https://sputnik.az/20230214/aqta-ondan-artiq-ticaret-ve-ictimai-iase-muessisesinde-noqsanlar-askarlayib-451757518.html
AQTA ondan artıq ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb
AQTA ondan artıq ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb
Sputnik Azərbaycan
AQTA respublika üzrə fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə... 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T20:41+0400
2023-02-14T20:41+0400
2023-02-14T22:42+0400
aqta
cəmiyyət
nöqsan
aşkar
https://cdnn1.img.sputnik.az/img/41571/66/415716640_0:22:2912:1660_1920x0_80_0_0_992b3fe4f4cbc2c17a2af1af81fb082d.jpg
BAKI, 14 fevral — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika üzrə fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub. Bu barədə AQTA-dan məlumat verilib. Bildirilib ki, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 10 nöqsan aşkara mıxarılıb. Bundan əlavə, aparılan araşdırmalar nəticəsində Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3, saxta alkoqollu içkilərin satışı ilə bağlı 1 nöqsan da üzə çıxıb.Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/41571/66/415716640_331:0:2912:1936_1920x0_80_0_0_94fe51089b70cdd74053ca0037792818.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
aqta, nöqsan, aşkar
AQTA ondan artıq ticarət və ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlayıb
20:41 14.02.2023 (Yenilənib: 22:42 14.02.2023) AQTA respublika üzrə fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar aşkar edib.
BAKI, 14 fevral — Sputnik. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən respublika üzrə fəaliyyət göstərən 10 ticarət müəssisəsi və 9 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 13 müəssisədə nöqsanlar müəyyən olunub. Bu barədə AQTA-dan məlumat verilib.
Bildirilib ki, bu müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 5, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 9, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 10 nöqsan aşkara mıxarılıb.
Bundan əlavə, aparılan araşdırmalar nəticəsində Azərbaycan dilində markalanması olmayan məhsulların satışı ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3, saxta alkoqollu içkilərin satışı ilə bağlı 1 nöqsan da üzə çıxıb.
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.