022-ci ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib. Çəltik üzrə orta məhsuldarlıq 36,2 sent/ha təşkil edib. Bu, 2021-ci ilin yekun orta məhsuldarlıq göstəricisindən 1,4 sent/ha çoxdur. Respublikada 2021-ci ilə nisbətən 848 ton daha çox məhsul istehsal olunub. Son illər respublikada çəltikçiliyin inkişafına böyük önəm verilməklə bu sahəyə dövlət dəstəyi daha da gücləndirilib, əkin sahələrinin və məhsul istehsalının artırılması ilə bağlı bir sıra zəruri tədbirlər həyata keçirilib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə fermerlərə 360 manat əkin subsidiyası verilir. 2021-ci ildə Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. 2021-ci ildə çəltiyin əkin sahəsi 2015-ci ilə nisbətən 2,6 dəfə, 2020-ci ilə nisbətən isə 3,3% artıb. Ötən il çəltik istehsalı 2015-ci ilə nisbətən 3,7 dəfə, 2020-ci ilə nisbətən isə 8,1% artaraq 10,7 min ton olub. Çəltiyin məhsuldarlığı 34,8 sent/ha olub. 2021-ci ildə məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 1,4 dəfə, 2020-ci ilə nisbətən isə 6,1% artıb. 2025-ci ildə istehsal 40 min tona çatdırılacaq 2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
azərbaycan
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/07e5/01/0b/425927699_85:0:2816:2048_1920x0_80_0_0_060bd3715e21094128c5feeef2dee36c.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Xalid Məmmədov
https://cdnn1.img.sputnik.az/img/07e5/06/10/427232791_167:-1:1127:960_100x100_80_0_0_3163a67afe6eda2fe28ebb5d0ec95939.jpg
pakistan, azərbaycan, toxum
pakistan, azərbaycan, toxum
Azərbaycan və Pakistan çəltikçilik sahəsində əməkdaşlığı genişləndirirlər
22:01 14.02.2023 (Yenilənib: 22:44 14.02.2023) Pakistan təcrübəsindən istifadə edərək kadr hazırlığı, ölkəmizin torpaq-iqlim şəraitinə uyğun olan yerli sortların yaradılması üçün genetik materialların Azərbaycana gətirilməsi barədə razılıq əldə edilib.
BAKI, 14 fevral — Sputnik. Çəltikçiliyin elmi əsaslarla inkişaf etdirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Toxum Fondu və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun nümayəndə heyəti Pakistanda səfərdədir.
Nazirlikdən bildiriblər ki, səfərin ilk günündə Dövlət Toxum Fondunun sədri Sərxan Sərxanov və Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Faiq Xudayev Pakistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri, professor Qulam Məhəmməd Əli ilə görüşüb.
Görüşdə çəltik bitkisinin tәsərrüfat әhәmiyyәti, ərzaq təhlükəsizliyində rolu, çəltikçilik sahəsində görülən işlər, Azərbaycanda çəltikçiliyə göstərilən dövlət dəstəyi müzakirə olunub. Respublikamızda çəltik istehsalı kənd təsərrüfatında vacib sahələrdən biri olduğundan bu sahədə məhsuldarlığın daha da artırılmasının vacibliyi vurğulanıb.
Qeyd olunub ki, 2022-ci ildə ilk dəfə olaraq Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı sortlarının yaradılması, introduksiyası, yerli şəraitə adaptasiyası və toxumçuluğunun təşkili istiqamətində tədqiqat işlərinə başlanılıb və institutda "Çəltik bitkisinin seleksiyası və becərmə texnologiyası" şöbəsi yaradılıb.
Görüşdə çəltikçiliyin inkişafı ilə bağlı cari ildə görüləcək işlər, yerli toxum sortlarının Azərbaycana inteqrasiya olunması, Pakistan təcrübəsindən istifadə edərək kadr hazırlığı, ölkəmizin torpaq-iqlim şəraitinə uyğun olan yerli sortların yaradılması üçün genetik materialların Azərbaycana gətirilməsi barədə razılıq əldə edilib.
Pakistan Kənd Təsərrüfatı Tədqiqatları Şurasının sədri Qulam Məhəmməd Əli Azərbaycan ilə çəltikçilik sahəsində əməkdaşlığa hazır olduqlarını, iki ölkə arasında əlaqələrin inkişaf etdirilməsinin vacibliyini diqqətə çatdırıb.
Qeyd edək ki, ötən il Pakistandan Azərbaycana gətirilən düyü 15 faiz gömrük rüsumundan azad edilib. Azərbaycanın Nazirlər Kabineti bununla bağlı qərar qəbul edib. 2027-ci ilin sonunadək Pakistan mənşəli düyünün idxalına görə gömrük rüsumu tutulmayacaq.
İqtisadçı Xalid Kərimli Sputnik Azərbaycan-a açıqlamasında Nazirlər Kabinetinin qərarını müsbət qiymətləndirib, bu addımın bazarda düyünün qiymətini aşağı salacağını söyləyib.
O bildirib ki, Azərbaycan Pakistanla dost dövlətdir və ticarəti genişləndirmək, xüsusən daxili ərzaq bazarı üçün bu addım müsbətdir.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycanın düyü bazarında əsas iştirakçı Hindistandır:
"Son vaxtlar isə Hindistanla münasibətlərimiz elə də yaxşı deyil. Nazirlər Kabinetinin qərarı Pakistandan düyü idxalını stimullaşdırır. Bu addımla həm Pakistandan idxalı artırmaq, həm də vətəndaşlar üçün münasib qiymətlərin olmasını istəyirik".
Onun sözlərinə görə, Azərbaycanda əkin üçün yararlı torpaq sahələri azdır və düyü idxalına ehtiyacımız var.
Onu da bildirək ki, ötən ilin 10 ayında Pakistandan 666 min dollar dəyərində 935 ton düyü ölkəmizə gətirilib.
Ötən il çəltik istehsalı artıb
Xatırladaq ki, çəltikçilik ölkənin ərzaq təhlükəsizliyi zəncirində önəmli yer tutur və çəltik bitkisi Azərbaycanda ənənəvi becərilən bitki hesab olunur. Keçən il respublikanın 9 rayonunda çəltik əkini aparılıb. Çəltik əkinlərinin ümumi sahəsi 3194,25 hektar (ha) təşkil edib. 2022-ci ildə ən çox Lənkəran (802,3 ha), Ağdaş (681 ha) və Ucar (678 ha) rayonlarında çəltik əkilib. Çəltik üzrə orta məhsuldarlıq 36,2 sent/ha təşkil edib. Bu, 2021-ci ilin yekun orta məhsuldarlıq göstəricisindən 1,4 sent/ha çoxdur. Respublikada 2021-ci ilə nisbətən 848 ton daha çox məhsul istehsal olunub.
Son illər respublikada çəltikçiliyin inkişafına böyük önəm verilməklə bu sahəyə dövlət dəstəyi daha da gücləndirilib, əkin sahələrinin və məhsul istehsalının artırılması ilə bağlı bir sıra zəruri tədbirlər həyata keçirilib. Aqrar Subsidiya Şurasının qərarına əsasən, çəltik becərilən sahənin hər hektarına görə fermerlərə 360 manat əkin subsidiyası verilir.
2021-ci ildə Azərbaycanda çəltiyin əkin sahəsi 3,1 min hektar olub. 2021-ci ildə çəltiyin əkin sahəsi 2015-ci ilə nisbətən 2,6 dəfə, 2020-ci ilə nisbətən isə 3,3% artıb. Ötən il çəltik istehsalı 2015-ci ilə nisbətən 3,7 dəfə, 2020-ci ilə nisbətən isə 8,1% artaraq 10,7 min ton olub. Çəltiyin məhsuldarlığı 34,8 sent/ha olub. 2021-ci ildə məhsuldarlıq səviyyəsi 2015-ci ilə nisbətən 1,4 dəfə, 2020-ci ilə nisbətən isə 6,1% artıb.
2025-ci ildə istehsal 40 min tona çatdırılacaq
2018-ci ildə "Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı" qəbul edilib. Dövlət Proqramının həyata keçirilməsi Azərbaycanda çəltikçilik ənənələrinin qorunaraq inkişaf etdirilməsinə, düyü ilə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, idxaldan asılılığın azaldılmasına, çəltikçilik rayonlarında yaşayan əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına təsir göstərməklə ölkənin aqrar potensialını gücləndirəcək.
Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.