https://sputnik.az/20230214/amerika-uzerinde-hava-doyusu-norad-yadplanetlileri-istisna-etmir-451738458.html
Amerika üzərində hava döyüşü: NORAD yadplanetliləri istisna etmir
Amerika üzərində hava döyüşü: NORAD yadplanetliləri istisna etmir
Sputnik Azərbaycan
Hərbi ekspert ABŞ səmasında Çinə məxsus aerostat və naməlum uçan obyektlər, habelə yadplanetlilərlə bağlı fikirlərini bölüşüb. 14.02.2023, Sputnik Azərbaycan
2023-02-14T17:44+0400
2023-02-14T17:44+0400
2023-02-14T17:44+0400
uno
təhlil
abş
kanada
https://cdnn1.img.sputnik.az/img/42376/94/423769497_0:0:3639:2047_1920x0_80_0_0_be2ab1e466e60974b3eea460cfaafb88.jpg
BAKI, 14 fevral — Sputnik. Fevralın əvvəlində Çin Xalq Respublikasının həddindən artıq yüksək hündürlükdə olan aerostatının ABŞ ərazisi üzərində təsadüfən müşahidə olunan uçuşu Pentaqon mütəxəssislərini müşahidəni gücləndirməyə və Şimali Amerika Hava Hücumundan Müdafiə Sisteminin (NORAD) avadanlıqlarını yenidən qurmağa vadar etdi. Nəticə gözləntiləri üstələdi - ABŞ və Kanada üzərində eyni anda Çin aerostatına tamamilə bənzəməyən bir neçə naməlum obyekt qeydə alındı. Sadəcə son üç gün ərzində ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları üç müəmmalı uçan aparatı vurub. Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) və ABŞ Şimal Komandanlığının (NORTHCOM) rəhbəri general Qlen VanHerk dünən 10-12 fevral tarixlərində vurulan obyektlərin ölçülərinə görə oxşar, sürətlərinin nisbətən az olduğunu, yavaş hərəkət etdiyini və uçuş aparatlarının Yerdən kənar mənşəyini istisna etmədiyini bildirib. VanHerk həvəskar ufoloq deyil və onun sözləri xüsusi əhəmiyyət önəm daşıyır. Gəlin xronologiyaya nəzər yetirək. Şimali Amerika ərazisində beş günlük uçuşdan sonra fevralın 4-də Cənubi Karolina sahilləri yaxınlığında F-22 qırıcısı 20 km-dən yüksək hündürlükdə Çinin müşahidə aerostatını vurub. Aparatın qalıqları ABŞ-ın ərazi sularına düşüb, onlar ekspertlər tərəfindən tədqiq edilir. Pekin "mülki" obyektin məhv edilməsindən son dərəcə hiddətlənib. Vaşinqton Çin Xalq Respublikasının aparatının 40-dan çox ölkə və beş qitənin ərazisində fəaliyyət göstərən kəşfiyyat Donanmasına aid olduğunu qeyd edib. ABŞ dövlət katibi Entoni Blinken Pekinə rəsmi səfərini təxirə salıb. Ən maraqlısı isə daha sonra başlayıb. Amerikalılar aşağı sürətli hədəflərin aşkarlanması üçün NORAD radarlarını yenidən qurduqda, Alyaska üzərində kiçik bir avtomobil ölçüsündə olan naməlum uçan obyekti (UFO) görüblər. Naməlum obyekt ABŞ-ın F-22 qırıcısı tərəfindən fevralın 10-da onu 12 km hündürlükdə, 20 km-ə qədər uçuş məsafəsi olan AIM-9X "Sidewinder" (hava-hava) raketi ilə vurub. Dəniz üzərindəki müəmmalı aparatın (nə təyyarədir, nə də hava şarı) qalıqları tədqiqatçıların böyük marağına səbəb olur. İkinci UFO – "kiçik silindrlidir" – o, Kanadanın şimalında təxminən 12 km yüksəklikdə aşkar edilib və Kanada Baş Naziri Castin Trüdonun qərarı ilə fevralın 11-də ABŞ Hərbi Hava Qüvvələrinin F-22 qırıcısı ilə (AIM-9X raketi) vurulub. Bilinməyən hər şey milli təhlükəsizliyə təhdiddir. Səkkizguşəli üçüncü UFO isə fevralın 12-də Quron gölü üzərində aşkar edilərək (Miçiqan ştatı, ABŞ) Prezident Co Baydenin qərarı ilə F-16 təyyarəsi ilə 6 km yüksəklikdə vurulub. Bu obyekt "mülki aviasiya üçün təhlükə yaradırdı". Hər üç epizodda hərbi pilotlar müəmmalı aparatlara yaxınlaşıb, onları pilotsuz aparat kimi təsnif ediblər, lakin Pentaqonun məlumatı olduqca məhduddur. ABŞ ictimaiyyəti həyəcan içindədir. ABŞ Konqresində bəyanat verilib ki, amerikalılar bu gün əldə etdikləri cavablardan daha çox cavaba layiqdirlər. Bu arada, Çin də fevralın 12-də şərqdəki Şandun əyaləti üzərində səmada UFO aşkar edib və obyekti məhv etməyə hazırlaşır. Milli təhlükəsizlik hər şeydən üstündür. Bəlkə də "Ulduz Döyüşləri" belə başlayır. Fizika qanunlarına zidd olaraq Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı yüksək hazırlıq vəziyyətindədir. Nə üçün bilinmir. Vaşinqton baş verənlərlə bağlı izahat tapa bilmir. Senator Den Sallivan uçan obyektlərdən gələn "təhlükənin mahiyyətini" anlamağın vacibliyini vurğulayır. UFO-ların havada necə qala bilmələri hələ də aydın deyil. Aparatların mənsubiyyəti planet miqyasında intriqa yaradıb. ABŞ hökuməti yalnız 2004-2021-ci illərdə "bir neçə sensorun köməyi ilə" 80 UFO müşahidəsi və Pentaqon təyyarələri ilə 11 qarşıdurma vəziyyəti də daxil olmaqla, yadplanetlilərlə əlaqə haqqında 144 məlumatı rəsmi olaraq qeydə alıb. Qanunvericilərin xahişi ilə, 2022-ci ilin may ayında nüfuzlu spikerlər - Dəniz Kəşfiyyatının direktor Skott Brey və ABŞ müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik üzrə müavini Ronald Moultri son 50 ildə ilk dəfə amerikalı konqresmenlərə uçan və üzən naməlum obyektlərin gizli foto və videolarını xüsusi izahat olmadan nümayiş etdiriblər. Çox güman ki, səlahiyyətli ekspertlər çox şey deyə bilərlər, lakin Çin və Rusiya kimi potensial rəqiblərin gözlənilməz yeni texnologiyalarla bizi təəccübləndirməsinin qarşısını almaq üçün sirlərini açmaq istəmirlər. ABŞ Konqresindəki dinləmələr məxfi oldu və yenə də su üzərində dairələr yox olub getdi. Dünyaca məşhur amerikalı astrofizik Mitio Kaku UNO-lar və konqresmenlərin "yerdən kənar" kəşfləri mövzusunu iki gözəl ifadə ilə şərh edib:"Bu qəribə gəmilər bizə məlum olan fizika qanunlarına meydan oxuyur" və "dəlillərin olmaması onların yoxluğunun sübutu deyil" . Həqiqət hardasa yaxınlıqdadır.
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
2023
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
xəbərlər
ru_AZ
Sputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
https://cdnn1.img.sputnik.az/img/42376/94/423769497_455:0:3184:2047_1920x0_80_0_0_bf0badcb6a2404f568949d535d6dfcae.jpgSputnik Azərbaycan
media@sputniknews.com
+74956456601
MIA „Rossiya Segodnya“
Aleksandr Xrolenko
https://cdnn1.img.sputnik.az/img/41251/68/412516881_698:0:2365:1667_100x100_80_0_0_d42f2e228c9e221ad329811bf71fb976.jpg
uno, abş, kanada
Amerika üzərində hava döyüşü: NORAD yadplanetliləri istisna etmir
Hərbi ekspert ABŞ səmasında Çinə məxsus aerostat və naməlum uçan obyektlər, habelə yadplanetlilərlə bağlı fikirlərini bölüşüb.
BAKI, 14 fevral — Sputnik. Fevralın əvvəlində Çin Xalq Respublikasının həddindən artıq yüksək hündürlükdə olan aerostatının ABŞ ərazisi üzərində təsadüfən müşahidə olunan uçuşu Pentaqon mütəxəssislərini müşahidəni gücləndirməyə və Şimali Amerika Hava Hücumundan Müdafiə Sisteminin (NORAD) avadanlıqlarını yenidən qurmağa vadar etdi. Nəticə gözləntiləri üstələdi - ABŞ və Kanada üzərində eyni anda Çin aerostatına tamamilə bənzəməyən bir neçə naməlum obyekt qeydə alındı. Sadəcə son üç gün ərzində ABŞ Hərbi Hava Qüvvələrinin qırıcıları üç müəmmalı uçan aparatı vurub.
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığının (NORAD) və ABŞ Şimal Komandanlığının (NORTHCOM) rəhbəri general Qlen VanHerk dünən 10-12 fevral tarixlərində vurulan obyektlərin ölçülərinə görə oxşar, sürətlərinin nisbətən az olduğunu, yavaş hərəkət etdiyini və uçuş aparatlarının Yerdən kənar mənşəyini istisna etmədiyini bildirib. VanHerk həvəskar ufoloq deyil və onun sözləri xüsusi əhəmiyyət önəm daşıyır. Gəlin xronologiyaya nəzər yetirək.
Şimali Amerika ərazisində beş günlük uçuşdan sonra fevralın 4-də Cənubi Karolina sahilləri yaxınlığında F-22 qırıcısı 20 km-dən yüksək hündürlükdə Çinin müşahidə aerostatını vurub. Aparatın qalıqları ABŞ-ın ərazi sularına düşüb, onlar ekspertlər tərəfindən tədqiq edilir. Pekin "mülki" obyektin məhv edilməsindən son dərəcə hiddətlənib. Vaşinqton Çin Xalq Respublikasının aparatının 40-dan çox ölkə və beş qitənin ərazisində fəaliyyət göstərən kəşfiyyat Donanmasına aid olduğunu qeyd edib. ABŞ dövlət katibi Entoni Blinken Pekinə rəsmi səfərini təxirə salıb. Ən maraqlısı isə daha sonra başlayıb.
Amerikalılar aşağı sürətli hədəflərin aşkarlanması üçün NORAD radarlarını yenidən qurduqda, Alyaska üzərində kiçik bir avtomobil ölçüsündə olan naməlum uçan obyekti (UFO) görüblər. Naməlum obyekt ABŞ-ın F-22 qırıcısı tərəfindən fevralın 10-da onu 12 km hündürlükdə, 20 km-ə qədər uçuş məsafəsi olan AIM-9X "Sidewinder" (hava-hava) raketi ilə vurub. Dəniz üzərindəki müəmmalı aparatın (nə təyyarədir, nə də hava şarı) qalıqları tədqiqatçıların böyük marağına səbəb olur.
İkinci UFO – "kiçik silindrlidir" – o, Kanadanın şimalında təxminən 12 km yüksəklikdə aşkar edilib və Kanada Baş Naziri Castin Trüdonun qərarı ilə fevralın 11-də ABŞ Hərbi Hava Qüvvələrinin F-22 qırıcısı ilə (AIM-9X raketi) vurulub. Bilinməyən hər şey milli təhlükəsizliyə təhdiddir.
Səkkizguşəli üçüncü UFO isə fevralın 12-də Quron gölü üzərində aşkar edilərək (Miçiqan ştatı, ABŞ) Prezident Co Baydenin qərarı ilə F-16 təyyarəsi ilə 6 km yüksəklikdə vurulub. Bu obyekt "mülki aviasiya üçün təhlükə yaradırdı".
Hər üç epizodda hərbi pilotlar müəmmalı aparatlara yaxınlaşıb, onları pilotsuz aparat kimi təsnif ediblər, lakin Pentaqonun məlumatı olduqca məhduddur. ABŞ ictimaiyyəti həyəcan içindədir. ABŞ Konqresində bəyanat verilib ki, amerikalılar bu gün əldə etdikləri cavablardan daha çox cavaba layiqdirlər. Bu arada, Çin də fevralın 12-də şərqdəki Şandun əyaləti üzərində səmada UFO aşkar edib və obyekti məhv etməyə hazırlaşır. Milli təhlükəsizlik hər şeydən üstündür. Bəlkə də "Ulduz Döyüşləri" belə başlayır.
Fizika qanunlarına zidd olaraq
Şimali Amerika Aerokosmik Müdafiə Komandanlığı yüksək hazırlıq vəziyyətindədir. Nə üçün bilinmir. Vaşinqton baş verənlərlə bağlı izahat tapa bilmir. Senator Den Sallivan uçan obyektlərdən gələn "təhlükənin mahiyyətini" anlamağın vacibliyini vurğulayır. UFO-ların havada necə qala bilmələri hələ də aydın deyil. Aparatların mənsubiyyəti planet miqyasında intriqa yaradıb.
ABŞ hökuməti yalnız 2004-2021-ci illərdə "bir neçə sensorun köməyi ilə" 80 UFO müşahidəsi və Pentaqon təyyarələri ilə 11 qarşıdurma vəziyyəti də daxil olmaqla, yadplanetlilərlə əlaqə haqqında 144 məlumatı rəsmi olaraq qeydə alıb. Qanunvericilərin xahişi ilə, 2022-ci ilin may ayında nüfuzlu spikerlər - Dəniz Kəşfiyyatının direktor Skott Brey və ABŞ müdafiə nazirinin kəşfiyyat və təhlükəsizlik üzrə müavini Ronald Moultri son 50 ildə ilk dəfə amerikalı konqresmenlərə uçan və üzən naməlum obyektlərin gizli foto və videolarını xüsusi izahat olmadan nümayiş etdiriblər.
Çox güman ki, səlahiyyətli ekspertlər çox şey deyə bilərlər, lakin Çin və Rusiya kimi potensial rəqiblərin gözlənilməz yeni texnologiyalarla bizi təəccübləndirməsinin qarşısını almaq üçün sirlərini açmaq istəmirlər. ABŞ Konqresindəki dinləmələr məxfi oldu və yenə də su üzərində dairələr yox olub getdi.
Dünyaca məşhur amerikalı astrofizik Mitio Kaku UNO-lar və konqresmenlərin "yerdən kənar" kəşfləri mövzusunu iki gözəl ifadə ilə şərh edib:
"Bu qəribə gəmilər bizə məlum olan fizika qanunlarına meydan oxuyur" və "dəlillərin olmaması onların yoxluğunun sübutu deyil" . Həqiqət hardasa yaxınlıqdadır.